Ulu öndər Heydər Əliyev mədəniyyəti, incəsənəti, musiqini insanların həyat tərzinə çevirmişdi
22.08.2009 [10:41]
1969-82-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir...
“Yeni Azərbaycan” qəzeti 1969-2003-cü illər ərzində Ulu öndərimizin xalqımız, dövlətimiz üçün gördüyü işləri, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini geniş auditoriyaya daha ətraflı çatdırmaq, dahi şəxsiyyətin zəngin irsini təbliğ etmək məqsədilə ümummilli liderimizlə birgə çalışmış, Onun dövlət quruculuğu işlərinin canlı şahidi olmuş ölkəmizin görkəmli ictimai-siyasi xadimləri ilə müsahibələri, söhbətləri dərc etdirir. Rubrikamızın növbəti qonağı isə Azərbaycanın əməkdar jurnalisti, Prezident təqaüdçüsü Azad Şərifovdur:
- Azad müəllim, ümummilli lider Heydər Əliyevlə ilk tanışlığınız necə olub?
- Bir neçə il idi ki, “İzvestiya” qəzetinin Türkiyə, İran və Əfqanıstan üzrə xüsusi müxbiri işləyirdim. 1969-cu ildə sentyabrın əvvəllərində mən qəzetin baş redaktoru Lev Tolkunovdan Moskvaya qayıtmaqla bağlı teleqram aldım. Hələ yayda biz radiodan eşitmişdik ki, Bakıda dəyişmələr olub: Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, onun yerinə isə Ulu öndər Heydər Əliyev seçilib.
Açığını deyim, Moskvadan gəlmiş teleqram məni təlaşlandırdı. Düşünürdüm ki, evdə nəsə olub və məni geri çağırırlar...
Moskvada Lev Tolkunov mənə dedi ki, Heydər Əliyevə həm Moskvadan, həm də xaricdən nümayəndələrin geri çağırılması üçün kart-blanş verilib. Söylədi ki, səni partiya MK-nın mədəniyyət bölməsinin rəhbəri təyin ediblər.
...ümumiyyətlə, mən Ulu öndər Heydər Əliyevlə “Azərbaycan Gəncləri”ndə işlədiyim vaxtdan tanışam. Xatırlayıram... Məni xarici ölkələr üzrə müxbir göndərərkən, Ulu öndər Heydər Əliyev mənə çox gözəl xasiyyətnamə vermişdi...
Belə ki, Bakıya gəldim... Qəbulda məşhur teatrşünas, MK-nın ideologiya üzrə katibi C.Cəfərova da var idi. Onda Ulu öndər Heydər Əliyev mənə dedi ki, Azad biz səni təsadüfən Bakıya çağırmamışıq: “Bütün respublikalarda MK-nın mədəniyyət bölməsi yaradılır. Biz çox düşündük və sənin namizədliyinin üzərində dayandıq. Sən teatr mədəniyyəti görmüş ailədə anadan olmusan, kino və ədəbiyyat üzrə ali məktəb bitirmisən. Bundan başqa, sən Mirzə İbrahimovla, Rəsul Rza ilə, Süleyman Rüstəmlə, İmran Qasımovla, eyni zamanda, Qara Qarayevlə, Fikrət Əmirovla, Niyazi ilə, Tofiq Quliyevlə, Tahir Salahovla və digər mədəniyyət və incəsənət nümayəndələri ilə tanışsan. Onların hamısı şərəflə xalqımızı dünyada tanıdırlar. Sənin vəzifən isə başqadır: bizdə az olmayan talantlı yaradıcı gənclərə kömək etməlisən. Yazıçıların, bəstəkarların, rəssam və teatr nümayəndələrinin dəyişilməsi, yenilərinin gəlişi sürətlənir. Məhz, onlara kömək lazımdır. Sənin vəzifən bundan ibarətdir və biz sənə inanırıq”.
Beləliklə, düz 10 il aparatda və daha 3 il Dövlət Kino İdarəsində Ulu öndər Heydər Əliyevlə birlikdə işlədim.
- Ulu öndər Heydər Əliyevlə 10 il bir komandada çalışmısınız. Onunla işləmək çətin deyildimi?
