Sabitlik və inkişafa təhdid...
11.09.2024 [11:16]
Rəsmi İrəvan növbəti dəfə sülhə pəl vurmağa cəhd edir
Məğlub Ermənistanın rəsmiləri davamlı olaraq sülh prosesi ilə bağlı reallıqla bir araya sığmayan, sağlam məntiqdən uzaq olan cəfəng iddialar səsləndirirlər. Bu baxımdan baş nazir Nikol Paşinyanın İrəvan Dialoq Forumunun açılışında, xarici işlər naziri Ararat Mirzoyanın Lüksemburqun xarici işlər və ticarət naziri ilə birgə mətbuat konfransında postmüharibə dövründə iki ölkə arasında başlayan tənzimləmə prosesi, kommunikasiyaların açılması, sülh sazişinin imzalanması ilə bağlı ifadə etdikləri fikirlər də istisnalıq təşkil etmir. Aydın şəkildə görünür ki, Ermənistan rəsmiləri səmimilikdən çox uzaqdırlar və növbəti dəfə riyakarlığa əl ataraq sülh prosesinə pəl vurmağa çalışırlar. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xarici işlər nazirinin “sülh sazişi” və kommunikasiyalarla bağlı fikirləri ilə əlaqədar medianın sualını cavablandırarkən Ararat Mirzoyanın səsləndirdiyi cəfəng iddiaların gerçək mahiyyətinə diqqət çəkib. Azərbaycan XİN rəsmisi o qənaəti ifadə edib ki, Ermənistan növbəti dəfə ictimaiyyətin fikirlərini real vəziyyətdən yayındırmaq məqsədi güdür.
Layihədə bütün problemli məsələlərə aydınlıq gətirilməlidir
Azərbaycanın 44 günlük müharibənin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq yaratdığı reallıqlar Cənubi Qafqaz coğrafiyasında uzunmüddətli sabitlik, sülh və əməkdaşlıq üçün real zəmin yaradıb. Açılan fürsət pəncərələrini dəyərləndirməklə və imkanlardan səmərəli istifadə etməklə Azərbaycanla Ermənistan arasında başlayan tənzimləmə prosesini sürətləndirmək və məntiqi sonluğa çatdırmaq, beləliklə də, qarşılıqlı etimad mühiti formalaşdırmaq mümkündür. Bunun üçün hər iki tərəf qətiyyətli siyasi iradə ortaya qoymalıdır. Qalib Azərbaycanda belə bir iradə var. Ölkəmiz bir qayda olaraq sülhə sadiqlik nümayiş etdirir və daim yeni təşəbbüslər irəli sürür. Lakin eyni fikirləri məğlub Ermənistan barəsində demək mümkün deyil. Revanşizm mövqeyi sərgiləyən, Fransa, Hindistan, İran, ABŞ kimi dövlətlərdən öldürücü silahlar tədarük edən, sərhəd bölgələrinə hərbi texnika cəmləşdirən bu ölkə yeni müharibə hazırlıqları görür. Aydın şəkildə başa düşülür ki, Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandasında yer alan digər rəsmilər sözdə sülhə hazır olduqlarını bildirsələr də, reallıqda prosesləri manipulyasiya predmetinə çeviriblər.
Ermənistanın tənzimləmə prosesində səmimi olmadığını baş nazir Nikol Paşinyanın İrəvan Dialoq Forumunun açılışında, Ararat Mirzoyanın isə Lüksemburqun xarici işlər və ticarət naziri ilə birgə mətbuat konfransında səsləndirdiyi fikirlər bir daha təsdiqləyir. N.Paşinyan bildirib ki, sülh müqaviləsinin 80 faizi artıq razılaşdırılıb, o cümlədən 13 maddə və iki maddə qismən razılaşdırılıb - onların hər biri iki cümlədən ibarətdir. Baş nazir sazişin razılaşdırılmış hissələrini imzalamağı və qalan bəndlər üzrə işi davam etdirməyi təklif edir. A.Mirzoyan isə bildirib ki, sonuncu dəfə Ermənistan tərəfindən Azərbaycana təqdim edilmiş “sülh sazişi” layihəsinin mətni tam olaraq razılaşdırılıb və layihə razılaşdırılmış müddəaları ehtiva edir. Bununla yanaşı, o qeyd edib ki, Ermənistan tərəfi öz ərazisindən keçən hər hansı bir yola nəzarəti üçüncü tərəfə vermək niyyətində deyil. Bununla yanaşı, yük və sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək üçün hər iki ölkədə xarici özəl şirkətin prosesə cəlb edilməsi məsələsinin müzakirə edildiyi diqqətə çatdırılıb.
