Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Laçında ilk kinostudiya

Laçında ilk kinostudiya

30.08.2023 [10:45]

Kinomuz Şərqi Zəngəzurda inkişaf edəcək

Günel ABBASOVA 

Bu gün hərbi filmlər kinematoqrafiyada ən geniş yayılmış janrlardandır. Müharibə mövzusu kino üçün daim aktualdır. Çünki hər dövrdə savaş mövcuddur. Müharibə filmlərini şərti olaraq bir neçə növə də bölmək olar. Bura müharibənin əsl simasını, gerçəkliklərini göstərən tarixi-hərbi filmlər, müharibə iştirakçısı olmuş insanın bioqrafik filmi, müharibə şəraitində yaşanan eşq macərasından bəhs edən filmlər, hərbi-detektiv filmləri, müharibədən fon kimi istifadə olunan, insan hisslərinin önə çəkildiyi filmlər və s. daxildir.

Kinematoqrafiya hərbi filmlər istehsal etmək, insanlara vətənpərvərlik hissini aşılamaqla yanaşı, müharibənin acı reallıqlarını ümumi cəmiyyətə göstərməklə insanların savaşa olan münasibətini dəyişməyə çalışır. Kino sənayesinin inkişafı müharibədən sonra Azərbaycan üçün də çox vacibdir. Xüsusilə indi Qarabağ müharibəsi ilə bağlı, həm müharibənin özü, həm müxtəlif epizodlar, həm də müxtəlif əməliyyatlar barədə filmlər çəkilməlidir.

Yeri gəlmişkən, avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılış mərasimi baş tutub. Açılış mərasimində ölkə başçısının da bildirdiyi kimi kinostudiyadan müharibə ilə bağlı layihələrin hazırlanması istiqamətində gözləntilər böyükdür.

Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlamasında bu xəbəri böyük sevinclə qarşıladığını dedi: “Ümumiyyətlə, çoxdan düşünürdüm ki, kino ilə bağlı bir çox şeyləri Bakıdan kənara çıxartmaq, paytaxtı yüngülləşdirmək lazımdır. Əgər bu, başlanğıcdırsa, çox gözəldir, başqa ağıllı bir şey deyə bilmərəm. Hər halda Laçın, Qarabağ bölgəsində filmlərin çəkilməsinə təkan verə bilər. Bir sözlə, bu məsələni çox müsbət qiymətləndirirəm”.

Kinostudiyadan bildirilib ki, Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi olan “Hoçazfilm” studiyası Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülüb. Studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət göstərəcək. Studiya çəkiliş məqsədilə regiona gələn yerli və xarici film istehsalçılarına bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri göstərəcək, onları müvafiq avadanlıqla təmin edəcək. Studiya, həmçinin yerli və xarici media, dövlət təşkilatları, dövlət və özəl kinostudiyalar ilə əməkdaşlıq əsasında regiondan audiovizual kontent təqdim edəcək.

Çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in perspektiv fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir. Studiyanın tərkibində “Hochaz Hotel” və “Hochaz Kafe” də fəaliyyət göstərəcək.

Pavilyon texniki təchizat, o cümlədən səs, işıq izolyasiyası baxımından beynəlxalq standartlara uyğundur. Kino sənayesində ən çox tələbat duyulan dekorların hər biri xüsusi olaraq “Hoçazfilm”in sifarişi əsasında hazırlanmış əl işidir. Bütün bunlar kino və digər kommersial çəkilişlər üçün müxtəlif agentliklər və studiyalarla qarşılıqlı faydalı əməkdaşlığın yaradılması baxımından çox əhəmiyyətlidir. Pavilyonda ilkin mərhələdə nadir dekorasiyalar - təyyarə, helikopter, həbsxana, elmi laboratoriya və üçtərəfli yaşıl ekran quraşdırılıb. Kinopavilyonun tələbata uyğun olaraq mütəmadi qaydada yeni dekorlarla zənginləşdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Hoçazfilm” yaradıcılıq studiyasının ilk layihəsi Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, əslən laçınlı Xosrov bəy Sultanovun həyat və fəaliyyətindən bəhs edən “Qarabağ qubernatoru” bədii-sənədli filmidir. Layihənin məqsədi tarixi paralellər aparmaqla Qarabağ və Zəngəzur ətrafında erməni daşnaklarının və Qafqazda maraqları olan böyük siyasi güclərin həyata keçirdikləri işğalçılıq siyasəti, törətdikləri cinayətlər barədə həqiqətləri dünyaya çatdırmaq, 44 günlük Vətən müharibəsində Zəfər qazanmış Azərbaycan xalqının, dövlətçiliyinin əzəmətini, qüdrətini tərənnüm və təbliğ etməkdir.

Xatırladaq ki, 2022-ci il aprelin 20-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Agentlik Azərbaycanda kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə yaradılıb.

Paylaş:
Baxılıb: 256 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

"Mərdlər məkanı"

03 Oktyabr 13:12

Mədəniyyət

Maraqlı

Siyasət

Qafqazdakı əsir...

03 Oktyabr 11:55

Xarici siyasət

MEDİA

Siyasət

Siyasət

Siyasət

Sülh əlçatandır!

03 Oktyabr 11:15

Siyasət

Xəbər lenti

Siyasət

Gündəm

50 ildən sonra...

03 Oktyabr 10:20  

Xəbər lenti

13-cü görüş...

02 Oktyabr 13:39

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31