- Bilirsiniz, Onunla işləmək həm asan idi, həm də çətin. çətin idi ona görə ki, Ulu öndər Heydər Əliyev çox tələbkar, amma ədalətli idi. Asan idi ona görə ki, yeni maraqlı ideyalar verirdi və onların reallaşmasına köməklik göstərirdi. Ulu öndər Heydər Əliyev yaxşı işləyən əməkdaşları düzgün qiymətləndirməyi bacarırdı. Bizi həm də Onun işləmək prinsipi və möhkəm yaddaşı valeh edirdi...
...Bu böyük bir məktəb idi. Mən arabir Ali Diplomatiya Kollecində tələbələrimə deyirəm ki, ümummilli lider Heydər Əliyevlə 10 il işləməklə daha 2 universitet qurtarmışam.
Mən hələ də ümummilli lider Heydər Əliyevin daha çox hansı sahəni (ədəbiyyatı, kinonu, teatrı, musiqini) sevdiyini bilmirəm. Ola bilsin ədəbiyyatı. çünki, əvvəl söz meydana gəlib. Bununla yanaşı, Heydər Əliyev teatrı da çox sevirdi. Heydər Əliyev həyat yoldaşı Zərifə xanımla Bakı teatrlarındakı tamaşaların hamısına baxmağa gələrdi. Tamaşadan sonra isə səhnə arxasına gələr və aktyorlarla, rejissorlarla səmimi söhbət edərdi...
Bir dəfə ümummilli lider Heydər Əliyev zəng edərək dedi ki, bu gün axşam Musiqili Komediya Teatrında “Qaynana”ya yenidən baxmaq istəyir. Həmin gün axşam biz Heydər Əliyevi və həyat yoldaşını teatrda qarşıladıq. Antrakt vaxtı ümummilli lider Heydər Əliyev Şəmsi Bədəlbəylidən tamaşanın quruluşçu-rejissorunun kim olduğunu soruşdu. Rejissor gəldi, Heydər Əliyev ondan soruşdu ki, teatrda neçə vaxtdır işləyir. Biləndə ki, rejissor müharibədən əvvəl teatrda işləyib, müharibəyə gedib və qayıtdıqdan sonra yenidən səhnəyə dönüb - ondan hansı adlara layiq görüldüyümü soruşdu. Rejissorun susması Heydər Əliyevi təəccübləndirdi. Ulu öndər nazirə və direktora baxarkən, onlar da məni dostcasına irəli çəkdilər... Onlar izah etdilər ki, tamaşanın quruluşçu-rejissoru Azad Kərimoğlunun doğma dayısı - Niyaz Şərifovdur. Heydər Əliyev onda mənə heç nə demədi və bir neçə gündən sonra mənə dedilər ki, tamaşanın yaradıcılarının bir neçəsi fəxri ada layiq görülməlidir.
- Həmin müddətdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın mədəni həyatında çox dəyişikliklər oldu...
- Bəli, o illərdə Bakıda Opera və Balet Teatrı, Dövlət Dram Teatrı, restavrasiya olunmuşdu, gənc tamaşaçılar və musiqili komediya teatrları yenidən qurulmuşdu. Şəkidə, Sumqayıtda və Ağdamda teatrlar fəaliyyətlərini bərpa etdilər, Lənkəranda yenidən teatrı açılmışdı. Eyni zamanda, Azərbaycanın dram sənətinin 100 illiyi Moskvada təntənəli şəkildə qeyd olunmuşdu.
Şəmsi Bədəlbəylinin təşəbbüsü ilə Bakıda “Dostluq” teatrı yaradıldı və Moskvanın, Leninqradın ən yaxşı teatr truppaları 1-2 günlüyə paytaxtımıza gətirdi. Heydər Əliyev özü bu təşəbbüsü dəstəklədi və qısamüddətli qastrol səfərləri çərçivəsində tamaşaları izləyirdi. Heydər Əliyev deyirdi ki, bakılıların hamısı tez-tez Moskvaya gedərək, məşhur aktyorların ifasında tamaşaları izləyə bilmirlər...
Deməliyəm ki, aktyorlar çox həvəslə Bakıya gəlirdilər. Ənənəvi olaraq tamaşadan sonra Heydər Əliyev aktyorlarla uzun söhbət edərdi.
Bununla yanaşı, Niyazinin təşəbbüsü və Heydər Əliyevin dəstəyilə ayda bir dəfə filarmoniyada maestronun rəhbərliyilə Azərbaycan musiqisi və klassik simfonik konsertləri təşkil olunurdu... Etiraf etməliyəm ki, ilk vaxtlarda bizim tamaşaçılar narazılıq edirdilər. Amma məhz həmin tamaşaçıların sonda alqışları dayanmırdı. Tədricən insanlarda musiqiyə maraq artdı. Hətta bəziləri zəng edib deyirdilər ki, bu axşam bizi nə ilə “qidalandıracaqsınız”.
