Ulu öndər Heydər Əliyev zəhmətkeş əməyini hər şeydən üstün tuturdu
05.09.2009 [14:53]
1969-82-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir...
“Yeni Azərbaycan” qəzeti 1969-2003-cü illər ərzində Ulu öndərimizin xalqımız, dövlətimiz üçün gördüyü işləri, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini geniş auditoriyaya daha ətraflı çatdırmaq, dahi şəxsiyyətin zəngin irsini təbliğ etmək məqsədilə ümummilli liderimizlə birgə çalışmış, Onun dövlət quruculuğu işlərinin canlı şahidi olmuş ölkəmizin görkəmli ictimai-siyasi xadimləri ilə müsahibələri, söhbətləri dərc etdirir. Rubrikamızın növbəti qonağı isə Baş nazirin müşaviri Musa Məmmədovdur:
-Musa müəllim, əmək fəaliyyətinizin böyük bir hissəsi ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərə təsadüf edib. Onunla ilk tanışlığınızı xatırlayırsınızmı?
-O dahi ŞƏXSİYYƏT mənim həyatımda, əmək fəaliyyətimdə elə silinməz izlər buraxıb ki, onları xatırlamamaq, yaxud unutmaq mümkün deyil. İndi Onun haqda xatirələrimi söyləyərkən çox da uzaq olmayan həmin illər, respublikanın rayonlarına etdiyimiz birgə səfərlər, burada keçirilən müşavirələr, kolxozçularla olan görüşlər-bütün o xoş anlar yenidən gözlərimin önündən kino lenti kimi gəlib keçir. Ulu öndərlə işləmək məsuliyyətli olduğu qədər də şərəfli idi. İlk baxışda elə təəssürat yaranır ki, Heydər Əliyev kimi ciddi bir rəhbərlə birlikdə işləmək çox çətin məsələ idi. Doğrudur, Heydər Əliyev işində həddən artıq məsuliyyətli idi, amma bununla belə, O, kollektivlə zarafatlaşmağı da çox sevirdi. Ulu öndər Heydər Əliyevlə ilk tanışlığım 1970-ci ilin ortalarına təsadüf edir. Məni MK-ya Heydər Əliyevin qəbuluna çağırmışdılar. Həmin vaxt mən Taxıl Məhsullarının Tədarükü, Emalı və Qarışıq yem İstehsalı Nazirliyində nazir müavini vəzifəsində çalışırdım. Buna qədər isə bir sıra rəhbər vəzifələrdə-Gəncədə Kənd Təsərrüfatı İnstitutunun Tədris-təcrübə təsərrüfatının direktoru vəzifəsindən tutmuş Kənd Təsərrüfatı Nazirliyində baş idarənin rəisinədək müxtəlif vəzifələrdə çalışmışdım. Otağına girəndə həyəcanlı idim. Nə üçün çağırıldığımı bilmədiyimdən beynimdə kənd təsərrüfatına dair müxtəlif suallara cavablar hazırlayırdım. Məni çox səmimi qarşıladı. Qarşısındakı vərəqdə üç nəfərin adı makinada, birininki isə aşağıda əl ilə yazılmışdı. Dedi ki, səni çağırmaqda məqsədim bir neçə suallara cavab almaqdır. Birdən qayıdıb soruşdu ki, Musa Məmmədov necə təsərrüfatçıdır? Ondan nazir müavini olarmı? Düzü sual məni çaşdırdı. Dedim ki, Musa Əliyevi tanıyıram, amma o, təsərrüfatda çox az işləyib. Mən Bakıya gəlməzdən əvvəl təsərrüfatda uzun müddət işləməyimə baxmayaraq, burada çox çətinliklər çəkdim. Sonra siyahıdakı digər adamları soruşdu. Musa Quliyev haqda gözəl xarakteristika verdim. Dedim ki, Saatlı rayonunda Adıgün kolxozunda bir neçə ildir təcrübə aparır. Pambıqçılıq institutunda şöbə müdiridir, yaxşı da təsərrüfatçıdır, kolxozda pambıq istehsalı onun hesabına artıb. Əgər onun təcrübəsini Saatlıda yaysalar rayonda yaxşı məhsul əldə etmək olar. Birdən sözümü kəsib dedi ki, mən Musa Məmmədovu soruşuram, Musa Quliyevi yox. Elə bil ki, indi ayıldım. Sonra qayıdıb soruşdu ki, birinci dəfə harada görüşmüşük? Dedim ki, yadıma sala bilmirəm. Gülümsəyərək dedi ki, amma mən səni tanıyıram. İlk dəfə 1965-ci ildə Ağdaşda görüşmüşük. İndi siz bu ŞƏXSİYYƏTİN fitri istedadına, yaddaşına fikir verin. O illərdə Ağdaş və Qəbələ rayonları eyni inzibati rayonun tərkibində idi. Həmin ildə rayonun Ləki kəndində bir münaqişə olmuşdu. Sədrlərindən narazı olan kolxozçular rayon mərkəzinə hücum çəkmiş, birinci katiblə mübahisə etmişdi. Bir sözlə, rayonda əməlli-başlı