Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

13.01.2021 [09:44]

Nurlan Qələndərli

Yaxud qələbənin əhəmiyyətini azaltmağa çalışan marginal qruplaşmaya bir sıra zəruri xatırlatmalar
Tarix dünənin siyasətidir, siyasət isə bu günün tarixi. Tarix həm də dünəndən dərs almaq, nəticə çıxarmaq, bu günün və sabahın siyasətini düzgün müəyyənləşdirmək üçündür. XX əsrin 90-cı illərinin, yəni müstəqilliyin ilk illəri tariximizin faciəli və fəlakətli dövrünü əhatə edir desək, yanılmarıq. Bu gün isə Azərbaycan çoxəsrlik dövlətçilik tarixinin ən qüdrətli dövrünü yaşayır. Bəli, xalqın suveren iradəsi üzərində yüksələn dövlət siyasəti olmasaydı, bu gün üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla və əzəmətlə dalğalanması mümkün olmazdı. XXI əsrdə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin yazılmasına nail olmazdıq, Vətən müharibəsində zəfər simvoluna çevrilməzdik.
Təəssüflər olsun ki, Azərbaycan xalqının həmrəylik nümayiş etdirdiyi, qələbə sevincini yaşadığı bir vaxtda ermənidən artıq ermənilik edənlər də var. Söhbət ölkə daxilindəki və müxtəlif bəhanələrlə xaricə sığınmış “sapı özümüzdən olan balta”ların internet resurslarında informasiya təxribatları törətməsindən gedir. Məsələn, Əli Kərimli “Osmanqızı TV” adlı xaricdən maliyyələşən təxribatçı dezinformasiya resursunda absurd çıxışı zamanı Azərbaycanın möhtəşəm tarixi qələbəsini “natamam”, adlandırır, bu zəfərin guya ciddi əhəmiyyət kəsb etmədiyi fikrini ictimai rəyə sırımağa çalışır. Və ya Qənimət Zahid öz sosial şəbəkə hesabında “ərazi bütövlüyümüzün təminatı şübhə və sual altındadır” yazmaqla qərəzli, çirkin niyyətli olduğunu, həmçinin savadsızlığını nümayiş etdirir.
Görünən odur ki, dünya Azərbaycanın yaratdığı yeni reallıqları dərk, qəbul və etiraf etdiyi halda, bu antimilli ünsürlər inkarçılıqla məşğul olaraq “qara piar” kampaniyası aparırlar. Belə olan halda, “beşinci kolon” nümayəndələrinə, onlara havadarlıq edən ermənipərəst dairələrə bir daha bəzi zəruri məqamları xatırlatmaq yerinə düşər...
Əvvəla, 44 günlük Vətən müharibəsinin Azərbaycanın mütləq qələbəsi ilə nəticələnməsi, torpaqlarımızın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, həm respublikamız, həm də region üçün yeni siyasi-iqtisadi reallıqlar formalaşdıran, mühüm strateji perspektivlər təmin edən əhəmiyyətli geosiyasi amildir.
İkinci məqam ondan ibarətdir ki, Azərbaycan milli güc kontekstində beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı mühüm presedent yaratdı və yeni strateji yanaşmanın - baxışın ortaya çıxmasını şərtləndirdi. Yəni Azərbaycan öz iqtisadi potensialı, siyasi imkanları, diplomatik resursları və hərbi qüdrəti vasitəsilə torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyünün bərpasına nail oldu. Dolayısıyla, bu, bir dövlətin öz milli gücü vasitəsilə beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etməkdir.
Üçüncü məqama nəzər salaq: Azərbaycan XXI əsrin müharibəsini aparmaqla hərbi qüdrətini nümayiş etdirdi. Bu güc təkcə silah-sursat və texnika hesabına təmin edilməyib. Yüksək döyüş qabiliyyəti, taktiki və strateji hazırlıq, nümunəvi vətənpərvərlik ruhu Azərbaycan Ordusunun mütləq qələbəsini şərtləndirən mühüm faktorlar kimi xüsusi qeyd edilməlidir. Bütün bunlar, təbii ki, XXI əsrdə Azərbaycan modeli kimi səciyyələndirilir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi, dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir.
Dördüncü nüans budur ki, Azərbaycan, eyni zamanda, regionda yeni geosiyasi situasiya formalaşdırdı. Azərbaycanın tarixi ədaləti bərpa etməsi regionda yeni əməkdaşlıq və təhlükəsizlik platformalarının formalaşmasını, yeni işbirliyi formatı və mexanizmlərinin yaranmasını şərtləndirən strateji faktora çevriləcək. Dolayısıyla, bu, regional və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə, əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək. Təbii ki, Azərbaycanın liderliyi və aparıcı mövqeyi ilə gerçəkləşdiriləcək yeni əməkdaşlıq platformaları Cənubi Qafqazın Avrasiyanın “heartland” nöqtələrindən birinə çevrilməsinə səbəb olacaq. Beləliklə, Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında yüksəlişi davam edəcək.
Nəhayət, Azərbaycanın qarşısında yeni tərəqqi dövrü dayanır, yaxud ölkəmiz yeni inkişaf mərhələsinin astanasındadır. Yəni işğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi, investisiya yatırılması, yeni iqtisadi platformaların yaradılması həm Azərbaycanın funksional iqtisadiyyatının dayanıqlı inkişafına xidmət edəcək, həm də ölkəmizin regional güc mərkəzi kimi dünya iqtisadiyyatına inteqrasiyasını daha da sürətləndirəcək. Bütövlükdə, bütün bu reallıqlar Azərbaycanın milli gücünün daha da artmasına, beynəlxalq mövqeyinin möhkəmlənməsinə və ölkəmizin qarşısında yeni strateji perspektivlərin açılmasına xidmət edir.
“Beşinci kolon”un bu reallıqları inkar etməyə çalışması isə onların kimə və nə üçün xidmət etdiyini bir daha aşkara çıxarır: beləliklə, antimilli ünsürlər bir daha özlərini ifşa edirlər: əlavə sözə nə hacət?!

Paylaş:
Baxılıb: 728 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Azərbaycan nümunəsi: strateji model

Heç şübhəsiz, koronavirus...

30.04.2020 [10:42]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30