Qərbdə Türkiyə, Şərqdə Çin...
07.10.2022 [10:20]
Bölgədə yaranmış yeni reallıqlar Azərbaycanın həm geosiyasi, həm də strateji mövqeyini möhkəmləndirir. Hər keçən gün region, eləcə də Avropanın yeni cızılmış enerji xəritəsinin mühüm bəndinə çevrilən Azərbaycanın siyasi kursu da dünya dövlətləri ilə əməkdaşlığın inkişafına yönəldilib. Ölkəmiz Qərb dövlətləri ilə münasibətləri balanslaşdırmaq mövqeyi tutur, qardaş Türkiyə ilə bütün sahələrdə ən ali münasibətlərə malikdir. Azərbaycan ərazisi Çinlə Avropa ölkələrini birləşdirən Böyük İpək Yolunun mühüm bir hissəsini əhatə edir və bütün bunlar dünya ölkələrini Azərbaycana daha üstün bir tərəfdaş kimi baxmağa vadar edir. Şərqin nəhəng iqtisadi gücü sayılan Çinin ölkəmizlə əlaqələri və bu əlaqələrin gələcək perspektivləri ilə bağlı məsələləri Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru, Azərbaycan-Çin Dostluq Cəmiyyətinin icraçı katibi Rafiq Abbasovla həmsöhbət olduq.
- Qardaş Türkiyənin Azərbaycan xalqına müharibə və postmüharibə dövründə göstərdiyi qayğı iki dövlət arasındakı tarixi bağlılıq, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından qaynaqlanır. Bu nəticə harada, necə və nə zaman yaranıb?
- Azərbaycan ilə Türkiyənin qardaşlıq münasibətlərinin keçmişin seçilmiş bir günündə, tarixin müəyyən bir səhifəsində yarandığını demək çətindir. Belə ali münasibətlərin əsaslarını tarixə sığışdırmaq mümkün deyil. Bu münasibətlər pillə-pillə, zamanla səmimiyyət qazanmış, daha da istiləşmiş və özünün ən ali formasını qazanaraq qardaşlığa çevrilib. Ümummilli Liderin “Bir millət, iki dövlət” ideyası ilə əqidələrdə yaradılan düşüncə zamanla özünü əməli fəaliyyətlə də təsdiqləmiş və bu gün inkişaf edir. Heydər Əliyevin səsləndirdiyi bu tezis tarixin bütün mərhələlərində münasibətlərin daim müsbət istiqamətdə hərəkət etməsi üçün möhkəm təməl və onun yolunu azmaması üçün gözəl bir dayaq nöqtəsi olub.
- Azərbaycan Qərbdə Türkiyə Cümhuriyyətindən aldığı dəstəyi Şərqdə Çin Xalq Respulikasından ala bilərmi?
- Dünya siyasətində baş vermiş hadisələr sübut edir ki, tərəfdaşlıq istənilən bir dövlət, onun ali məqsəd və maraqları üçün zəruri əhəmiyyət daşıyır. Bu məqsəd və maraq istər inkişafa, konstruktiv istiqamətə yönəlsin, istərsə də tənəzzülə, dağıntıya yönəlsin. Beynəlxalq siyasi arenada güc balansının qeyri-bərabər olduğu bir zamanda tərəfdaşsız fəaliyyət son dərəcə qeyri-adekvat bir seçimdir.
Burada maraqlı bir hekayə yadıma düşür: “Günlərin bir günü Ata öz oğluna həyati bir dərs vermək üçün ona nar çubuğu uzadır və ondan onu qırmasını istəyir. Oğlan bir həmləyə onu qırır, üzündə təkəbbürlü təbəssüm, qürur hissi ilə atasına göstərir. Ata oğluna daha bir nar çubuğu, ancaq bu dəfə bir yox bir necə nar çubuğunu dəstələyərək ona uzadır və qırmasını istəyir. Oğlan nə qədər cəhd eləsə də, istədiyinə müvəffəq ola bilmir. Məyus olmuş oğlan dəstəni atasına geri uzadır. Ata bu zaman belə deyir: Güc birlikdən yaranır, bir olsan, birləşsən heç kim sənə heç nə edə bilməz, ayrılsan, tək olsan, səni məhv edəcəklər”. Nə qədər acı olsa da bu artıq günümüzün həqiqətinə çevrilib. Artıq bir çox dövlətlər bu həqiqətləri nəzərə alaraq, kollektiv fəaliyyət sahələrinə istiqamətlənirlər.
Sentyabrın 15-də Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti çərçivəsində İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında görüş olub. Görüş qarşılıqlı əməkdaşlığın inkişafı yönündə reallaşıb. Çin ilə Azərbaycan arasında diplomatik münasibətlər artıq 30 illik bir tarixə malikdir. Çinin bir çox şirkətləri Azərbaycanın işğaldan azad olmuş bölgələrdəki bərpa-quruculuq işlərində iştirak etmək üçün müraciət edib. Azərbaycan tərəfi də Çin şirkətlərinin bu cür layihələrə cəlb olunmasını dəstəklədiyini bildirib.
Görüş zamanı xüsusi olaraq nəqliyyat dəhlizi məsələsi müzakirə olunub. Məlumdur ki, Zəngəzur dəhlizinin açılması region dövlətləri də daxil olmaqla, Çin üçün böyük əhəmiyyət daşıyır. Çünki məhz Zəngəzur dəhlizi vasitəsi ilə Çin Avropa bazarına yeni və rahat çıxış imkanı qazanır. Ümumiyyətlə, region və şərq dövlətlərinin, xüsusilə Çinin maraqları Zəngəzur dəhlizində cəmləşib. Bu dəhlizin yaratdığı imkanlar dünya dövlətlərinin diqqət mərkəzindədir. Şübhəsiz, bu hadisə fonunda baş verəcək hadisələr yaxın gələcəkdə Çin - Azərbaycan qarşılıqlı münasibətlərinin inkişafı yönündə öz töhfəsini verəcək.