Baş nazirin və XİN rəhbərinin dedikləri başdan-ayağa yalan, real vəziyyətlə hər hansı bir bağlılığı olmayan absurd iddialardır. Ermənistan rəsmiləri otuz il ərzində işğalçılıq siyasətindən əl çəkməyən, regionu təhdidlərlə, müharibə riskləri ilə üz-üzə qoyan Ermənistanı indi dünyaya sülhpərvər qiyafədə tədim etməyə çalışırlar. Halbuki bu belə deyil. Postmüharibə dövründə tənzimləmə prosesi heç də Nikol Paşinyanın və Ararat Mirzoyanın təsvir etdikləri formada getmir və Ermənistan da sülh göyərçini olmaqdan çox uzaqdır. İkinci Qarabağ müharibəsinin başa çatmasından sonrakı dörd ildə regionda yeni müharibə təhlükəsi, eskalasiya riskləri hələ də qalmaqdadır. Eyni zamanda şərti sərhədlər boyunca təxribatlar baş verir. Xüsusilə də son vaxtlarda Kəlbəcər və Naxçıvan istiqamətində törədilən təxribatlar intensivləşib. Sülhə təhdidlər yaradan bütün bu kimi faktların məsuliyyəti isə bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ayxan Hacızadənin bildirdiyi kimi, Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə sonuncu dəfə Azərbaycan tərəfindən iyun ayında təqdim olunmuş şərhlərə Ermənistan tərəfi avqust ayının sonunda, təqribən 70 gün sonra şərhlərini göndərib. Bu qədər gecikmə özlüyündə bir göstəricidir və qarşı tərəfin tənzimləmə prosesinə laqeydliyini ortaya qoyur. Eyni zamanda, Nikol Paşinyan, Ararat Mirzoyan saxtakarlığa əl atmaqdan, reallığı təhrif etməklə beynəlxalq ictimaiyyəti aldatmaqdan da çəkinməyiblər. “Ermənistan tərəfi Azərbaycanın təqdim etdiyi şərhlərə adekvat reaksiya vermək əvəzinə layihədə əks olunması zəruri olan müddəaları çıxarmaqla problemlərə göz yummağa cəhd göstərib. Layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni təqribən 80 faiz razılaşdırılsa da, bəzi müddəaların razılaşdırılması hələlik mümkün olmayıb. Ancaq bu o demək deyil ki, Ermənistan tərəfi təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Bu, məqbul hesab edilə bilməz. Çünki sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra istiqamətlərdə iki ölkə arasında problemli məsələlərə layihədə aydınlıq gətirilməlidir”, - deyə Ayxan Hacızadə bildirib.
Azərbaycanın iki mühüm şərti
Real sülhün əldə olunması üçün Azərbaycan qarşı tərəfə iki mühüm şərtini təqdim edib. Burada Azərbaycan hansısa bir, necə deyərlər, şıltaqlığa əl atmır, əksinə uzunmüddətli sülh üçün fundamental zəmin formalaşdırmağa çalışır. Ölkəmizin birinci şərti Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır. Rəsmi İrəvan isə bu şərtin icrasını yubadır, bu istiqamətdə konkret addımlar atmır, proseslərə 2027-ci ildən sonra start verəcəyini bildirir. Ölkəmizin birmənalı mövqeyi belədir: Sülh sazişinin imzalanması üçün bütün fundamental amillər təmin olunmalı, o cümlədən hüquqi boşluqlar tamamilə aradan qaldırılmalıdır. Bu gün sülhə gedən yolda ən böyük maneə isə məhz Ermənistanın konstitusiyası və bir sıra digər qanunvericilik aktlarıdır. Həmin sənədlərdə qonşu dövlətin Azərbaycana qarşı ərazi iddiaları açıq-aşkar legitimləşdirilib. Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəalar çıxarılmadan hər hansı bir sülh sazişinin imzalanması mümkün deyil. Çünki hüquqi əsaslar yaradılmayan sülh qalıcı sülh olmayacaq.
