Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Dünyada yeni düzən formalaşacaq

Dünyada yeni düzən formalaşacaq

04.03.2022 [10:29]

“Məclisdən kənar” söhbətlər...

Günel Abbasla

Britaniyalı millət vəkilinin sanksiya tələbi uğursuz cəhd idi

Əvvəli ötən sayımızda...

Müsahibimiz 84 saylı Füzuli seçki dairəsinin deputatı Vüqar Bayramovdur. V.Bayramov Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq, əmək və sosial siyasət komitələrinin üzvüdür.

Neft bazarı bundan sonrakı mərhələdə də investorlar üçün maraqlı olacaq

- Bir müddətdir müşahidə edirik, qızılın qiyməti artanda neftin qiyməti düşür, ya da əksi olur. Bunlar bir-birini necə tənzimləyir?

- Qiymətlərin dəyişməsi investorların bazarda bir kontraktı satıb, digər bazardakı kontrakta yönəltməsi ilə bağlıdır. Birbaşa olmasa da, bu, dolayı yolla qiymətlərdə dəyişikliyə səbəb olur. Pandemiya vaxtı neftin qiyməti düşdü, amma qızılın qiyməti artdı. O zaman investorlar üçün neft maraqlı olmadı. Yenə də qızıl vəsait yönəldilən bazarlardan biridir. Neftin qiymətində artım olacaqsa, bu investorların neft sektorunda daha çox kontrakt alması ilə bağlı olacaq. Ümumiyyətlə, neft bazarı təkcə mövcud şəraitdə yox, bundan sonrakı mərhələdə də investorlar üçün maraqlı olacaq.

Kremlin proqnozlaşdırmadığı ölkələr də sanksiyalara qoşulurlar

- Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq edilir. Bəs Rusiya hansı sanksiyaları tətbiq edə bilər?

- Rusiya artıq bir neçə sanksiya tətbiq edir. Vəsaitlərin ölkədən çıxarılması qadağa edilir, nəzərə alsaq ki, bu da kiçik bir məbləğ deyil. Eyni zamanda ölkədən valyuta çıxarışı məhdudlaşdırılıb. Növbəti mərhələdə digər alternativ addımların atılacağı gözlənilir. Amma Rusiya Qərbdən fərqli olaraq alətləri məhdudlaşdırıb. Bu baxımdan Rusiya və Qərb iqtisadiyyatında fərq çoxdur. Rusiyanın pandemiyadan əvvəlki illərdəki ixracatı 300-400 milyard dollar ətrafında dəyişir. Rusiya kifayət qədər böyük potensialı olan ölkədir.  Bu gün xüsusən də ölkənin gücünü göstərən əsas mənbə onun valyutası, ixrac imkanlarıdır. Nə qədər ixrac edirsə, o qədər çox valyuta qəbul edir. Deyə bilərik ki, Rusiyanın iqtisadi təsir rıçaqları Qərb ölkələri qədər deyil. Qərb ölkələri sanksiyalara daha çox ölkələrin qoşulmasını təşviq edir. Bəzi hallarda sanksiyalara qoşulmayan ölkələrə digər vasitələrlə mesajların verilməsindən istifadə edir. Bu gün reallıq ondan ibarətdir ki, Kremlin proqnozlaşdırmadığı ölkələr də sanksiyalara qoşulurlar. Rusiyanın ciddi tərəfdaşı Çinin kifayət qədər əsas mövqeyi ondan xəbər verir ki, indiki sanksiyalar fərqlidir. Ukrayna-Rusiya arasında olan hazırkı gərginlik, Rusiyanın Krımı özünə birləşdirdiyi zamankı gərginliklə eyni deyil.

Bu, Mərkəzi Bankdan asılıdır

- Manatın dollar qarşısındakı məzənnəsi ilə bağlı nə deyə bilərsiniz?