- Çin ilə Azərbaycanın oxşar və fərqli cəhətləri hansılardır?
- Çin və Azərbaycan arasında keçmişdə qalmış, ancaq fayda və imkanlarından hələ də ayrı-ayrılıqda yararlandığımız ortaq bir nöqtəni qeyd etmək istəyirəm. 1994-cü ildə dünyanın nəhəngləri Azərbaycan Respublikası ilə, Heydər Əliyev hakimiyyəti ilə “Əsrin müqaviləsi”ni imzalayır. ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı dövlətləri Azərbaycan ilə əməkdaşlığa, tərəfdaşlığa razılaşır. Razılaşmanın ali məqsədi isə bütün tərəflərin qazanmasını hədəfləyir. Bu mötəbər hadisədən - “Əsrin müqaviləsi”ndən 16 il əvvəl isə 1978-ci ildə Çin Xalq Respublikası analoji bir addım atmışdı. Çinin o zamankı lideri Den Siaopin ölkə iqtisadiyyatında mühüm dəyişikliyə gedərək, “Açıq Qapı” siyasətinə keçid etmişdi. “Açıq Qapı” siyasi kursunun məqsədi xarici investisiyanı Çində cəmləmək, beləcə bütün tərəflərin qazanması şərtini gözləyərək Çində yeni imkan və fürsətlər yaratmaq idi. ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Fransa, Norveç və başqaları Çinin ideyasına, “Açıq Qapı” siyasətinə yatırım etmişdilər. Bu düşüncə Çin üçün yeni və böyük imtiyazlar qazandırmışdı. İki dövlətin siyasi keçmişindəki bu birləşdirmə və cəmləşdirmə nöqtəsi tərəzidə yaxın çəkidədir. Bu oxşarlıq iki fərqli, ancaq eyni düşüncə tərzinə sahib dövlətlərin, Çin və Azərbaycanın yeni yaranacaq siyasi, iqtisadi dalğalarda yanaşı olması üçün olduqca səbatlı bir əsasdır.
- Rafiq müəllim, ölkələrimiz arasında münasibətləri necə qiymətləndirirsiniz ?
- Çin-Azərbaycan münasibətləri 30 illik zaman dönəmində müxtəlif mərhələlərdən keçib. Çin-Azərbaycan münasibətlərinin təməlində suverenliyin toxunulmazlığı prinsipi dayanır ki, bu da 30 illik diplomatik münasibətlərin qarşılıqlı etimad əsasında inkişafında böyük rol oynayır. Diplomatik münasibətlərin son 20 ilini təməlin düzgün hazırlanması mərhələsi adlandırmaq olar. Təbii ki bu olduqca normaldır, lazımi, vacib, əhəmiyyətli, dəqiq və düzgün elementlərin yerbəyer edilməsi vaxt tələb edir. Çin-Azərbaycan münasibətləri sosial, iqtisadi, mədəniyyət, idman və təhsil sahələrin? özündə ehtiva etməyi bacarib.
- Bu münasibətlər hansı istiqamət üzrə hərəkət edir?
- Şərqdə baş verən proseslər bu iki suveren dövləti bir-birinə daha da yaxınlaşdırır. Münasibətlərin əhatə etdiyi bütün sahələr müsbət quruculuq istiqamətində hərəkət edir. Rəhbərlik etdiyim İnstitutun fəaliyyəti Çin-Azərbaycan münasibətlərinin inkişafına dəstək yönündədir.
- COVİD-19 pandemiyasının təsirləri barəsində nə deyə bilərsiniz?
- Bütün ölkələr kimi pandemiya Azərbaycandan da yan keçmədi. Pandemiya bütün sahələrdə iflic vəziyyəti yaratmışdı. Mədəniyyət və təhsil sahəsində də çətinliklər yaranmışdı. Tələbələrimiz Çinin dövlət universitetlərində əyani təhsildən məhrum olmuşdular. Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə bu məsələlərlə bağlı dəfələrlə söhbət etmişik. Məhdudiyyətlər zamanla yüngülləşdirilir, yaranmış çətinliklərin həlli yönündə çalışdığımızı xatırlatmaq istəyirəm.
- Çin Azərbaycan üçün Şərqdə güclü və əsas partnyora çevrilə bilərmi?
- Bəli və bu olduqca gözləniləndir. Çünki münasibətlər bu tendensiya üzrə inkişaf etməkdədir. Son zamanlarda Azərbaycanın Çin dövlətində yaratdığı rəy bu gedişatı sürətləndirmişdir. Regionda lider olan Azərbaycan Çin üçün də olduqca güclü, prestij vəd edən, nüfuz sahibi bir dövlət görkəminə malikdir. Ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəyə çatdırılması üçün hər iki tərəf inamla çalışmaqdadır. Biz bu gözləntilərin tezliklə reallaşmasına, Çin-Azərbaycan münasibətlərinin standartlardan kənara çıxaraq yeni və daha gözəl forma qazanmasına ümid bəsləyirik.
Həsən MUSAYEV
Xəbər lenti
Hamısına bax 
                    Gündəm
01 Noyabr 12:48
 
