Ermənistan hakimiyyəti postunu qorumaq üçün bütün ölkəni, erməni xalqını qurban verir
10.06.2009 [10:33]
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Rusiyanın Sankt-Peterburq şəhərində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair aparılan danışıqları davam etdirmək məqsədilə Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş keçirilib. Əvvəlcə təkbətək danışıqlar aparan dövlət başçıları daha sonra Rusiyanın prezidenti Dmitri Medvedevin iştirakı ilə yenidən bir araya gəliblər. Yeri gəlmişkən qeyd edək ki, danışıqlar öncəsi həm Bakıda, həm də beynəlxalq aləmdə bu görüşlərin yekun sülhə gedən yolda müəyyən müsbət mərhələ kimi yadda qalacağını proqnozlaşdıranlar olsa da, Sankt-Peterburq görüşü mahiyyət etibarilə özündən əvvəlkilərdən heç nəyi ilə fəpqlənməyib. Bunun səbəbləri və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair aparılan danışıqların gələcək perspektivləri barədə Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdan məlumat aldıq.
- Novruz müəllim, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünü necə şərh edərdiniz? Rəsmi Bakının bu görüşlə bağlı mövqeyi nədən ibarətdir?
- Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın mövqeyini kifayət qədər açıq ifadə edib. Görüşdə mühüm irəliləyişlər olmasa da, ən azından müəyyən konstruktivliyin olduğunu söyləyə bilərəm. Danışıqların davam etdirilməsi qərarlaşdırılıb. Bu da o deməkdir ki, danışıqlar prosesində müəyyən irəliləyişlərin əldə olunacağına dair ehtimallar hələ də var.
- Prosesin irəliləməsinə bu dəfə nə mane oldu?
- Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi elə bir mərhələdədir ki, burada Ermənistan rəhbərliyi mütləq və mütləq soyuq başla düşünməli və qərar verməlidir. Danışıqların gələcək perspektivləri İrəvanın tutacağı mövqedən, göstərməli olduğu konstruktivlikdən asılı olacaq. Onlar bilməlidirlər ki, bir ölkənin ərazisini işğal edib, onu uzun müddət işğalda saxlamaq olmaz. Bu, nəhayət, onların özləri üçün böyük faciə ola bilər. Dağlıq Qarabağ münaqişəsinin həlli gələcəkdə Ermənistanın özünün də təzhlükəsizliyində əsas rol oynayacaq. çünki Ermənistan kiçik bir dövlət kimi böhran içərisindədir, başqa ölkələrin ümidinə qalıb, onların verəcəyi ianələr hesabına öz mövcudluğunu qoruyub saxlamağa çalışır. Hazırda Ermənistan hakimiyyəti postunu qorumaq üçün bütün ölkəni, erməni xalqını qurban verir.
- Sizcə, Ermənistanın dövlət başçısı hələ bu reallığı dərk etmir?
- Ermənistan rəhbərləri hiyləgər davranıb tez-tez mövqelərini dəyişir. Bir görüşdə başqa cür danışır, başqa cür davranırlar, başqa bir görüşə tamam başqa fikirlərlə gəlirlər. Amma mən tam əminliklə deyirəm ki, bu cür davranış heç vaxt onlara xeyir gətirməyəcək. Təəssüf ki, onlar hələ də bunu anlamaq iqtidarında deyillər.
- Novruz müəllim, yeri gəlmişkən, son iki görüşdə də siz dediyiniz məqamın şahidi olduq. Cəmi bir ay öncə Praqada baş tutan görüşdə Ermənistan prezidenti Serj Sarkisyan qeyri-konstruktiv mövqe tutaraq, danışıqlara mane olmağa çalışdığı halda, Sankt-Peterburqda tamam başqa mövqe sərgilədi. Praqadakından fərqli olaraq, Rusiyada o, guya danışıqlarda maraqlı tərəf kimi özünü göstərməyə çalışırdı. Bunu nə ilə izah edərdiniz?
