Heç bir layihə təxirə salınmır!
30.04.2024 [10:45]
Regionlarımızın inkişafına balanslı yanaşma...
Ölkəmizin inkişafını regional komponentsiz təsəvvür etmək qeyri-mümkündür. Çünki regional inkişaf ölkənin sosial-iqtisadi tərəqqisinin təmin edilməsi, bütün vətəndaşlarının həyat keyfiyyətinin yaxşılaşdırılması və qlobal səviyyədə rəqabət qabiliyyətinin artırılması üçün əsas şərtlərdən biridir. Regionların inkişafı həm də ona görə vacibdir ki, onların resurs, sənaye və kadr potensialı bütün ölkənin sosial-iqtisadi yüksəlişi üçün böyük imkanlar yaradır. Məhz bu amilləri diqqət mərkəzində saxlayan ölkə başçısı fəaliyyətində regionların dinamik inkişafına balanslı yanaşma nümayiş etdirir. Bir sözlə, ərazi bütövlüyümüzün bərpasından sonra Prezidentin regionlara səfərləri bu prosesə bir növ yeni impuls verir.
Tarixi qələbə qazandıqdan sonra dövlətimiz işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri aparmasına baxmayaraq, digər regionlarımız da diqqət mərkəzində saxlanılır. Böyük infrastruktur layihələri həyata keçirilir, yollar, sosial obyektlər tikilir. Heç bir layihə təxirə salınmır.
ÜDM-da 22 dəfə artım...
İqtisadçı-ekspert Fuad İbrahimov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, sosial-iqtisadi inkişaf konsepsiyası olmadan regionların iqtisadi inkişafı məsələlərini tənzimləmək mümkünsüzdür. O, qeyd edib ki, məhz bu reallıqdan çıxış edərək Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq Azərbaycanın yeni iqtisadi siyasət strategiyasını həyata keçirməyə başladı: “İndiyədək dövlət proqramları konsepsiyasında həyata keçirilən siyasətin əsas istiqaməti regionların sosial-iqtisadi inkişafına şərait yaradılması və təşviqinin başlıca istiqamət kimi müəyyənləşdirilməsidir. Bu siyasət tezliklə öz bəhrəsini verdi. Regionlarda quruculuq-abadlıq işləri geniş vüsət aldı, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açıldı, əhalinin məşğulluq səviyyəsi yüksəldi. Ötən illərdə bölgələrdə kənd təsərrüfatı sahələri inkişafında yeni mərhələyə qədəm qoydu. Məhz ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən bu proqramlar nəticəsində ötən 20 ildə mühüm iqtisadi nailiyyətlər qazanıldı- ölkə iqtisadiyyatı 3,4 dəfə, Ümumi Daxili Məhsul (ÜDM) nominal ifadədə 22 dəfə artdı”.
Bütün regionlarımızın hərtərəfli tərəqqisi prioritetdir
Ekspertin sözlərinə görə, rəqabətqabiliyyətli məhsul istehsalında mühüm rol oynayan aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin inkişafına, emal sənayesinin az xərclə yüksək keyfiyyətli xammal ilə davamlı təminatına, ərzaq bolluğunun yaradılmasına diqqət yetirilir: “Hökumətin qayğısı sayəsində süd emalı zavodlarının fəaliyyəti genişləndi, yeni istehsal sahələri yaradıldı, əhali keyfiyyətli məhsullarla təmin edildi. Regionlarda və ölkə daxilində yeni iş yerlərinin yaradılması sayəsində insanların məşğulluğu, xüsusilə biznes və sahibkarlıq mühitinin formalaşması və inkişafı, eləcə də bu istiqamətdə həyata keçirilən digər tədbirlər bütövlükdə Azərbaycan iqtisadiyyatının fasiləsiz, dinamik və nəhayət, dayanıqlı böyüməsini təsdiqləyir.
Əlbəttə, Prezident respublikamızın bütün regionlarının hərtərəfli tərəqqisini xüsusi diqqət mərkəzində saxlayır və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirir. Ölkə başçısı qarşıya qoyduğu vəzifələrin icrasına şəxsən nəzarət edir, regionların inkişaf konsepsiyasının həyata keçirilməsinin vəziyyəti haqqında hökumətin rüblük, yarımillik və illik xüsusi iclaslarını keçirir. Bu, bir daha təsdiq edir ki, regionların inkişafı dövlət siyasətinin prioritet istiqamətidir”.
Bölgələrdə aqrar sahənin inkişafı davam edir...
İqtisadçı bildirib ki, dövlət başçısı hər dəfə bölgələrə səfər edərkən iqtisadiyyatın müxtəlif sahələrinin dinamik və məhsuldar işləməsi üçün nəzərdə tutulmuş yeni müəssisələr açır, onların fəaliyyətini yoxlayır, rayonların sosial-iqtisadi vəziyyəti ilə yerindəcə tanış olur, müvafiq tapşırıqlar verir: “Aprelin 9-da Prezident İlham Əliyev bölgələrə növbəti dəfə səfər etdi. Gəncə şəhərinə, Hacıqabul və Qəbələ rayonlarına səfərləri zamanı dövlət başçısı yeni avtomobil yolunun, xəstəxananın, məktəblərin, istehsal və xidmət obyektlərinin açılışında iştirak etdi. Hacıqabul rayonunda vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə əsaslı şəkildə yenidən qurulan yol rayonun 8 yaşayış məntəqəsini birləşdirir. Uzunluğu 39 kilometr olan iki hərəkət zolaqlı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun inşa edilib. Bundan başqa, Prezident Hacıqabul rayonunda “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış oldu. Su həyat, inkişaf deməkdir, belə suvarma kompleksinin istifadəyə verilməsi, əlbəttə, Hacıqabul və ətraf rayonların aqrar sahələrinin inkişafına çox müsbət təsir göstərəcək”.
Y.BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18

