143 dəfə Məcnun...
14.01.2022 [11:02]
Mənsum İbrahimov: Şuşada Məcnun kimi səhnəyə çıxıb bütün tamaşanı ifa etmək istəyirəm
Günel ABBAS
Üzeyir Hacıbəylinin və Məhəmməd Füzulinin yaradıcılıq məhsulu olan “Leyli və Məcnun” tamaşasının səhnəyə qoyulmasından 114 il ötür. Bu münasibətlə Akademik Opera və Balet Teatrında “Leyli və Məcnun” operası nümayiş etdirilir. Sərt karantin rejimi sona çatandan “Leyli və Məcnun” opera tamaşasına dördüncü gəlişimdir.
Nədənsə teatrlar fəaliyyətə başlayandan xüsusilə də Opera və Balet Teatrında bir tamaşanı da ötürmək istəmirəm.
Bu dəfə bir az da həyəcanlıyam. Elə zaldakı hər kəsin üzündən eyni ifadə oxunur. Tamaşanın xəbərini eşidənlər teatra axın edib. Hətta vəziyyət o yerdədir ki, Norveçdən gələn qonaq tamaşadan əvvəl kassada bilet tapa bilmirdi. Ancaq teatr rəhbərliyi xüsusi diqqətlə ona əyləşməsi üçün uyğun yer tapdı.
Nəhayət, sərt karantin rejimi dövründə ilk tamaşanın nümayişi başlayır. Səhnəmizin Məcnununu canlı-canlı izləmək insana bir başqa zövq verir. Bilirəm ki, bu tamaşanın hər nümayişi bir tarixdir. Biz də burada iştirak edirik və zaldakı tamaşaçılarla bərabər tarixi anı yaşayırıq.
Məcnunun görüşünə gəlmişik...
Məcnun müvəqqəti ayrılıqdan sonra səhnədədir. Bu bir müddət əvvəl Şuşaya Üzeyir bəyin görüşünə, Füzuliyə “salama” gedən xalq artisti Mənsum İbrahimovdur. Leyli rolunu əməkdar artist Arzu Əliyeva ifa edir. Məcnununa qovuşan Leylinin üzündəki xoşbəxtlik işığı bütün zalı aydınladır. Əslində zalda əyləşən hər kəsin çöhrəsində eyni ifadə görünür. Mənsum İbrahimovun ilk zənguləsi beynimin dərinliklərində yatan Şuşa təəssüratlarımı oyadır. Aradabir tamaşadan ən sevdiyim hissələri telefonumun yaddaşına köçürürəm.
Əvvəlcə zalda gözümə dəyən iki boş yer də fasilədən sonra tutulub.
Eyni məkanda oturmağı sevməsəm də, bu dəfə vaxtın necə keçdiyini bilmirəm. Hətta tamaşanın bitməsini istəmirəm. Bilirəm ki, növbəti hissədə sevgili həsrətinə dözə bilməyən Leylinin, ardınca da Məcnunun ölüm səhnələri tamaşanın sonu olacaq...
Məcnunun naləsi tamaşaçıları kövrəldir
Son səhnə olduqca təsirlidir. Cananın həsrətinə dözməyib səhraya düşən Məcnun Leylinin ölümündən hali olub qəb?ristanlığa gəlir. Bir-bir məzarlar üzərində yazılan adları oxuyur, sevgilisini axtarır. Bundan əvvəl eyni səhnəni üç dəfə izləsəm də, tamaşaçılardan kiminsə ağladığının şahidi olmamışdım. Bu dəfə yanımdakı xanım dəsmalını çıxarıb “bu səhnə məni çox kövrəltdi” dedi, gözündə parlayan yaş Məcnunun öz işinin öhdəsindən necə ustalıqla və məharətlə gəldiyini təsdiq edirdi.
Mənsum İbrahimovun həzin səsində Məcnunun zəngulələri, xüsusilə də naləsi özünəməxsus, orijinal səslənir. Buna görə də təsirlənməmək mümkün deyil.
Bütün pərdələri ürəklə və xüsusi maraqla izləyənlər son pərdəni ayaq üstə alqışlayırlar. Bir ağızdan “eşq olsun” deyə ifaçıları təbrik edirik, zaldakı ülvi sevgini çatdırırıq. Bu alqışlar Üzeyirsevərlərin Məcnunu tamaşaçısına sevdirən Mənsum İbrahimov, Leylinin ifaçısı və ümumilikdə truppanın əməyinə tuşlanmış alqışlar idi. Pərdələr bir-bir enərkən Məcnunun üzündə şükür ifadəsi oxunur. Leylisinə qovuşmasa da, uzun pandemiya dövründən sonra teatra qovuşan Məcnun öz sevincini gizlədə bilmir. Həm üzərindəki məsuliyyət yükünün götürüldüyü, həm də uzun müddət sonra səhnədə çıxış etdiyi üçün xoşbəxtdir.
Hər kəs təsirli tamaşa üçün ifaçıları təbrik etməyə gedir. Səhnənin arxasında Xalq artistləri Mənsum İbrahimov, Elçin Həşimov, əməkdar artistlər Elnur Əhmədov, Elnur Zeynalov və Arzu Əliyeva dayanıblar. Üzlərindəki ifadədən anlaşılır ki, onlar da ən az bizim qədər xoşbəxtdirlər.
Hər kəs sıraya düzülür
Qrim otağının qarşısında təbrik edənlər və xatirə şəkli çəkdirmək istəyənlər sıraya düzülüb tıxac yaratmışdılar. Tamaşaçılar seyrələndən sonra yaxınlaşb “Qarabağ triosu”nun üç məşhur adamını, uzun illər mədəniyyətimizi dünya səhnələrində təmsil edən, bu yükü öz çiyinlərində layiqlə daşıyan sənətkarları təbrik edirəm.
