/ / MDBMİ-nin rektoru Anatoli Torkunov Azərbaycan Diplomatik Akademiyasının Fəxri doktoru adına layiq görülüb
MDBMİ-nin rektoru Anatoli Torkunov Azərbaycan Diplomatik Akademiyasının Fəxri doktoru adına layiq görülüb
12.04.2013 [00:54]
Dünən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru, akademik Anatoli Torkunov Azərbaycan Diplomatik Akademiyasının (ADA) birinci Fəxri doktoru adına layiq görülüb.
ADA-nın rektoru, Azərbaycanın xarici işlər nazirinin müavini Hafiz Paşayev deyib: “Biz ADA ilə MDBMİ arasındakı əməkdaşlığı çox yüksək qiymətləndiririk. Ali məktəblərimiz arasında tələbə-müəllim mübadiləsinə dair əməkdaşlıq mövcuddur. Belə əməkdaşlıq Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir”.
Bu günlər Bakıda MDBMİ məzunlarının I Ümumdünya forumunun keçirildiyini bildirən H.Paşayev deyib: “Hesab edirəm ki, birinci forumun keçirilməsi yeri kimi Bakı təsadüfən seçilməmişdir. Ona görə ki, MDBMİ-nin çoxlu sayda məşhur məzunları arasında məhz Azərbaycan Prezidenti İlham Əliyev xüsusi yer tutur. O, MDBMİ-nin dövlət başçısı olan yeganə məzunudur. Prezidentimiz bu institutda oxumuşdur. O, ömrünün təxminən 15 ilini bu ali məktəbə həsr etmişdir.
ADA-nın rektoru deyib ki, bu gün həm də ona görə əlamətdardır ki, ADA-nın Elmi Şurasının qərarı ilə A.Torkunova akademiyanın Fəxri doktoru adı verilib. H.Paşayev bildirib ki, A.Torkunov da MDBMİ-nin məzunudur. O, həmin ali məktəbin beynəlxalq münasibətlər fakültəsini bitirib, müəllimlikdən MDBMİ-nin rektorunadək yüksəlib. A.Torkunov siyasi elmlər doktoru, çoxsaylı məqalə və kitabların müəllifidir. MDBMİ-nin rektorunun zəngin diplomatik fəaliyyət təcrübəsi də vardır. O, SSRİ-nin KXDR və ABŞ-dakı diplomatik nümayəndəliklərində işləyib.
Sonra H.Paşayev ADA-nın Fəxri doktoru diplomunu Anatoli Torkunova təqdim edib. A.Torkunov bu ada ADA Elmi Şurasının qərarı ilə elmin və təhsilin inkişafında xidmətlərinə, Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmlənməsinə töhfəsinə görə layiq görülüb.
MDBMİ-nin rektoru deyib: “ADA-nın birinci fəxri doktoru şərəfinə layiq görülməyim məni çox mütəəssir etdi”.
Belə bir universitetin yaradılmasının böyük nailiyyət olduğunu vurğulayan A.Torkunov deyib: “Biz əməkdaşlıq haqqında Memorandum imzalayanda əvvəlcə tələbə-müəllim mübadiləsi səviyyəsində əməkdaşlıq aparmışıq. Lakin hazırda birgə tədris proqramları, ilk növbədə, magistr proqramları yaratmaq üçün hər cür şərait vardır. Bu, magistrlərimizə həm ADA-nın, həm də MDBMİ-nin diplomlarını almaq imkanı verəcəkdir”.
MDBMİ-nin rektoru ADA-nın tələbələri qarşısında “Böhrandan sonra dünyada beynəlxalq münasibətlər: Moskvadan baxış” mövzusunda mühazirə ilə çıxış edib. A.Torkunov Rusiya-Azərbaycan əlaqələrindən danışarkən vurğulayıb ki, bu əlaqələr möhkəm zəmin üzərində qurulub. Onun fikrincə, həmin münasibətlərin ən mühüm amili sabit humanitar əlaqələr, fəal iqtisadi əməkdaşlıqdır. O deyib: “Rusiya ilə Azərbaycan öz mənafelərinə sadiqliyi qoruyub saxlayır, beynəlxalq məsələlərdə kompromis əldə etmək sahəsində qonşu ölkələrə nümunə göstərirlər”.
A.Torkunovun fikrincə, dünya böhranı bir sıra meyil və proseslərin inkişafında müəyyən sərhəd rolunu oynayıb. O deyib: “Böhran zamanı bir sıra ölkələr, o cümlədən Rusiya, zənnimcə, Azərbaycan üçün “təhlükəsizlik balışı” energetikadan gələn gəlirlər olmuşdur”.
MDBMİ-nin rektoru hazırda Koreya yarımadasında yaranmış vəziyyətlə bağlı fikirlərini də bölüşüb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58

