/ / Moskvada “Nəsimi poeziyası - insana himn: Şərqin və Qərbin mənəvi-mədəni dəyərlərinin sintezi” mövzusunda konfrans keçirilib
Moskvada “Nəsimi poeziyası - insana himn: Şərqin və Qərbin mənəvi-mədəni dəyərlərinin sintezi” mövzusunda konfrans keçirilib
02.11.2019 [10:02]
Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda “Nəsimi poeziyası - insana himn: Şərqin və Qərbin mənəvi-mədəni dəyərlərinin sintezi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Heydər Əliyev Fondunun, Rusiya Fəlsəfə Cəmiyyətinin və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konfransda “Müasir fəlsəfə, Nəsiminin mədəni-tarixi metodologiyaları və mənəvi irsi”, “Nəsimi ideyaları və hürufilik: anlayış məsələləri və müasir interpretasiya”, “Nəsimi yaradıcılığında humanizm problemi”, “Nəsimi poeziyasında insan və mədəni dəyərlərin təsdiqi”, “Nəsimi estetikasında mənəvi kamillik” və digər mövzularda məruzələr dinlənilib.
Konfransın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Fəlsəfə İnstitutunun direktoru Andrey Smirnov, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun elmi rəhbəri Abdulsalam Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə və başqaları çıxış ediblər.
Konfransın işində müxtəlif ölkələrdən, o cümlədən Rusiya, Azərbaycan, ABŞ, İran, Türkiyə, Finlandiya, Özbəkistan alimləri iştirak ediblər.
Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun elmi rəhbəri, akademik Abdulsalam Hüseynov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Nəsimi dahi şair, humanizmin bünövrəsini qoyanlardan biridir. O deyib: “Nəsiminin “Sığmazam” qəzəli insan himnidir. XIV əsrdə insanı belə qüvvə, dərinlik və ardıcıllıqla vəsf etmək böyük cəsarət tələb edirdi. Bu gün Nəsimi ideyaları olduqca aktualdır”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