- Sankt-Peterburqdakı görüş Rusiyanın dövlət başçısının da iştirakı ilə baş tutduğu üçün erməni tərəfi özünü konstruktiv göstərməyə çalışdı. Hər halda Sarkisyan başa düşürdü ki, bu görüşdə Ermənistan dövlətinin qəyyumu olan Rusiyanın prezidenti də iştirak edir. Dmitri Medvedevin danışıqlarda iştirakının özü bir hadisə deməkdir. Bunun tamamilə heç bir nəticə vermədiyini deməsinlər deyə, ola bilsin ki, Sarkisyan özünü konstruktiv göstərmək istəyib. Onun nə dərəcədə konstruktiv olduğunu isə bundan sonrakı proseslərdə görəcəyik.
- Hazırda müxtəlif siyasi dairələr, böyük dövlətlərin rəsmiləri münaqişənin həlli üçün real imkanların olduğu yönündə bəyanatlar verirlər. O da sirr deyil ki, münaqişənin bu qədər uzanmasına beynəlxalq ictimaiyyətin, dünya birliyinin passiv mövqeyi də şərait yaradıb. Bəs indi, beynəlxalq aləmin münaqişəyə baxış bucağı dəyişibmi ki, həmin insanlar real imkanlardan bəhs edirlər?
- çox təəssüf ki, beynəlxalq birlik bu sahədə müəyyən mənada passivlik göstərir və münaqişənin həllində konkret mövqeyini ortaya qoymur. Beynəlxalq birliyin üzvü olan dövlətlərin rəhbərləri bəzən münaqişə ilə bağlı neytral mövqe tutmaqla kifayətlənir, bununla da öz missiyalarını tamamladıqlarını düşünürlər. Beynəlxalq birlik dövlətlərarası münasibətləri nizamlamaq üçün qanunlar, sənədlər, konvensiyalar qəbul edib. İndi bu sənədləri tətbiq etmək lazımdır. Amma təəssüf ki, tətbiq olunmur. Hətta bəzi məqamlarda Ermənistanın tərəfinin saxlandığı da görünür. Bu, çox pis bir presedentdir. Bu ölkələr özləri də başa düşməlidirlər ki, dünya düzəni nə qədər ədalətli prinsiplər üzərində qurularsa, onda dövlətlərin hamısı üçün xoş perspektivlər, firavan gələcək təmin etmək olar. Amma əks təqdirdə, həmin dövlətlərin özlərinin nüfuzu, qüvvəsi azalır.
- Uzun müddətdir ki, Azərbaycan cəmiyyətində ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı bir narahatlıq var və bunu təbii saymaq da olar. Ən azından, qrupun vasitəçiliyi ilə 15 ildən artıqdır davam edən danışıqlar hələ ki, heç bir nəticə vermir. Nəticədə isə cəmiyyətdə vasitəçiliyin formatının dəyişdirilməsi, Minsk qrupunun vasitəçiliyindən imtina edilməsi yönündə fikirlər səslənir. Siz necə hesab edirsiniz, doğrudanmı Minsk qrupunun vasitəçiliyinin davam etməsinə ehtiyac var, yoxsa, bu qrupdan imtina etməyin vaxtı çatıb?
- Ermənistanın dünyaya konstruktiv dövlət kimi təqdim olunması tamamilə səhv mövqedir və başadüşülən deyil. Həmsədrlər bunu nə üçün edirlər, bilmirəm. Sadəcə olaraq həmsədrlər dərk etməlidirlər ki, onların həmsədrliyi 50 il, 100 il davam edə bilməz. 15 ildir bu danışıqlar davam edir, amma ortada heç bir nəticə yoxdur. Səbəbini Azərbaycan cəmiyyətində də, dünyada da yaxşı bilirlər. Ermənistanın məsələyə qeyri-konstruktiv mövqedən yanaşması problemin həllinə mane olur. Buna baxmayaraq, həmsədrlər bütün dünyaya sübut etməyə çalışır ki, guya Ermənistan konstruktiv mövqe nümayiş etdirir. Bunun məkrli bir niyyət olduğunu bir daha qeyd etmək istəyirəm. Amma hələlik danışıqlar davam etdiyi müddətdə, bu formatın dəyişdirilməsi də düzgün olmazdı.
- Prezidentlər arasında növbəti görüş nə vaxt baş tuta bilər? Bununla bağlı konkret bir tarix müəyyənləşibmi?
- Dövlət başçıları arasında növbəti görüş gələn ay yenidən Rusiyada baş tuta bilər. Amma buna qədər görüşün hazırlanması üçün müəyyən addımlar atılmalıdır.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27
