Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / “YARAT”da yeni tamaşanın premyerası olacaq

“YARAT”da yeni tamaşanın premyerası olacaq

24.01.2020 [16:05]

Yanvarın 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində ingilis dramaturqu Vilyam Şekspirin “Romeo və Cülyetta”, “Otello” və “Hamlet” əsərləri əsasında hazırlanmış tamaşanın premyerası olacaq.
“YARAT”dan “Yeni Azərbaycan”a bildirilib ki, tamaşada “Moms & Kids” təşkilatı nəzdində fəaliyyət göstərən Rus Dram Teatrının aparıcı aktrisası İnna İmranovanın rəhbərlik etdiyi Uşaq Teatr Studiyasının şagirdləri çıxış edəcək. Səhnə əsəri rus dilində nümayiş olunacaq.
Rəhbəri Fidan Xanlarova və Şirin Rzayeva olan “Moms & Kids təşkilatının Uşaq Teatr Studiyası artıq 5 ildir ki, fəaliyyət göstərir. Bu dövr ərzində studiya “Notre-Dame de Paris”, “Üç muşketyor”, “Pinokkio”, “Əlibaba və 40 quldur” tamaşaları, həmçinin “Qaynana”, “İvan Vasilyeviç peşəsini dəyişdirir” məşhur film əsasında hazırlanmış quruluşları Bakının aparıcı teatr səhnələrində təqdim edib.

Paylaş:
Baxılıb: 885 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31