- Rublun məzənnəsi əvvəlcədən proqnozlaşdırılmışdı. Hətta mən də bu barədə yazmışdım. Bütün hallarda rubl sanksiyalara hazır ola bilmədi. Çünki bu sanksiyalar çoxşaxəlidir. Manatın məzənnəsi birbaşa Mərkəzi Bankdan asılıdır. Azərbaycanda üzən valyuta rejiminə keçilməyib. Bu rejimə keçilsə, məzənnəni müəyyən etmək olur. Amma “fixet məzənnə” olduğuna görə, bu, Mərkəzi Bankdan asılıdır. Ən ciddi faktor neft olduğuna görə, hazırkı vəziyyətdə manatın məzənnəsini neftin qiymətinə və Mərkəzi Bankın qərarlarına baxıb müəyyənləşdirə bilərik.

Bu ya bilməzlikdən, ya da qəsdən atılan bir addımdır

- Britaniya parlamentində Ukrayna böhranı müzakirə edilərkən leyboristlərin təmsilçisi Marqaret Hodc “Putinin səylərinə dəstək verən Qazaxıstan və Azərbaycanın da sanksiyalar siyahısına daxil edilməsi ilə bağlı fikirlər səsləndirib. Boris Conson isə bu məsələ ilə bağlı fikir bildirməyib. Siz necə düşünürsünüz, Azərbaycana qarşı sanksiyalar tətbiq oluna bilərmi?

- “Twitte”rdə də bu açıqlamaya cavab yazmışam, ancaq orada müraciətim ingilis dilində olmuşdu. Birmənalı şəkildə düşünürəm ki, bu çıxış Britaniyada ictimai fikri yanlış yönəltmək cəhdidir. Müharibədən sonra Ukrayna prezidenti iki dəfə Azərbaycana təşəkkür edibsə, Kiyevin təklif etdiyi 4 şəhərdən biri Bakı olubsa, bu, Ukrayna rəhbərliyinin Azərbaycan rəhbərliyinə olan münasibətidir. Azərbaycan Prezidenti Kiyevə səfəri zamanı Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi. Müharibədən sonra XİN-in də açıqlamasında Ukraynanın ərazi bütövlüyü və suverenliyi əsas prinsip kimi qeyd edilmişdi. Azərbaycan Ukraynaya dəstək olan azsaylı ölkələrdən biridir. Azərbaycan dövlətinin neft şirkəti Ukraynada təcili yardım maşınlarını pulsuz benzinlə təmin edir. Vurğulanmalı məqamlardan biri odur ki, Ukrayna prezidenti müharibənin ilk günlərində çox az dövlətə təşəkkür edib. O ölkələrdən birinin Azərbaycan olması İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycanın praktiki olaraq Rusiya ilə münasibətləri var, qonşu ölkədir. Eyni zamanda Azərbaycan üçün tərəfdaşı olduğu, əməkdaşlıq etdiyi ölkələrin ərazi bütövlüyü və suverenliyi vacib prioritetlərdən biridir. Böyük Britaniya millət vəkilinin öz fikirlərini ifadə etmək hüququ var, ancaq bu açıqlamanın ciddiyə alınacaq tərzdə olduğunu düşünmürəm. Bu ya bilməzlikdən, ya da qəsdən atılan bir addımdır. Ukraynaya dəstək olan Azərbaycanın adının belə məsələlərdə çəkilməsi təhlükədir. Son proseslər göstərir ki, britaniyalı millət vəkilinin bu addımı uğursuz bir cəhd idi.

İllik ixracat 20 milyard kubmetr qədər artırılacaq

- Emmanuel Makron İlham Əliyevə Ukraynaya və enerji dəstəyinə görə təşəkkür edib. Bununla yanaşı, Azərbaycanın Avropaya qaz ixracının artacağı bildirilir. “Şimal axını - 2” dondurulduğu halda  Azərbaycan hansı irəliləyiş əldə edəcək, ümumiyyətlə ixrac ediləcək qazda nə qədər artım nəzərdə tutulub?

