Tar sənətinin “Qurban”ı
29.08.2023 [14:27]
M.BAYRAMLI
Bu gün Xalq artisti, əfsanəvi tarzən Qurban Pirimovun vəfatından 58 il ötür. O, Azərbaycanın ilk Xalq artistlərindən biri, Sadıqcan tar ifaçılıq məktəbinin davamçısı, Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin dostu və s.
Mikayıl Müşfiqlə möhkəm dostluğu olub. Şair məşhur “Oxu tar” şeirini də məhz Qurban Pirimova həsr edib.
Qurban Pirimov 1880-ci ilin oktyabrında Ağdamın Abdal Gülablı kəndində dünyaya gəlib. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Aşıq Valehin nəticəsidir. Hələ 4 yaşında olarkən tar çalmağı öyrənib. Sadıqcandan dərs almaq üçün hər gün Abdal Gülablıdan Şuşaya kilometrlərlə yol qət edib. 15 yaşında ustadının xeyir-duasını alıb. Artıq Qarabağda tarzən kimi tanınmağa başlamışdı. Hətta 1905-ci ildə Cabbar Qaryağdıoğlu onu özü ilə birgə Bakıya gətirmişdi. Yaradıcılığının ən parlaq dövrlərini yaşayırdı. Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərə dəvət edilirdi. Onun ifa etdiyi muğamlar 1906-1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılmışdı.
Ömrünün düz 40 ilini Azərbaycan Opera və Balet Teatrında keçirib. Dahi Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının ilk tamaşasında tarda soloları ifa edib. Bundan başqa, Üzeyir bəy şah əsəri “Koroğlu”, Müslüm Maqomayev isə “Nərgiz” və “Şah İsmayıl” operalarında bir çox musiqi parçalarını tarzənin bənzərsiz ifasına uyğun bəstələyiblər. Eləcə də bəstəkar Fikrət Əmirov da “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları üzərində işləyərkən bir peşəkar kimi Q.Pirimovun köməyinə müraciət edib. Habelə “Şahsənəm” operasının bəstəkarı Reynqold Qliyer öz əsərinin ən gözəl leytmotivlərini məhz Qurban müəllimin “Arasbarı” və “Qarabağ şikəstəsi” çalğısından ilhamlanaraq yaradıb. Sənətkar 1929-cu ildə Əməkdar artist, 1931-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Nabat xanım Ağalar qızı ilə ailə həyatı quran Qurban Pirimovun Əsgər, Sara, Tamara, Ədilə adında dörd övladı dünyaya gəlir. Qızı Sara xanım Azərbaycanın ilk qadın pianoçusu, Xalq yazıçısı Mirzə İbrahimovun həyat yoldaşı idi.
Ölümündən 19 gün əvvəl...
Tarix: 1965-ci il 10 avqust... Məkan: Azərbaycan Dövlət Filarmoniyası...
Hər kəs onu ayaqüstə alqışlayır, səhnədən getməyini istəmirdi. Tamaşaçıların davamlı alqış sədaları altında sənətkar üç dəfə səhnəyə qayıtmalı olmuşdu. Sanki onun bu gedişinin sonuncu olacağı insanların ürəklərinə dammışdı. Nə az, nə çox 23 dəqiqə səhnədə “Rahab”ı ifa etdi.
Bir vəsiyyəti vardı. Qarabağ torpağından su içmək... Qızı atasının bu arzusunu yerinə yetirdi. Ustad suyu içəndən bir neçə saat sonra dünyasını dəyişdi. 1965-ci il avqustun 29-da Bakı şəhərində vəfat etdi və birinci Fəxri xiyabanda dəfn olundu. Yetmiş illik yaradıcılıq yolunda mədəniyyət tariximizdə unudulmaz izlər qoydu.
Xəbər lenti
Hamısına baxElm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45

