Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

20.03.2021 [08:57]

Nurlan Qələndərli

Vaxtilə özünü “siyasi ekstrasens” zənn edərək “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmayacaq” deyə bədbin, məkrli və qərəzli “öncəgörmə”lərlə çıxış edən, xalqımıza və dövlətimizə qarşı qara piar kampaniyası aparan AXCP sədri Əli Kərimli eyni missiyasını davam etdirir. O, reallıqları təhrif etməklə, həqiqətə uyğun olmayan iddialar - absurd yalanlar səsləndirməklə ictimai rəyi yanıltmağa, insanları aldatmağa çalışır.

Ermənipərəst dairələrin tezislərinin uğursuz təbliğatçısı...

Hazırda sosial şəbəkədə absurd teatrın uğursuz “siyasi fiqur - aktyoru” rolunda çıxış edən AXCP sədrinin günaşırı təkrarladığı tezis “Azərbaycanın ərazi bütövlüyü təmin olunmayıb” cəfəngiyyatıdır. Antimilli şuraçıların xor ifasında səslənən bu iddianın mənbəyi və mənsəbinin ermənipərəst dairələr olduğu tam aydındır. Başqa sözlə, “beşinci kolon”un bu uğursuz və eybəcər “siyasi ifası”nın Azərbaycanın möhtəşəm tarixi qələbəsindən məyus və narahat olan anti-Azərbaycan mərkəzlərin dirijor çubuğu ilə idarə olunduğu inkaredilməz gerçəklikdir. Çünki reallığı təhrif və inkar etməyə çalışanların siyasi ünvanı bəllidir: “dəmir yumruğun” zərbəsi altında qalaraq arzuları puç olmuş işğalçı - təcavüzkar qüvvələr, revanşistlər, separatçılar və onların havadarları...

Antimilli ünsürlərin qara piar kampaniyası fiaskoya məhkumdur

Əlbəttə, Ə.Kərimlinin guya Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması iddiası reallıq deyil, bu, sadəcə, siyasi psixologiyası pozuq, bitmiş-tükənmiş radikal müxalifətin görmək istədiyidir. Revanşistlərin dillər əzbəri “şüar”ına çevrilmiş bu gülünc “fikir” “sapı özümüzdən olan balta”lar üçün “karın könlündəki”ndən başqa bir şey deyil.

İnkaredilməz həqiqətdir ki, Azərbaycan 44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olub. Bunlarla yanaşı, işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinə başlanılıb. Hazırda bu ərazilərdə müxtəlif infrastruktur layihələrinin icrası paralel şəkildə həyata keçirilir. Şübhəsiz ki, ölkəmiz üç onillik ərzində düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi bərpa etmək, Böyük Qayıdış planını həyata keçirmək kimi strateji əhəmiyyətli vəzifələrin icrasını uğurla təmin edəcək. Bunlarla yanaşı, Azərbaycanın yaratdığı reallıqlar təkcə respublikamız deyil, bütövlükdə region üçün mühüm dividendlər vəd edir. Çünki bu gerçəkliklər fonunda yeni unikal əməkdaşlıq imkanları yaranıb, regional təhlükəsizlik şəraitində formalaşdırılacaq işbirliyi platforması rifah və inkişaf vəd edir.

Beləliklə, ermənipərəst dairələrin direktivləri əsasında hərəkət edən “beşinci kolon”un absurd iddiaları bütün bu reallıqların fonunda olduqca cılız görünür və gülüş doğurur. Ona görə də Əli Kərimlinin timsalında radikal düşərgə təmsilçilərinin sosial şəbəkədə qara piar kampaniyası hər zamankı kimi fiaskoya məhkumdur.

 
Paylaş:
Baxılıb: 775 dəfə

Müəllifin digər məqalələri:

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Azərbaycan nümunəsi: strateji model

Heç şübhəsiz, koronavirus...

30.04.2020 [10:42]

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30