- Rusiya, Ukrayna müharibəsindən sonra dünyada yeni düzən formalaşacaq. Bu zaman Azərbaycan yeni dünya düzənində strateji mövqeyini qoruyub saxlayacaq. Azərbaycan çoxistiqamətli xarici siyasət həyata keçirir. Avropa üçün də strateji tərəfdaşdır. Reallaşdırdığı enerji layihələri birbaşa Avropa bazarına yönəldilir. Azərbaycan 2021-ci ildə 19 milyard kub metr “mavi qaz” nəql edib. Onun 7 milyard kubmetri İtaliya, 1.5-2.5 milyard kubmetri Yunanıstan, Bolqarıstan, Gürcüstan, 8.5 milyard kubmetri Türkiyə bazarına nəql edilir. Nəzərə alsaq ki, Türkiyə və Avropaya ?? ixracımız artıb. Növbəti illərdə Cənub qaz dəhlizinin ötürülmə qabiliyyətinin artırılacağı gözlənilir. “Şahdəniz-2” yatağı ilə bağlı “Abşeron” yatağının da “mavi qaz”ı nəql olunacaq. Bütövlükdə illik ixracat 20 milyard kubmetr qədər artırılacaq. Müharibə zamanı Rusiyadan “mavi qaz”ın məhdudlaşdırılmasından sonra iki ölkənin adı xüsusi qeyd edildi. Biri Əl-cəzair, digəri Azərbaycandır. Bu məsələ Prezident tərəfindən də xüsusi müzakirə olunmuşdu.

Azərbaycan Avropa üçün yeni alternativ mənbədir

- Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol enerji böhranı dövründə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə, Azərbaycana təşəkkür etdi. Azərbaycanın verdiyi hansı töhfələrdən söhbət gedir?

- Azərbaycan Avropa üçün yeni alternativ mənbədir. Avropa bazarına çıxardığımız “mavi qaz”ın həcmi böyük görsənməyə bilər. Ancaq ixrac etdiyimiz coğrafiyada enerji təhlükəsizliyinin nə qədər aktual olmasına nəzər yetirsək bunu daha yaxşı görə bilərik. Xüsusilə indiki zamanda Azərbaycan Şərqi və Cənubi Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Təhlükəsizlik nisbətən kiçik ölkələrin enerji təhlükəsizliyinin formalaşmasına digər mənbələrdən qatqı vermək anlamına da gələ bilər.

- Sosial məsələlərdə sizə bir çox müraciətlər ünvanlanır. Bunlar əsasən hansı məzmunda olur?

- Hər ay, bəzən daha mütəmadi şəkildə seçicilərlə görüşürəm. Ən çox müraciətlər iki istiqamətdə - məşğulluq və əlillik dərəcəsinin bərpa edilməsi ilə bağlıdır. Çalışırıq ki, insanlara dəstək olaq. Təkcə mənim dairəmdən dövlət orqanlarına bir il ərzində 700-ə yaxın rəsmi sorğu göndərilib. Son iki ildə “mavi qaz”ı olmayan bütün kəndlər üçün müraciət göndərdik və həmin ərazilər qazlaşdırıldı. Bu yaxınlarda İranla sərhəddə olan otlaq sahəsinin istifadəyə verilməsi ilə bağlı müraciət etmişdik, bu məsələyə də müsbət yanaşıldı və hazırda otlaq istifadəyə açıqdır.

Vətəndaş sualları:

- Milli Məclisdə təmsil olunmaq onun fəaliyyətini məhdudlaşdırmayıb?

- Məhdudlaşdırmayıb, əksinə komitələrdə proseslərlə bağlı, təklifləri təqdim etmək imkanı verir. Son iclaslarda qəbul edilən təkliflərdən bir neçəsi mənim təkliflərimdir. Qanunvericiliyin təkmilləşdirilməsi baxımından Milli Məclis çox yaxşıdır. Əvvəllər ekspert olmuş şəxslər üçün də uyğun bir platformadır.

- Ötən büdcə müzakirələrində pensiya sistemində islahatlar ilə bağlı maraqlı təkliflər təqdim etmişdi. O təkliflərin taleyi necə oldu? Dövlət qurumlarının həmin təkliflərə münasibəti necədir?

