Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Azərbaycan nümunəsi: strateji model

Azərbaycan nümunəsi: strateji model

30.04.2020 [10:42]

Nurlan Qələndərli

Heç şübhəsiz, koronavirus pandemiyası dünya tarixinin yaddaşına XXI əsrin qlobal problemlərindən biri kimi həkkolunacaq. Bəzi beynəlxalq qurumlar bəhs olunan pandemiyanı dünyanın tibbi problemi – qlobal səhiyyə böhranı kimi xarakterizə edirlər. Amma bu, eyni zamanda, xalqların milli xüsusiyyətlərini və dövlətlərin strateji kursunun əsaslarını aşkar surətdə nümayiş etdirən faktor kimi səciyyələndirilə bilər.

 

SOS - dünya üçün fors-major situasiya...

 

Müxtəlif ölkələrin timsalında dinamika fərqli olsa da, dünyada vəziyyət hələ ki, həyəcan siqnalı ilə ifadə edilir – SOS! Qlobal mənzərənin cizgiləri eyni deyil: bəzi ölkələr kütləvi insan tələfatı, iqtisadi, sosial-demoqrafik problemlər məngənəsindədirlər. Paradoksal olsa da, yüksək texnoloji inkişafa, geniş maliyyə imkanlarına və dinamik iqtidasi sistemə malik olan aparıcı ölkələrin aciz - çarəsiz vəziyyətdə qaldıqlarını görürük. Yəni bir çox ölkədə ümumi vəziyyət qənaətbəxş hesab olunmur, mövcud durum postkorana erası üçün optimist proqnozlar ifadə etməyə imkan vermir. Lakin "gözəgörünməz düşmənlə müharibə" sınağında zəruri resurslarını səfərbər edərək vətəndaşlarının sağlamlığını maksimum dərəcədə qorumağa, pandemiyanın təsirlərini minimum səviyyədə saxlamağa müvəffəq olan dövlətlər də var. Elə müstəqil dövlətimiz -  Azərbaycan Respublikası kimi...

 

Strateji xəttin məzmunu: sağlamlıq və rifah üçün

 

Yuxarıda toxunduğumuz kimi, mövcud təhdidlə mübarizədə xalqlar özünəməxsus xüsusiyyətlərini sərgiləyirlər, dövlətlər isə fors-major situasiyada idarəetmə qabiliyyətlərini ortaya qoyurlar. Ekspertlər - analitiklər nüfuzlu nəşrlərdə qələmə aldıqları yazılarda Azərbaycanın təcrübəsini təkcə müsbət nümunə kimi deyil, eyni zamanda, strateji model olaraq səciyyələndirirlər. Nə üçün? Çünki bu təcrübə özündə sistemli fəaliyyəti, kompleks tədbirlər planını və alqoritmik hərəkəti – rasional yol xəritəsini ehtiva edir. Məqsəd aydın, strategiya müəyyəndir - zəruri resursları səfərbər etməklə pandemiyanın təsirlərindən mümkün qədər qorunmaq, sosial-iqtisadi inkişafı davam etdirmək, insanların rifahına yönəlik ardıcıl addımlar atmaq. Bütün bunlar isə postkorona erasında iqtisadi dinamizmi təmin etməyə imkan verəcək.

Beləliklə, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin rəhbərliyi ilə çoxşaxəli strateji kurs - xətt müəyyənləşdirilib: burada iki istiqamət diqqəti cəlb edir - insanların sağlamlığının qorunması və iqtisadi sabitliyin təmin olunmasına yönəlik tədbirlər fonunda əhalinin sosial müdafiəsinin gücləndirilməsi. Hər ikisi milli təhlükəsizlik məsələsi olmaqla məhz güclü dövlət prinsipinə əsaslanır. Çünki iqtisadi inkişafı, vətəndaş rifahını və məmnunluğunu təmin edən ölkə qüdrətlidir.

 

Azərbaycan Prezidentinin sosial dövlət fəlsəfəsi

 

Bütün bunlar "insan amili-vətəndaş rifahı" paradiqmasına əsaslanır, Azərbaycan Prezidentinin sosial dövlət fəlsəfəsini əks etdirir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".

İnsan təkcə kapital deyil, həm də sərvətdir - dövlətin ən vacib və önəmli resursudur. Elə müstəqil dövlət də xalqın sərvətidir. Ələlxüsus, vətəndaşının yanında olan, onun maraqlarını qətiyyətlə müdafiə edən dövlət milli gücün daşıyıcısıdır.

Xalq-iqtidar tandeminin yaradıldığı və bütün uğurların təməlində bu amilin dayandığı Azərbaycanda isə pandemiya şəraitində də dövlətin insanyönümlü siyasəti qabarıq surətdə nəzərə çarpır. Bu, Azərbaycan dövlətinin başçısının – xalqımızın qətiyyətli Lideri İlham Əliyevin iradəsinin ifadəsidir. "Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır və bu ağır günlərdə bir daha biz bunu nümayiş etdirdik",-deyən Prezident İlham Əliyev əyani surətdə nümayiş etdirir ki, Onun rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədi vətəndaşların təhlükəsizliyi, sağlamlığı və rifahıdır.

Beynəlxalq təcrübə sayılan bir çox ilklərin və standartların müəllifi olan Azərbaycan pandemiya şəraitində vətəndaşların rifahı və sağlamlığının qorunması, dayanıqlı sosial-iqtisadi inkişafın təmini sahəsində də dünyaya təkmil və unikal model təqdim edir!

Paylaş:
Baxılıb: 501 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30