Avropada 51 mindən çox azyaşlı qaçqın itkin düşüb
30.04.2024 [14:40]
Hazırda Avropanın bütün ərazisində böyüklərin himayəsindən kənarda qalan və sahibsiz sayılan 51 333 həddi-buluğa çatmamış qaçqın uşaq itkin düşmüşlər siyahısında yer alır. Onlar 2021-2023-cü illərdə Avropaya gəliblər və dövlətin himayəsi altında olublar. Bu gün hakimiyyət orqanları onların harada olduqları barədə məlumatlara malik deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropanın “Lost in Europe” jurnalist şəbəkəsinin apardığı tədqiqatların nəticələrində bildirilir. Belçikanın “De Standaard” nəşri, Niderlandın gündəlik NRC qəzeti, İtaliyanın ANSA agentliyi və Almaniyanın “rbb24 Research” televiziya xidməti bu şəbəkəyə daxildir. Cəmi üç il əvvəl itkin düşmüş uşaqların sayə təqribən 18 300 nəfər təşkil edirdi.
Tədqiqat itkin düşmüş qaçqın uşaqlar haqqında məlumatların toplanmasında əhəmiyyətli çatışmazlıqlar aşkar edib. Belə ki, 31 Avropa ölkəsindəki məsul orqanlardan yalnız 15-i tədqiqat şəbəkəsinin sorğularına cavab verib. İtaliya və Avstriya kimi bəzi ölkələr xüsusilə dramatik rəqəmlər bildirsə də, onların hər birində 20 mindən çox uşaq və gənc itkin düşüb. İspaniya və Yunanıstan böyüklər tərəfindən müşayiət olunmayan uşaqlar və gənclər haqqında heç bir məlumat toplamır.
Hazırda Avropada böyüklər tərəfindən müşayiət olunmayan azyaşlı qaçqınların taleyi ilə bağlı qeydiyyatdan keçmək və məlumat paylaşmaq üçün heç bir tələb yoxdur. Buna görə də Aİ-nin miqrasiya və daxili işlər üzrə komissarı İlva Yohansson “rbb24 Recherch”ə müsahibəsində Avropanın miqrasiya sistemini “şikəst” adlandırıb. Aİ-nin komissarı Yohansson da böyüklər tərəfindən müşayiət olunmayan və yetkinlik yaşına çatmamış qaçqınların insan alverçilərinin qurbanına çevrilməsi riskini görür və qeyd edir ki, bu kateqoriyadan olan azyaşlılar üçün vahid qeydiyyat sistemi tətbiq olunacaq. Lakin bu, hazırda itkin düşmüş uşaqların problemini həll etmir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51