münaqişə yaranmış, kolzoz sədri də inciyib rayonu tərk etmişdi. Məsələni araşdırmaq üçün Bakıdan müxtəlif nazirliklərdən təşkil olunmuş bir neçə qrup rayona gəlmişdi. Sən demə qrupların biri Dövlət Təhlükəsizlik Komitəsindənmiş və həmin qrupa Heydər Əliyev rəhbərlik edirmiş. Orada mənə deyib ki, sən də Qutqaşendənsən (indiki Qəbələ rayonu), kolxoz sədrinin həyat yoldaşı da. Get rayonda öyrən, gör sədr oralardadır, ya yox? Mən də gedib qohumlardan soruşdum, öyrəndim ki, sədr buralara gəlməyib. O zaman 33 yaşım olsa da, düzü bu hadisə heç xatirimdə qalmamışdı. üstündən 5 il ötəndən sonra, indi Heydər Əliyev mənə o hadisəni xatırladırdı. Bir dəfə ünsiyyətdə olduğu adamı dərhal yadında saxlayırdı. Sonra bir qədər də zarafat etdi. Dedi ki, səni çağırmaqda məqsədim kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin etməkdir, bacararsanmı? Düzü, ürəyimdən oldu. çünki mən təsərrüfat adamı idim. İşlədiyim sahə isə ürəyimcə deyildi. Dedi ki, səni təsərrüfatlarda çox görmüşəm. Bilirəm ki, respublikanın kənd təsərrüfatı haqda tam məlumatın var. Bilirəm bacarıqlısan, odur ki, səni bu vəzifəyə təyin edirəm. Get işlə, amma pambığın hesabatını səndən istəyəcəyəm. Beləliklə, başladım yeni vəzifədə çalışmağa.
Ulu öndər Heydər Əliyev kənd təsərrüfatının bütün sahələrinin inkişafına böyük diqqət verirdi. Amma pambıqçılıq ümummilli lider üçün xüsusi bir sahə idi. Digər tərəfdən isə, Heydər Əliyev hakimiyyətə gələndən sonra elmə fikir verilməyə başlandı, elmi təcrübənin istehsalata tətbiq edilməsinə geniş yer verildi. Bunun nəticəsi olaraq, respublikada əkin sahələrinin sayı genişlənməyə, məhsuldarlıq isə ildən-ilə artmağa başladı. Əgər 1969-cu ildə respublikada faktiki əkilmiş torpaq sahələri 1 milyon 172 min hektar təşkil edirdisə, 1982-ci ildə bu rəqəm 1 milyon 354 min hektaradək yüksəldi. Heydər Əliyevin hakimiyyətə gəlişinin ilk ilində taxılın hər hektardan məhsuldarlığı 9,5 sentner təşkil edirdisə, 1981-ci ildə bu rəqəm 24,4 sentnerədək artmış oldu. Hesabat dövründə pambıq istehsalı 16,4 sentnerdən 29,4 sentnerə, tütün istehsalı 18 sentnerdən 35,3 sentnerə, tərəvəz 120 sentnerdən 220 sentnerə, kartof istehsalı isə 79 sentnerdən 97 sentnerədək yüksəldi. Bütün bunlar isə Heydər Əliyevin gərgin əməyi sayəsində əldə olunmuşdu. O, demək olar ki, tez-tez rayonlara baş çəkirdi, xüsusən də məhsul yığımı vaxtı. Nazirin müavini kimi mən də bir gün qabaq həmin rayonlara gedir, birinci katiblərlə görüşür, Heydər Əliyevin səfər proqramını hazırlayırdım. Ən çox pambıqçılıq rayonlarına səfərlər edərdik. Əgər getdiyimiz rayonda yolumuzun üstündə taxılçılıq təsərrüfatları olurdusa, onlara da baş çəkirdi, məhsuldarlıq barədə soruşardı. İl ərzində bir neçə dəfə əsas pambıqçılıq rayonları-Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Yevlax, Göyçay, Kürdəmir, eləcə də, o qədər də çox pambığı olmayan Ağsu rayonuna da baş çəkərdi. Zona müşavirələri isə əsasən iri pambıqçılıq rayonlarında təşkil olunardı. Müşavirəni özü aparardı. Rəyasət Heyətində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro üzvləri, nazirliklərin rəhbərləri oturardı. Yaxşı yaddaşı var idi. Zona müşavirəsi başlamazdan əvvəl məni çağırıb rayonun göstəriciləri barədə məlumat alardı. Sonra isə müşavirədə heç bir qeydə baxmadan sərrast çıxışlar edərdi. Zona müşavirələrində əsasən pambığın becərilməsindən söhbət aparılırdı. Tutaq ki, bu il respublika müəyyən həcmdə pambıq məhsulu verməli idi. Mütəxəssislər baxırdılar ki, bu qədər sahədə pambıq əkilib, bundan filan qədər pambıq yığmaq olar və s. Buna misal olaraq, ayrı-ayrı kolxoz və sovxozların göstəriciləri, eləcə də, qabaqcıl