143-cü dəfə Məcnun kimi səhnəyə çıxdım
İki illik fasilədən sonra səhnədə Məcnunu ifa edən Mənsum İbrahimovla söhbətləşirik. O qeyd edir ki, gənclərin önə çəkilməsi üçün bir neçə ildir fəal səhnədən çəkilib: “Təklifimə əsasən hazırda iyirmiyə yaxın muğam müsabiqəsi qalibi opera səhnəsində çıxış edir. Əksəriyyəti də baş rol ifa edirlər, həmişə onlara bu işlərdə dəstək oluram. Çünki bu zəncir qırılmadan davam etməlidir. Tamaşaçıların da istəyi ilə ildə bir-iki dəfə ustad dərsi kimi öz tələbələrimlə səhnədə ifa edirəm. Səhnəni öz yetirmələrimlə bölüşmək məni qürurlandırır.
İki böyük dahinin əsərini ifa etmək də mənim üçün böyük fəxrdir. 143-cü dəfə Məcnun kimi səhnəyə çıxsam da, bu əsərə heç vaxt səthi yanaşmamışam. Mənə elə gəlir ki, hər dəfə Üzeyir bəyin ruhunun qarşısında imtahan verirəm və hər dəfə ilk tamaşa kimi eyni həyəcanla, zövqlə ifa edirəm. Tamaşada yaşanan anşlaq xalqımızın milli mədəniyyətimizə, operamıza olan diqqət və qayğısının göstəricisidir. Qələbədən sonra Məcnunu daha xoşhal ifa etdim. Çünki Üzeyir bəyin yurdu olan Şuşamız azaddır, Qarabağımız, Ağdamımız azaddır. Bu əsərdən bir parça olan görüş pərdəsini Üzeyir bağında ifa etdim. İndi arzum odur ki, Şuşada Məcnun kimi səhnəyə çıxıb bütün tamaşanı ifa edim. Bu arzumuzun reallaşmasına çox az qalıb. Sonda bütün kollektivə və teatr rəhbərliyinə təşəkkür edirəm. Çünki bu kollektiv işidir və hər kəs tamaşanın ən yaxşı şəkildə sonlanması üçün səfərbər olmuşdu”.
Tamaşaçı Məcnunu çoxdan gözləyib
Xalq artisti Elçin Həşimov deyir ki, Şuşa ilinin başlanğıcında Üzeyir Hacıbəylinin tamaşasını ifa etmək qürurverici hissdir: “1999-cu ildən bəri Mənsum müəllimlə bir yerdə ifa edirik. Tamaşaya bir neçə gün qalmış bizə zəng edib biletlərin bitməsini xəbər edirdilər. Bu o deməkdir ki, tamaşaçı Mənsum müəllimin ifasında bu tamaşanı izləməyi çoxdan gözləyib. Çalışdıq ki, tamaşaçılara istədikləri ifanı nümayiş etdirə bilək, onlara Üzeyir bəyin ruhunu hiss etdirək. Şəkil çəkdirmək üçün sıraya düzülən tamaşaçılar da sənətkara olan məhəbbətin təzahürüdür. Üzeyir bəyin musiqi irsi əbədiyaşardır və mədəniyyətimizdə bir sütun olaraq qalacaq. Xoşbəxtik ki, bu dərəcə?? fəlsəfi və qiymətli əsərin bir neçə illəri də bizim adımız ilə bağlıdır”.
Orkestrin yeganə kaman ifaçısı...
Bayaqdan üzündə razılıq ifadəsi ilə bizi dinləyən əməkdar artist Elnur Əhmədov da söhbətə qoşulur. Orkestrin yeganə kaman ifaçısı bildirir ki, dahi Üzeyir bəyin əsəri 114 il keçsə də, anşlaqla qarşılanır: “Mənsum İbrahimovla ifa etdiyimiz hər konsert kimi bu tamaşa da çox gözəl alındı. Elçin Həşimovla opera teatrında bütün tamaşaları sevə-sevə ifa edirik. Bu teatr mənim üçün böyük bir məbədgahdır. “Uzun ömrün akkordları” filmindəki səhnədə kamança da yer alıb, ancaq sonradan orkestrdən çıxarılıb. Hazırda orkestrdə yeganə kaman ifaçısı olduğum üçün opera teatrının rəhbərliyinə və Mənsum İbrahimova öz təşəkkürümü bildirirəm. Qarabağlı kimi üçümüzün də ən böyük arzusu işğaldan azad olunan torpaqlarımızda ifa etmək idi və buna nail olduq. İnanıram ki, tezliklə bütöv tamaşanı Cıdır düzündə, Üzeyir bağında, Qarabağımızın digər bölgələrində səhnələşdirəcəyik”.
Qeyd edək ki, tamaşada əsas partiyaları Xalq artisti Mənsum İbrahimov (Məcnun) və əməkdar artist Arzu Əliyeva (Leyli) ifa ediblər. Tamaşada, həmçinin Əməkdar artistlər Elnur Zeynalov (Məcnunun atası), Cahangir Qurbanov (Nöfəl), Nurlan Namazov (İbn Səlam), Nəzər Bəylərov (Zeyd) və başqaları iştirak ediblər. Opera tamaşasını Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Sevil Hacıyeva idarə edib. Tamaşanın quruluşçu rejissoru Hafiz Quliyevdir.
Xəbər lenti
Hamısına baxSosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16

