Hərbi Doktrina parlamentin payız sessiyasında müzakirəyə çıxarıla bilər
09.09.2009 [09:25]
Bir neçə gün sonra Milli Məclisin komitələri fəaliyyətə başlayırlar. Komitələr oktyabrın 1-də öz işinə başlayacaq payız sessiyası ilə əlaqədar iş planlarını təsdiq edəcəklər. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib ki, üzvü olduğu komitə bir sıra sənədlər üzərində işləyir:
- Təhlükəsizlik və müdafiə komitəsi müəyyən sənədlər üzərində iş aparır. Komitənin Milli Məclisə müvafiq qanun layihələri təqdim etmək və bəzi qanunvericilik aktlarına edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı planları var. Həmçinin, Milli Məclisin gündəliyinə çıxarılacaq məsələlərin müzakirəsində həm komitə, həm də millət vəkilləri olaraq, fəal iştirak etmək əzmindəyik. Bir sözlə, ayın 15-dən sonra komitəmiz birinci iclasını keçirəcək, məsələlər dairəsini müəyyənləşdirəndən sonra bu barədə mətbuata daha geniş məlumat verəcək.
- Bu komitənin yaxından iştirakı ilə hazırlanan Hərbi Doktrinanın payız sessiyası çərçivəsində müzakiryə çıxarılması gözləniləndirmi?
- Hərbi Doktrinanın üzərində işlər davam edir. Bu sənədi ölkə Prezidentinin tapşırığı əsasında xüsusi İşçi Qrupu hazırlayır və bu baxımdan gözləniləndir ki, Hərbi Doktrina payız sessiyasında müzakirə edilsin. çünki Hərbi Doktrina çox ciddi və məsuliyyətli bir sənəddir. Bu sənəd qəbul edildikdən sonra onun üzərində tez-tez dəyişikliklər edilməsi, əlavələr olunması məqbul deyil. Bir qayda olaraq, bunun üzərində ciddi işlənəndən, ölkənin hərbi siyasətlə bağlı bütün istəkləri nəzərə alınandan sonra müzakirəyə çıxarılmalıdır. Prinsipcə, bu gün demək olar ki, ölkənin hərbi siyasət prinsipləri bəllidir var. Bu, ölkənin ərazi bütövlüyünü qoruyan ordunun formalaşdırılması və daim yüksək səviyyədə saxlanılması, ordunun hər zaman ərazi bütövlüyünü qorumaq və işğal olunmuş torpaqları işğaldan azad etmək üçün hərbi əməliyyatlara hazır olması, ordunun yüksək hərbi texnika ilə təchiz edilməsi, o cümlədən, hərbi əməkdaşlıq və sair məsələlərdir. Ancaq bir daha qeyd edirəm ki, Doktrina layihəsi hazır olan kimi Milli Məclisə təqdim ediləcək və parlament də sənədi müzakirədən keçirərək qəbul edəcək. Yəni, bu, payız sessiyasında gözləniləndir, lakin indidən dəqiq nəsə demək düzgün deyil.
- Aydın müəllim, sizcə, Hərbi Doktrinanın müzakirəsinin və qəbulunun bu qədər uzanması nə ilə bağlıdır? Bəzən belə iddialar səslənir ki, guya gecikmənin kökündə bəzi qonşu dövlətlərlə bağlı olan məsələlər dayanır...
- Azərbaycanın hərbi siyasət prinsipləri Konstitusiyamızda, hərbi qanunvericiliyimizdə, ən əsası, dövlət başçısı İlham Əliyevin apardığı siyasətdə kifayət qədər dəqiq əksini tapıb. Eyni zamanda, hərbi siyasətimiz heç zaman qonşu dövlətlərin narazılığına səbəb olmayıb və ola da bilməz. Bu sənədin üzərində bu qədər işlənilməsinə yeganə səbəb odur ki, biz işləri tam, dəqiq və mükəmməl şəkildə başa çatdırmaq istəyirik. Bəzi ölkələrin təcrübəsi göstərdi ki, tələsik və yaxud bütün nüanslar nəzərə alınmadan hazırlanan hərbi doktrinalara sonradan vaxtaşırı dəyişikliklər etmək zərurəti yaranır. Hərbi quruculuqla bağlı qanunvericilikdə edilən dəyişikliklər isə ordunun müdafiə qabiliyyətinin artmasında özünü göstərir. Bu baxımdan, ölkəmizdə bir tərəfdən, hərbi quruculuq işləri aparılır, digər tərəfdən isə Hərbi Doktrinanın çox ciddi və sanballı bir sənəd olması üçün üzərində işlər davam etdirilir.
- Yeri gəlmişkən, “Hərbi xidmətə çağırışın əsasları haqqında” Qanuna dəyişikliklərin edilməsi - konkret olaraq, bakalavr pilləsini başa vurub magistraturaya daxil olmaq istəyən gənclərə yenidən möhlət hüququnun verilməsi, hərbi xidmət yaş həddinin 35-dən aşağıya endirilməsi gözləniləndirmi?
- İstənilən qanuna dəyişikliklərlə bağlı təkliflər edilməsi və bu yöndə müzakirələr aparılması normal bir haldır, burada qeyri-adi bir məsələ yoxdur. Amma bununla belə, “Hərbi xidmətə çağırışın əsasları haqqında” Qanuna yaxın vaxtlarda hər hansı bir dəyişikliyin edilməsi gözlənilmir. Qanunda təsdiq olunmuş prinsiplər bu gün özünü kifayət qədər doğruldur. O cümlədən, çağırış yaşının 35-ə qədər olması da ötən müddətdə özünü doğrulda bildi. Yəni, hərbi xidmətə çağırışla bağlı məsələlər daha dəqiq şəkildə həllini tapdı. Odur ki, indi yenidən həmin Qanuna dəyişikliklərin edilməsi - konkret olaraq, çağırış yaş həddinin 35-dən aşağı endirilməsi gözlənilmir.
- Bəs hərbi qulluqçuların sosial təminatının, sosial müdafiəsinin, xüsusilə onların mənzil təminatının yaxşılaşdırılmasını nəzərdə tutan ayrıca qanunvericilik aktının hazırlanması, müzakirələrə çıxarılması ilə bağlı hansı işlər görülür?
- Qeyd edim ki, ayrı-ayrı qanunlarda bu məsələlər bu və ya digər şəkildə öz əksini tapıb. Yəni, bu gün ölkənin iqtisadi qüdrətindən, büdcəsindən asılı olmayaraq, vaxtaşırı bu yöndə müəyyən addımlar atılır, qanunvericilik aktlarına dəyişikliklər, yeniliklər edilir. Bu baxımdan, gələcəkdə də bu istiqamətdə növbəti yeniliklərin edilməsi gözləniləndir. Eyni zamanda, büdcəmiz artır, iqtisadi böhranın Azərbaycana təsiri minimaldır, Azərbaycan bu gün ayrı-ayrı sahələrdə çalışanların, o cümlədən, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən addımlar atılır. Bir sözlə, aparılan siyasət ondan ibarətdir ki, digər sahələrdə çalışanlarla yanaşı, hərbi qulluqçular da ailələrini sosial təminat cəhətdən tam müdafiə edilmiş saysınlar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