- Təkliflərin bir qismi qanunda öz əksini tapıb. Pensiya sistemi ilə bağlı komitə və plenar iclaslarda təklif etmişdim. Hələ də bu məsələ müzakirə olunur. Daha erkən yaşda pensiyaya çıxmaqla bağlı təkliflər etmişdim. Əgər insanların 55 yaşda pensiya kapitalı kifayət qədərdirsə, bunun üçün 65 yaşlarını gözləməyə ehtiyac yoxdur. Çalışırıq ki, məqsədəuyğun hesab etdiyimiz məsələlər qanunlarda öz əksini tapsın. Digər bir təklifim pay torpağı olanların sosial paketlərdən kənarda qalmaması ilə bağlı idi. O da qəbul olundu, yanvarın 1-dən həmin şəxslər də sosial paketlərdən yararlana bilirlər. Bəzən məsələlərin həlli gecikir, ancaq öz yerini tapır.

- Xarici KİV artıq iqtisadi pandemiyadan yazır. Bundan necə qorunmaq olar?

- Pandemiya dünyanı yoxsullaşdırdı, sosial vəziyyətə təsir göstərdi. Real sektorda qadağalar olduğuna görə insanların gəlirləri azaldı. Nəticədə pandemiyanın iqtisadi təsirlərini artırdı. Dövlətlər pandemiya ilə mübarizəni evdə oturaraq yox, işləyərək aparmalıdır. Qiymət artımlarının səbəbi 2021-ci ildəki iqtisadi qapanmalardır, bunu indi də hiss edirik. Qiymətin durmadan artmasını nəzərə alsaq, ola bilsin ki, bu təsirləri uzun müddət hiss edəcəyik.

- İpoteka verilmə şərtləri dəyişməyibsə (aztəminatlı təbəqə üçün yenə əlçatmazdırsa), MİDA-nın tikdiyi sosial evlər nəyə lazımdır? Dövlət niyə ev tikib satmalıdır?

- Əksər inkişaf etmiş ölkələrdə dövlət ev tikib satır. MİDA-nın təklif etdiyi evlərə kifayət qədər çox tələb var. Çünki aylıq ödəniş aşağıdır. MİDA-nın evləri kifayət qədər ucuzdur. Sadəcə tələb çox olduğuna görə bəzi hallar müşahidə olunur. Ancaq düşünürəm ki, təklif və tələbləri bərabərləşdirəcəyik.

- Pensiya, təqaüd və maaşların yenidən artımı gözlənilirmi?

- Qiymət artımı nəzərə alınsa, artımlar gözlənilir. Xüsusən də budəfəki artımdan 99 min vətəndaş kənarda qaldı. Martda məsələ ilə bağlı addımlar atılacaq. Hər halda digər istiqamətlərdə də artımlar olacaq. Eləcə də ƏƏSMN və digər qurumlar özəl sektor hesabına əlavə iş yerləri yaratmalıdır. Bu mənada özəl sektorun məşğulluqdakı yeri artırılmalıdır.

- Bizə ünvanlanan suallar arasında uşaqpulu məsələsi də yer alır. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

- Biz bununla bağlı xüsusi araşdırmalar aparmışıq. Düşünürəm ki, uşaqlara müavinətlərin ödənilməsi baxımından ən uyğun model İtaliya modelidir. Digər ölkələr də İtaliya modelini tətbiq etməyə çalışır. Burada əhalinin gəlirinə görə uşaqpulunun ödənməsi nəzərdə tutulur. Gəliri az olan ailələrə uşaq sayına görə uşaqpulu müəyyənləşir. O zaman həmin ailə uşaqların sayına görə dövlətdən vəsait alır. Bununla da dövlət dəstəyinə ehtiyacı olan ailələrə daha çox vəsait ayırmaq mümkün olur. ƏƏSMN-ə İtaliya modelinin araşdırılması istiqamətində işlərin aparılmasını tövsiyə edirik.

Paylaş:
Baxılıb: 854 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30