Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Diplomatik cəbhədə Azərbaycan Ermənistandan tam şəkildə üstün mövqedədir

Diplomatik cəbhədə Azərbaycan Ermənistandan tam şəkildə üstün mövqedədir

07.04.2010 [09:53]

Mübariz Qurbanlı: Azərbaycan Prezidenti İlham Əliyevin fəal, hücumçu diplomatiya xətti və aparılan siyasətin uğurları erməni niyyətlərinin puç olmasında əhəmiyyətli rol oynayır
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlının www.yap.org.az saytına müsahibə verib:
- Mübariz müəllim, son zamanlar Cənubi Qafqaz regionunda ciddi hadisələr baş verməkdədir. Uydurma “erməni soyqırımı” məsələsi ilə bağlı gərginlik hələ də davam etməkdədir. İstərdik ki, bu baxımdan son proseslərə münasibətinizi bildirəsiniz...
- Son dövrlərdə baş verən hadisələr onu göstərir ki, ermənilərin qondarma “soyqırımı” məsələsini ayrı-ayrı ölkələrin parlamentində təsdiq etdirmək istiqamətində həyata keçirdikləri bədnam siyasət iflasa uğrayıb. Birincisi, bu iflas özünü onda büruzə verdi ki, ABŞ Konqresinin alt komitəsi yalançı “erməni soyqırımı” ilə bağlı məsələni müzakirəyə çıxarıb bir səs çoxluğu ilə onu qəbul etsə də, bütünlükdə ABŞ administrasiyası məsələnin Konqresin ümumi müzakirəsinə çıxarılmasına mane oldu və bu yöndə də fəaliyyətini davam etdirir. Erməni təşviqatı və təbliğatının iflası digər tərəfdən də özünü büruzə verdi. Bu günlərdə Böyük Britaniya parlamentində də qondarma “erməni soyqırımı”nın müzakirəyə çıxarılaraq müəyyən bir nəticə əldə etmək cəhdi iflasa uğradı. Böyük Britaniya parlamenti faktiki olaraq bu məsələni rədd etdi. Həqiqətən də, proqnozlaşdırmaq mümkün idi ki, Britaniya parlamenti bu məsələdə erməni lobbisinin bu və ya digər oyunlarına getməyəcək. Ermənilərin bədnam fəaliyyəti İsrail parlamentində də istənilən nəticəni verməyib. İsrail Knessetində qondarma “erməni soyqırımı”nı müzakirəyə çıxarmaq cəhdi alınmır və əvvəllər də bu cəhdlər istənilən nəticəni verməyib. Son dövrlərdə bəziləri belə düşünürdü ki, guya ermənilərin qondarma “soyqırımla” bağlı gündəmə gətirdiyi məsələlərə yəhudi lobbisi dəstək verəcək və İsraildə bu yöndə hansısa addımlar atılacaq. Amma göründüyü kimi, ümumi maraqlar baxımından çıxış edərək, İsrail Knesseti də bu məsələni müzakirəyə çıxarmır. Məlumatlara görə, yalnız Knessetin bir neçə üzvü bu məsələ ətrafında müzakirə apara bilib.
- Artıq demək olarmı ki, dünya ictimaiyyəti ermənilərin yalanlarına inanmır?
- Bütövlükdə götürsək, bu gün erməni siyasəti, erməniçilik özü böyük böhran keçirir. Son dövrlərdə erməni kilsəsinin xətti ilə bu və ya digər tədbirlər həyata keçirməyə cəhd edilsə də, bunlar əvvəlki formada nəticə vermir və əvvəlki effekt nümayiş olunmur. Mən, hətta, deyərdim ki, bu gün erməni cəmiyyəti mənəvi böhran keçirir. Dağlıq Qarabağ məsələsində ermənilər istədiklərinə nail ola bilməyiblər. Ermənilər düşünürdülər ki, müəyyən dövlətlərin yardımı ilə Dağlıq Qarabağda həyata keçirdikləri işğalçı siyasəti və bu siyasətin nəticəsi olaraq, Azərbaycana məxsus olan bu ərazinin qoparılaraq Ermənistana birləşdirilməsinə, yaxud da ikinci qondarma bir erməni dövləti yaradılmasına nail ola biləcəklər. Amma hadisələrin gedişi göstərdi ki, ermənilərin ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi və ya ikinci erməni dövlətinə çevirmək cəhdi fiaskoya uğrayıb. Doğrudur, Qarabağ məsələsi, Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirmək söhbəti əvvəlki dövrlərə təsadüf edir. Hələ 1923-cü ildə Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtar qurum olaraq yaradıldıqda ermənilər bununla bağlı etirazlarını bildirmişdilər. O dövrdə Qarabağın Azərbaycandan alınmasına cəhd edirdilər. Bu da hamının yadındadır ki, məhz bu ərazidə qondarma erməni muxtar vilayətinin yaradılması Azərbaycan üçün əlverişli deyildi. Amma həmin dövrdə Azərbaycanda belə bir fikir ortadaydı ki, qədim Azərbaycan torpaqlarında-Ermənistana verilən torpaqlarda da azərbaycanlılar üçün muxtariyyət yaradılsın. Ancaq bu baş verməmişdi. Yəni, əslində, muxtariyyətin Azərbaycanda yaradılması yanlış idi. Bu partlamayan mina siyasəti idi ki, sonralar özünü büruzə verdi.
