AMEA-nın institutlararası futbol yarışına start verilib
30.04.2024 [12:37]
Aprelin 29-da AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Akademiyanın institutlararası futbol yarışının açılışı olub.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr edilən çempionatın açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) sədrinin müavini Cavanşir Alxasov, AMEA AHİ-nin sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, Akademiyanın elmi müəssisə və təşkilatlarının direktor müavinləri, Həmkarlar Təşkilatlarının sədrləri və gənc alimlər iştirak ediblər.
Akademiya Şəhərciyində yerləşən stadionda baş tutan açılış mərasimində çıxış edən akademik İsa Həbibbəyli uzun illərdir Ulu Öndərin doğum günü ərəfəsində keçirilən və ənənəvi hal almış futbol çempionatının AMEA-nın gənc alim və mütəxəssislərinin Ümummilli Liderə böyük ehtiramının ifadəsi olduğunu söyləyib. Qeyd edib ki, futbol çempionatı idman yarışı olsa da, həm də yeni nəslin, gənclərimizin müstəqil dövlətçilik və azərbaycançılıq ruhunda formalaşmasına hesablanıb.
Bu gün Azərbaycan dövlətinin Ulu Öndərin ideyalarının həyata keçirilməsində qürurla addımladığını deyən akademik İsa Həbibbəyli çoxəsrlik tarixə malik olan ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi altında özünün ən parlaq dövrünü və şanlı səhifələrini yaşadığını söyləyib. Bildirib ki, Ali Baş Komandanın və ordumuzun “Dəmir yumruğ”u ilə 44 günlük Vətən müharibəsində qazanılmış parlaq Qələbə, bir gündən də az davam edən uğurlu antiterror tədbirləri ilə dövlət suverenliyimizin tam bərpa edilməsi, Xankəndi və digər işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağımızın ucaldılması, Xankəndidə keçilən tarixi parad, Qazaxın dörd kəndinin azad edilməsi, Rusiya sülhməramlılarının xoşməramlı şəkildə ölkəmizdən çıxması müasir tariximizin birbaşa Prezident İlham Əliyevin adı ilə bağlı olan ən mühüm nailiyyətlərdir.
“Bütün bunlar Heydər Əliyev və İlham Əliyev epoxasının qızıl hərflərlə yazılmış tarixi hadisələridir”, - deyən akademik İsa Həbibbəyli qeyd edib ki, bu tarixi hadisələr bizi idman yarışlarını böyük ruh yüksəkliyi ilə keçirməyə səsləyir.
Futbolun böyük bir mədəniyyət olduğunu deyən və bu sahə ilə maraqlananların dünyagörüşünə müsbət təsir etdiyini vurğulayan akademik İsa Həbibbəyli çempionatda iştirak edən komandalara uğurlar arzulayaraq turniri açıq elan edib.
Sonra çıxış edən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) sədrinin müavini Cavanşir Alxasov iştirakçıları Konfederasiyanın prezidenti Səttar Möhbalıyev adından salamlayıb. AMEA-nın Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ilə sıx əməkdaşlıq etdiyini deyən Cavanşir Alxasov göstərilən münasibətə görə akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib.
Azərbaycanın Prezident İlham Əliyevin liderliyində Zəfər günlərini yaşadığını vurğulayan AHİK sədrinin müavini bildirib ki, bu tarixi anlara şahid olan hər bir vətəndaşımız xoşbəxtdir və Qalib xalqın nümayəndəsi kimi dövlətimizin başçısı ilə fəxr edirlər.
AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov isə çıxışında daim AHİ-nin fəaliyyətinə göstərdiyi dəstəyə və diqqətə görə AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə minnətdarlığını ifadə edib. Futbolun, bütövlükdə idmanın hər kəsi mübarizəyə, əzmə, qələbəyə səslədiyini deyən Sənan Həsənov xalqımıza yeni-yeni zəfərlər arzulayıb.
Çıxışlardan sonra Şərqşünaslıq İnstitutu və Fəlsəfə və Sosiologiya İnstitutunun komandalarının görüşü ilə çempionata start verilib.
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