Eyni zamanda, Azərbaycan reallıqdan çıxış edərək Ermənistana artıq ölü quruma çevrilmiş Minsk qrupunun de-yure ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət ünvanlamağa çağırış edir. Ermənistan isə müxtəlif bəhanələr gətirməklə bunu etməyə tələsmir. Prezident İlham Əliyevin də dəfələrlə bildirdiyi kimi, artıq uzun müddətdir ki, bu qrup fəaliyyətsizdir. Hazırda Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədirlər, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, heç Azərbaycan razılıq vermədən regionda ola bilməzlər. Ölü qurumu “diri” saxlamaq heç bir məntiqə saymır. De-fakto mövcud olmayan Minsk qrupunun de-yure də ləğv edilməsinin vaxtı çoxdan çatıb. Ermənistanın Azərbaycanın bəhs olunan çağırışına adekvat cavab verməməsi bu ölkənin sülh istəyindən uzaq olduğunu bir daha təsdiqləyir. Bu kimi məqamlara diqqət çəkən Ayxan Hacızadə vurğulayıb: “Azərbaycana qarşı ərazi iddialarını davam etdirən, keçmiş münaqişənin qalığı olan Minsk qrupunun işinin bərpasına çalışan Ermənistanın “sülh sazişi”nin mətninin əhatə dairəsini azaldaraq onu hər bir formada imzalamağa çağırış etməsi bu ölkənin əsl niyyəti barədə bir çox suallar yaradır.
Saziş layihəsinin imzalanması üçün Ermənistan, ilk növbədə, hazırda ölkəmizə qarşı ərazi iddialarına istinad edən konstitusiyasında müvafiq dəyişikliklər etməlidir”.
Ermənistan kommunikasiyaların açılması ilə bağlı öhdəliklərini yerinə yetirməlidir!
Ermənistan üçtərəfli bəyanatla üzərinə bir sıra öhdəliklər götürüb. Bu öhdəliklərdən biri də Azərbaycanın qərb hissəsi ilə blokada şəraitində olan Naxçıvan arasında kommunikasiya əlaqələrinin təmin edilməsidir. Sənədin 9-cu bəndində oxuyuruq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.
Hər şey açıq-aydın yazılıb. Baş nazir isə forumda növbəti dəfə uydurma “Dünyanın kəsişməsi” təşəbbüsündən çıxış edib. İndi “Ermənistan kommunikasiyaların açılmasına hazırdır” deyən N.Paşinyan niyə bəyanatın altındakı imzasına hörmət etmək əvəzinə, sol əli ilə sağ qulağının dibini nişan verir? Məsuliyyətli dövlət olan Azərbaycan postmüharibə mərhələsində Zəngəzur Dəhlizinin yaradılması ilə bağlı ölkəmizin ərazisində müvafiq infrastrukturun qurulması istiqamətində intensiv işlər görür. Ancaq eyni sözləri Ermənistan barəsində demək mümkün deyil. Bu ölkə öhdəliyindən yayınmaqla bəhs olunan dəhlizin açılması istiqamətində hər hansı bir əməli addım atmır, eyni zamanda, absurd iddialar səsləndirir. “Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları son 4 ilə yaxın müddətdə yerinə yetirməyib. Hər iki ölkə ərazisində xarici özəl şirkətin prosesə cəlb olunması barədə fikirlərlə bağlı isə qeyd edək ki, Azərbaycan heç zaman öz ərazisində üçüncü tərəfin prosesə cəlb olunması barədə müzakirə aparmayıb. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”, - deyə Ayxan Hacızadə bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08
Siyasət
12 Oktyabr 10:53
Siyasət
12 Oktyabr 10:39
İqtisadiyyat
12 Oktyabr 10:15
İqtisadiyyat
12 Oktyabr 09:58
Analitik
12 Oktyabr 09:33
MEDİA
12 Oktyabr 09:10
Sosial
12 Oktyabr 08:57
Dünya
12 Oktyabr 08:40
Ədəbiyyat
12 Oktyabr 08:16
Gündəm
12 Oktyabr 08:05
Dünya
12 Oktyabr 07:53
İdman
12 Oktyabr 07:46
Hadisə
12 Oktyabr 07:45
Ədəbiyyat
12 Oktyabr 07:31
Maraqlı
12 Oktyabr 07:06
Siyasət
12 Oktyabr 01:32
İqtisadiyyat
11 Oktyabr 23:52
Mədəniyyət
11 Oktyabr 23:37
Sosial
11 Oktyabr 23:18
Sosial
11 Oktyabr 22:56
Dünya
11 Oktyabr 22:34
Dünya
11 Oktyabr 22:18
Sosial
11 Oktyabr 21:53