- Sizcə, ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri də iflasa uğrayır?
- Artıq erməni siyasəti iflasa uğrayır. Ermənistan iqtisadi cəhətdən Azərbaycandan dəfələrlə geridə qalıb, ermənilər əvvəlki kimi antiazərbaycan təşviqatını, təbliğatını apara bilmirlər, təşviqat cəbbəxanası tükənibdir, artıq burada yeni bir söz, yeni bir ifadə tapa bilmədiklərindən nəyisə uydurmağa cəhd göstərirlər ki, bu da istənilən nəticəni vermir. Ermənilər buna ötən əsrin 90-cı illərinin əvvəllərində də cəhd göstərmişdilər. Belə ki, Bakıda müxtəlif qruplaşmalar ermənilərin özünün və bəzi kəşfiyyat qruplarının iştirakı ilə hadisələr törətmişdi. Guya Azərbaycanda erməni qırğını, yəni, milli münaqişə baş verib, Sumqayıt hadisələri törədilib. Hamının yadındadır ki, həmin hadisələr zamanı bir neçə erməni həlak olmuşdu, amma istintaq zamanı qatillərin elə ermənilərin özü olduğu aşkarlandı. Ancaq bu il ermənilərin antiazərbaycan təbliğat-təşviqat, antitürk cəbbəxanasında “faktlar” tükəndiyindən indi Bakıda o zaman ölənlərin sayını dəfələrlə artırırlar. Bir hadisəni də xatırlatmaq yerinə düşər. Ermənilərin bu gün uydurduğu “soyqırımı” məsələsində rəqəmlərlə manipulyasiya etmək istəyi diqqəti cəlb edir. Hamıya bəllidir ki, 1915-ci il hadisələri zamanı Osmanlı imperiyasında yaşayan ermənilərin sayı heç bir milyona çatmırdı. Və bu da bəllidir ki, o dövrdə ermənilər rus-türk cəbhəsində yaranmış vəziyyətdən istifadə edərək, Türkiyə əleyhinə silahlı üsyan qaldırmışdılar və məntiqi olaraq, Osmanlı hökuməti erməniləri köçürmə siyasəti ilə bu üsyana cavab vermişdi. Erməni mənbələrində 1929-ci ildə, yəni, sovet dövründə rəsmi sənədlərdə, statistik göstəricilər, ondan əvvəlki Britaniya, Fransa arxivlərində göstərilir ki, Türkiyədən üç yüz min erməni köçürülüb. Bəs onda necə olur ki, orada bir milyon yarım erməni ölüdürülür? Qeyd etdiyimiz kimi, o dövrdə ermənilərin sayı heç bir milyona çatmırdı. Bugünkü günümüzdə qondarma “erməni soyqırımı”nı zəncirvari olaraq parlamentlərə çıxarmaq cəhdi iflasa uğradı. Bu Böyük Britaniyada, İsraildə, elə ABŞ-ın özündə də iflasa uğradı. Hazırda ermənilər aprelin 24-də ABŞ prezidentinin çıxışında bu aktın genosid adlandırılmasına səy göstərməkdədirlər. Bu da istənilən nəticəni verməyəcək, çünki həm Azərbaycan, həm Türkiyə, həm İslam dünyası, həm də mütərəqqi qüvvələr ermənilərin bu cəhdlərinin arxasında hansı istəklərin dayandığını açıb göstərə bilirlər.
- Türkiyənin Baş nazirinin ABŞ səfərindən nə gözləmək olar? Uydurma “soyqırımı” məsələsinin ABŞ-ın gündəmindən çıxarmaq mümkün olacaqmı?
- Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri bu söhbətlər baxımından olduqca əhəmiyyətli və maraqlıdır. Odur ki, Konqresin alt komitəsində qondarma “erməni soyqırımı” haqqında qərar qəbul edildikdən sonra Türkiyə səfirini Vaşinqtondan geri çağırmışdı, ABŞ-la münasibətlərində bir sıra məsələlər vardı ki, onların ciddi müzakirəsinə ehtiyac yaranmışdı. Türkiyə hökuməti ABŞ Konqresindəki müzakirələrə qəti etirazını bildirmişdi və bu məsələdə Azərbaycan hökuməti də Türkiyəyə çox ciddi dəstək vermişdi. Cənab Ərdoğanın ABŞ-a səfəri yaranmış münasibətlərdəki gərginlik fonunda çox vacibdir. Bilirsiniz ki, R.T.Ərdoğanın əvvəlcə Amerikaya səfərə getməyəcəyi deyilirdi. Amma reallıq budur ki, bu səfər olacaqdır və səfər zamanı bir sıra məsələlər, o cümlədən, nüvə təhlükəsizliyi, həmçinin, ABŞ-Türkiyə münasibətləri müzakirə olunacaq. Eyni zamanda, Dağlıq Qarabağ məsələsi də ətraflı müzakirə ediləcək. Bu gün ABŞ-da hələ də elə qüvvələr var ki, onlar Ermənistan-Türkiyə sərhədlərinin açılmasını bölgədə yaranmış gərginliyin aradan qaldırılması üçün vasitə hesab edirlər. Ancaq bu yanlış yanaşmadır. çünki Türkiyə sərhədləri Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisini işğal etməsinə görə bağlayıb. Dəqiq desək, Kəlbəcər rayonunun işğalından sonra Türkiyə birtərəfli qaydada Ermənistanla sərhədlərini qapadığını bəyan edib. Bu səbəb aradan qalxmadığı təqdirdə Türkiyənin sərhədləri açması birbaşa erməni işğalına bəraət qazandırmaq olardı. ABŞ-da düşünürlər ki, sərhədlər açılarsa, Türkiyə ilə Ermənistan arasında isti münasibətlər formalaşar, guya Ermənistan tərəfi Qarabağ danışıqlarında daha konstruktiv mövqedən çıxış edər və Qarabağ problemi də həll edilmiş olar. Amma həmin dairələr ya erməni siyasətinə bələd deyillər, ya da, sadəcə, bu variantla Türkiyənin sərhədləri açmasına nail olmaq istəyirlər. Türkiyə sərhədləri açarsa, bu, əslində, Qarabağ probleminin həllinə yardım etməyəcək. Əksinə, Qarabağ məsələsi ilə əlaqədar aparılan danışıqlarda ermənilərin daha da sərtləşməsinə gətirib çıxaracaq. Ona görə də, sərhədlərin açılması məsələsində Azərbaycan öz mövqeyini Türkiyəyə çatdırıb. İctimai rəy də bütövlükdə sərhədlərin açılmasının əleyhinədir. Türkiyə parlamentində millət vəkillərinin böyük əksəriyyəti bu fikri dəstəkləyir və sərhədlərin açılmasının yanlış olduğunu bildirməkdədir.
- Ermənistanla sərhədlərin açılması ilə bağlı ABŞ-da Türkiyənin Baş nazirinə təzyiqlərin göstəriləcəyi ilə bağlı fikirlər nə dərəcədə realdır?
- Türkiyə ictimai rəyi sərhədlərin açılmasının yox, qapalı saxlanılmasının tərəfdarıdır. ABŞ səfəri zamanı Türkiyənin Baş nazirinə təzyiq edilərək sərhədlərin açılmasına nail olmaq ehtimalı çox aşağıdır.
Cənab Ərdoğanın ABŞ-a səfəri, Birləşmiş Ştatlar prezidenti ilə danışıqlar və müzakirələr, əlbəttə ki, yalnız Qafqaz bölgəsindəki problemlərlə məhdudlaşmır. Burada Yaxın Şərq, bölgədəki vəziyyət, nüvə silahının yayılması, İran-Türkiyə və İran-Qərb münasibətləri və Qərbin bu ölkəyə sanksiyalar tətbiq edəcəyi ilə bağlı məsələlər müzakirə obyekti olacaq. O cümlədən, bütün bu məsələlərə Türkiyənin münasibəti və ABŞ-Türkiyə əlaqələri də müzakirə olunacaq məsələlər sırasına daxildir. Amma bütövlükdə götürdükdə Türkiyənin xarici siyasətinin müəyyən etdiyi istiqamətdən biri Qafqazda əmin-amanlığın bərqərar olması və sülhün əldə edilməsidir. Ona görə də, ABŞ-Türkiyə münasibətlərində Dağlıq Qarabağ məsələsi önəmli yerlərdən birini tutur. Bu gün Azərbaycan da bu istiqamətdə fəaliyyət göstərir, “bir millət, iki dövlət” olan ölkələrimizin diasporası da birgə fəaliyyət göstərir və bu istiqamətdə real addımlar atmaqdadır.
Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin ötən həftə Türkiyəyə səmərəli səfəri və bu səfər gedişində aparılan danışıqlar, əldə olunan razılaşmalar bütövlükdə bu regionda Türkiyə-Azərbaycan birgə fəaliyyəti üçün çox ciddi, əməli əsaslar yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin fəal, hücumçu diplomatiya xətti və aparılan siyasətin uğurları erməni niyyətlərinin puç olmasında əhəmiyyətli rol oynayır. Bütün bunlar Qarabağ məsələsinin həlli istiqamətində Azərbaycanın üstün mövqedə olduğunu nümayiş etdirir. Diplomatik cəbhədə Azərbaycan Ermənistanı tam şəkildə üstələyib və bu üstünlük hər yerdə özünü göstərməkdədir.

Paylaş:
Baxılıb: 1007 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30