pambıqçılıq rayonlarında əldə olunan nailiyyətlərdən danışılırdı. ümumiyyətlə, zona müşavirələri təkcə pambıq əkilən rayonlarda deyil, həm də üzümçülük rayonlarında da təşkil olunurdu. Cəlilabadda, Qazaxda, Şamxorda (indiki Şəmkir rayonu) da belə müşavirələr tez-tez keçirilirdi. Müşavirələrdə mütəxəssis kimi rayonların göstəriciləri barədə hesabatı mən verirdim. Təsərrüfat rəhbərləri isə öz çıxışlarında mövcud vəziyyətdən, problemlərdən danışırdılar. Müşavirənin sonunda Heydər Əliyev yekun nitq söyləyir, öz tapşırıqlarını verirdi. Məhz həmin zona müşavirələrinin hesabına, elmi nailiyyətlərin istehsalata tətbiqinin, respublika ərasizində aparılan genişmiqyaslı meliorasiya tədbirlərinin nəticəsi idi ki, biz həmin illərdə kənd təsərrüfatının bütün sahələrində belə yüksək məhsuldarlığa nail olduq. Doğrudur, burada elmi nailiyyətlərin istehsalata tətbiqi, eləcə də, torpaqların vaxtlı-vaxtında gübrələnməsinin də böyük rolu var idi. Halbuki, Heydər Əliyev respublikada hakimiyyətə gələnədək bunlar heç yada da düşmürdü. Məhz Ulu öndər sayəsində Sumqayıtdakı Superfosfat zavodunda yeni istehsal xətləri quraşdırıldı, zavodun istehsal gücü bir neçə dəfə artırılaraq illik 2 milyon tona çatdırıldı.
- Ulu öndər Heydər Əliyev Azərbaycanda ilk dəfə rəhbərliyə gələnədək Azərbaycan kəndlərinin vəziyyəti necə idi?
Heydər Əliyev hakimiyyətə gələnədək, Aran zonasında kəndlərin siması tamam başqa idi. O illərdə damı şifer, yaxud qırmızı kirəmitlə örtülmüş çox az ev tapa bilərdin. Ən yaxşı halda evlərin damı samanla palçığın qarışığından ibarət olurdu. Bu zaman damları maili vəziyyətdə tikirdilər ki, yağış-qar suları aşağı süzülsün. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə kolxozçu əməyi ön plana çıxdı, onların real gəlirləri artmağa başladı. Bu isə öz növbəsində kolxozçuların güzəranının yaxşılaşmasına, sosial rifahının artmasına səbəb oldu. İndi evlərin damları nəinki şifer və kirəmitlə örtüldü, eyni zamanda, onların mərtəbələri belə yüksəlməyə başladı. Axı kolxozçunun təkcə istehsal etdiyi məhsula görə gəliri artmırdı. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə rayonlarda onlarla pambıqtəmizləmə zavodu, üzümün ilkin emalı müəssisəsi, tütün emalı zavodları istifadəyə verildi. Bütün bunlar isə işsizliyin aradan qaldırılması, respublika əhalisinin daimi iş yerləri ilə təmin olunması demək idi. Həmin illərdə respublikada pambıq istehsalı 1 milyon ton, üzüm istehsalı 2 milyon tona çatdı. Tütün istehsalı 65 min tonu keçdi. Təsəvvür edin ki, 1 kq tütündən 50 qutu siqaret istehsal olunurdu. Həmin məhsullar respublikadan kənarda satılırdı, gəlirlər isə birbaşa kolxozçuya çatırdı. Məhz bunun nəticəsi idi ki, ötən əsrin 70-ci illərindən başlayaraq, demək olar ki, respublikanın bütün rayonlarının siması dəyişdi. Heydər Əliyev təkcə məhsul yığımı ilə deyil, eyni zamanda, kolxozçuların şəxsi problemlərinin həlli ilə də maraqlanırdı. Yadımdadır, bölgələrə növbəti səfərlərimizin biri Ağcabədi rayonuna idi. Yolumuz keçmiş çkalov adına kolxozdan düşmüşdü. Heydər Əliyev tarlaya gəlib pambıqçılarla görüşdü, hal-əhval soruşdu. Birdən diqqəti başına qırmızı yaylıq bağlamış cavan bir qıza sataşdı. Ondan soruşdu ki, niyə başına qırmızı bağlayıb. Dedilər ki, dünən qızın nişanı olub. Soruşdu ki, cehizin varmı, özünə mebel almısanmı? Qız dedi ki, hələ yox. Dərhal kolxoz sədrinə göstəriş verdi ki, ona bir dəst yaxşı mebel alınsın. O dövrdə də dəst mebel almaq çətin məsələ idi. Bax belə idi Heydər Əliyev- işində tələbkar olduğu qədər də, səmimi, qayğıkeş bir İNSAN. Lakin Onun respublika rəhbərliyindən getməsi ilə, təəssüf ki, bu ənənə bir qədər arxa plana keçdi.