Bütün tədbirlərdə mən Heydər Əliyevə yaxın yerlərdə əyləşmişəm. Heydər Əliyev çoxlu suallar, müxtəlif tövsiyyələr verirdi...
Heç vaxt yadımdan çıxmaz, Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması səsləndirilərkən Heydər Əliyev mənə dedi ki, bu necə də möcüzəli musiqidir.
Ulu öndər bütün yaradıcı insanlarla çox isti münasibətlər qururdu. Onların qarşılıqlı fəaliyyətlərinin vacibliyindən danışırdı. Xatırlayıram... Bir dəfə Heydər Əliyev Qara Qarayevi, Fikrət Əmirovu və Niyazini qəbul etmişdi. Onlarla etdiyi 5 saatlıq söhbətdən sonra mən bu şəxslərin Onun otağında necə barışdıqlarını gördüm.
Bütün bu illər ərzində Heydər Əliyev Azərbaycan mədəniyyətinin təbliğ olunması işinə də böyük önəm verirdi. Ukraynada və özbəkistanda Azərbaycan mədəniyyəti günləri keçirildi. Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə respublikada Sovet ədəbiyyatı günləri keçirildi. Daha sonra Azərbaycanda “Mosflim” günləri, Ukrayna və özbəkistan mədəniyyəti günləri keçirildi...
Adətən, kimlərsə Bakıda bizim korifeylərin yubileylərinin keçirilməsini boş yerə itirilmiş vaxt və resurs hesab edirdi. Məsələn, biz Bakıda və Moskvada ü.Hacıbəylinin 90 illiyini, Müslüm Maqomayevin, Səməd Vurğunun, Nəsimi və Aşıq Ələsgərin yubileylərini keçirməklə onların milli mənsubiyyətlərini göstərmişik.
Bununla yanaşı, Heydər Əliyevin Azərbaycan kinosuna verdiyi önəmdən danışmaq istəyirəm. Məhz Onun köməkliyilə “Bir cənub şəhərində”, “İstintaq” kinoları ekranlara yol tapdı. Heydər Əliyevin dəstəyilə “Azərbaycanfilm” kinostudiyasında “Babək”, “Nəsimi” kimi tarixi kinolar çəkildi. Deyim ki, bu gün gənc nəsil bu kinolara çox həvəslə baxır.
- Müasir müstəqil Azərbaycanda mədəniyyət sahəsində görülən işləri necə qiymətləndirirsiniz? Bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev bu sferada böyük işlər həyata keçirir...
- Əvvala qeyd edim ki, 1991-cı ildə SSRİ-nin dağılmasından sonra müstəqilliyini elan edən Azərbaycan səriştəsiz siyasətçilərin sayəsində uçuruma doğru gedirdi. Bütün sahələrdə böhran olduğu kimi, mədəniyyət sahəsində də xaos hökm sürürdü. Baxımsızlıqdan ümummilli lider Heydər Əliyevin ötən müddət ərzində qurduğu-yaratdığı Azərbaycan dağılırdı. Amma xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev dövləti ayağa qaldırdı. Cəmiyyətdə mövcud olan ruh düşkünlüyünü aradan qaldırdı və artıq insanlar başa düşürdülər ki, onları güclü bir dövlət müdafiə edir. Eynilə bütün sahələrdə həyata keçirilən uğurlu işlər mədəniyyət, incəsənət sahəsinə də sirayət etməyə başladı...
Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev həm mədəni incilərimizə, həm də bu sahənin nümayəndələrinə böyük diqqət və qayğı ilə yanaşır. Teatrların, muzeylərin təmiri, yenidən qurulması və ya yeni obyektlərin tikilməsi, mədəniyyət sahəsində çalışan insanların mükafatlandırılması və s. həmin diqqətin bariz nümunəsidir.
Əlbəttə ki, bu yerdə ümummilli lider Heydər Əliyev ideyalarını təbliğ edən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın da böyük xidmətləri qeyd edilməlidir.
Bir sözlə, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, çiçəklənir və uğurlu gələcəyə doğru iri addımlar atır.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00