                    İqtisadiyyat
01 Noyabr 12:31
 
                    Siyasət
01 Noyabr 12:19
 
                    İqtisadiyyat
01 Noyabr 11:57
 
                    Xəbər lenti
01 Noyabr 11:46
 
                    Gündəm
01 Noyabr 11:44
 
                    MEDİA
01 Noyabr 11:42
 
                    Siyasət
01 Noyabr 11:28
 
                    Analitik
01 Noyabr 10:53
 
                    Siyasət
01 Noyabr 10:38
 
                    Sosial
01 Noyabr 10:16
 
                    Analitik
01 Noyabr 09:52
 
                    Analitik
01 Noyabr 09:35
 
                    Sosial
01 Noyabr 09:13
 
                    MEDİA
01 Noyabr 08:59
 
                    Ədəbiyyat
01 Noyabr 08:24
 
                    Dünya
31 Oktyabr 23:46
 
                    Siyasət
31 Oktyabr 23:41
 
                    Daxili siyasət
31 Oktyabr 23:32
 
                    YAP xəbərləri
31 Oktyabr 23:27
 
                    Siyasət
31 Oktyabr 23:22
 
                    Dünya
31 Oktyabr 23:18
 
                    Dünya
31 Oktyabr 22:51
 
                    Dünya
31 Oktyabr 22:45
 
                    Dünya
31 Oktyabr 22:17
 
                    Dünya
31 Oktyabr 21:59
 
                    Dünya
31 Oktyabr 21:26
 
                    YAP xəbərləri
31 Oktyabr 21:05
 
                    Dünya
31 Oktyabr 20:58
 
                    Hadisə
31 Oktyabr 20:35
 
                    Sosial
31 Oktyabr 20:19
 
                    İqtisadiyyat
31 Oktyabr 19:46
 
                    Dünya
31 Oktyabr 19:31
 
                    Sosial
31 Oktyabr 19:11
 
                    Siyasət
31 Oktyabr 18:33
 
                    YAP xəbərləri
31 Oktyabr 18:14
 
                    YAP xəbərləri
31 Oktyabr 18:02
 
                    YAP xəbərləri
31 Oktyabr 17:53
 
                    YAP xəbərləri
31 Oktyabr 17:50
 
                    İqtisadiyyat
31 Oktyabr 17:25
 
                    Hadisə
31 Oktyabr 17:09
 
                    Dünya
31 Oktyabr 16:41
 
                    Siyasət
31 Oktyabr 16:19
 
                    Sosial
31 Oktyabr 16:18
 
                    Hadisə
31 Oktyabr 16:13
 
                    Dünya
31 Oktyabr 15:32
 
                    Dünya
31 Oktyabr 15:06
 
                    Hadisə
31 Oktyabr 14:53
 
                    Sosial
31 Oktyabr 14:52
 
                    Dünya
31 Oktyabr 14:20
 
                    Dünya
31 Oktyabr 13:53
 
                    Dünya
31 Oktyabr 13:30
 
                    Dünya
31 Oktyabr 13:19
 
                    Dünya
31 Oktyabr 12:46
 
                    YAP xəbərləri
31 Oktyabr 12:33
 
                    Siyasət
31 Oktyabr 12:25
 
                    Elanlar
31 Oktyabr 12:07
 
                    Sosial
31 Oktyabr 11:52
 
                    Elm
31 Oktyabr 11:50
 
                    Hadisə
31 Oktyabr 11:37
 
                    Siyasət
31 Oktyabr 11:20
 
                    Siyasət
31 Oktyabr 11:08
 
                    Hadisə
31 Oktyabr 11:07
 
                    İqtisadiyyat
31 Oktyabr 10:53
 
                    İqtisadiyyat
31 Oktyabr 10:52
 
                    İqtisadiyyat
31 Oktyabr 10:49
 
                    MEDİA
31 Oktyabr 10:30
 
                    Analitik
31 Oktyabr 10:16
 
                    Analitik
31 Oktyabr 09:52
 
                    Siyasət
31 Oktyabr 09:48
| B | Be | Ça | Ç | Ca | C | Ş | 
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 
| 30 | 
 
                             
                    
 
                        