-Bəs Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra necə, Onunla görüşləriniz oldumu?
- 1984-cü ildə məni Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, daha sonra birinci müavini təyin etdilər. 1989-cu ilin martınadək burada çalışdım. Elə həmin ildə də meşə təsərrüfatı naziri təyin olundum və 2002-ci ilədək burada çalışdım. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra bir neçə dəfə görüşlərimiz oldu. Xüsusən də kolxoz meşə fondunun dövlət meşə fonduna verilməsi ilə əlaqədar çoxlu görüşlərimiz, müzakirələrimiz olmuşdu. çünki ölkədə kolxoz və sovxozlar ləğv olunandan sonra meşələrimiz dağılıb gedirdi. Vəziyyətdən çıxış yolu meşə sahələrinin dövlət fondunda birləşdirilməsi idi. Sevinirəm ki, biz buna nail olduq və hazırda meşə təsərrüfatlarımız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındadır. Bir müddət sonra mən yeni təyinat aldım- baş nazirin müşaviri. Elə o vaxtdan Nazirlər Kabinetindəyəm. Demək olar ki, burada da kənd təsərrüfatı və onunla əlaqədar sahələrə rəhbərlik edirəm və Heydər Əliyevlə keçirdiyim o günləri xatırlayaraq, Onun tövsiyələrini həyata keçirməyə çalışıram.
-Musa müəllim, söhbətimizdən də göründüyü kimi, zəngin bir ömür yolu keçmisiniz. Keçdiyiniz bu ömür yolundan razısınızmı?
-Əlbəttə. Heydər Əliyev kimi dahi şəxsiyyət, itizəkalı, uzaqgörən dövlət xadimi ilə uzun müddət çiyin-çiyinə çalışmışam. Bundan böyük xoşbəxtlik olarmı? 1964-cü ildən başlayaraq müxtəlif rəhbər vəzifələrdə- Kənd Təsərrüfatı Nazirliyində baş idarə rəisi, nazir müavini, “Azərkəndkimya” Elm-istehsalat Birliyinin sədri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, sədrin birinci müavini və Dövlət Aqrar Sənaye Komitəsinin sədri, Respublika Meşə Təsərrüfatı İstehsalat Birliyinin sədri kimi məsul vəzifələrdə çalışmışam. Respublikada kənd təsərrüfatının dirçəldilməsində, azacıq da olsa xidmətlərim olub. Mənim bu xidmətlərim dövlət və hökumət tərəfindən yüksək qiymətləndirilib. “Qırmızı Əmək Bayrağı”, “Oktyabr İnqilabı”, iki dəfə “Şərəf Nişanı” ordeni və müxtəlif medallarla, eləcə də iki dəfə Respublika Ali Sovetinin Fəxri Fərmanı, ümumittifaq xalq təsərrüfatı Nailiyyətləri Sərgisinin iki qızıl, iki gümüş və bürünc medalları ilə təltif olunmuşam. Elm və Texnika üzrə Dövlət mükafatı laureatı, Respublikanın Əməkdar aqronomu fəxri adlarının sahibiyəm. Bundan böyük xoşbəxtlik varmı? Bir də ona görə özümü xoşbəxt insan hesab edirəm ki, Heydər Əliyevin minbir əzab və əziyyətlə qurduğu, yaşatdığı, inkişaf etdirdiyi müstəqil Azərbaycan Respublikası bu gün etibarlı əllərdədir. ölkədə digər sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də inkişaf var, uğurlarımız ildən-ilə çoxalır. Əminəm ki, Prezident İlham Əliyevin sayəsində respublikamız daha da inkişaf edəcək, bundan daha böyük nailiyyətlər əldə edəcəkdir.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39
