Xocalı soyqırımı XX əsrin ən dəhşətli və qanlı faciələrindən biridir
23.02.2013 [14:22]
Xocalı soyqırımı XX əsrin ən dəhşətli və qanlı faciələrindən biridir.
AzərTAc xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun fevralın 22-də Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş tədbirdə deyib.
Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən tədbirdə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin deputatları, səfirliyin əməkdaşları, Azərbaycan və türk cəmiyyətlərinin təmsilçiləri və KİV-lərin nümayəndələri iştirak ediblər.
Səfir İsmayıl Alper Coşkun Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Azərbaycan üçün mühüm olduğu qədər, Türkiyə dövləti üçün də eyni dərəcədə önəmli məsələdir.
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü ardıcıl və məqsədyönlü işlərdən söhbət açıb.
Əli Həsənov, həmçinin, qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası öz bəhrəsini verməkdədir. Artıq beynəlxalq kampaniya çərçivəsində həyata keçirilən təbliğat və təşviqat tədbirləri nəticəsində dünyanın bir neçə ölkəsinin parlamentləri Ermənistan hərbi birləşmələrinin 1992-ci ilin fevralında Xocalıda azərbaycanlılara qarşı törətdikləri vandalizm aktını soyqırımı kimi tanıyıb.
Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov çıxış edərək ötən il Türkiyədə Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar çoxsaylı tədbirlərin keçirdildiyini xatırladıb, qardaş xalqın bu dəstəyini yüksək qiymətləndirib.
Mərasim iştirakçıları qardaş Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqeyinin Azərbaycan üçün çox mühüm olduğunu bildiriblər.
Sonda Türkiyənin “TRT” teleşirkəti tərəfindən hazırlanmış “Öldürülmüş ümidlər” sənədli filmi nümayiş etdirilib.
Türkiyənin “TRT” teleşirkətinin Bakı təmsilçisi Yüksəl Dəyərcan “Öldürülmüş ümidlər” sənədli filminin “TRT Haber”, “TRT Türk”, “TRT Avaz” və “TRT Anadolu” telekanallarında da nümayiş etdiriləcəyini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

