/ / Mədəniyyət naziri UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru Mextild Rosslerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Mədəniyyət naziri UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru Mextild Rosslerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
28.03.2019 [09:40]
Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Parisə səfəri çərçivəsində UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Mextild Rosslerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri səfir Anar Kərimov da iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının sədri qismində çıxış edən Əbülfəs Qarayev ölkəmizdə sözügedən mötəbər tədbirlə əlaqədar aparılan hazırlıq işləri ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib. İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyasının yüksək səviyyədə təşkil ediləcəyi ilə bağlı əminliyini bildirib.
İrs Mərkəzinin direktoru M.Rossler isə cari il martın 3-6-da Bakıya səfəri zamanı hazırlıq işlərinin uğurla aparıldığının şahidi olduğunu vurğulayıb. M.Rossler öz əməkdaşları ilə birgə İrs Komitəsinin sədri Əbülfəs Qarayevə 43-cü sessiya zamanı müzakirəsi nəzərdə tutulan mədəni və təbii irsin qorunması sahəsindəki məsələlər haqda ətraflı məlumat verib.
Ümumdünya İrs Mərkəzinin regional əlaqələndiricilərinin hər biri məsul olduqları regionlara dair məlumat veriblər. Mərkəzin direktoru M.Rossler qeyd edib ki, artıq ölkələr tərəfindən Dünya İrs Siyahısındakı abidələrə və təbii irs məkanlarına dair 166 hesabat komitədə müzakirə edilmək üçün daxil olub. Eyni zamanda, gündəlikdə 42 ölkədən Dünya İrs Siyahısına yeni namizəd fayllar durur. Görüşdə, həmçinin Komitə çərçivəsində büro və məşvərətçi iclaslar, Gənc Peşəkarlar Forumu və Abidə Menecerlərinin Forumunun formatı barədə də fikir mübadiləsi aparılıb.
Daha sonra tərəflər arasında sözügedən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və Bakı sessiyasına hazırlıq çərçivəsində müzakirələrin davam etdirilməsinə dair razılıq əldə edilib.
Qeyd edək ki, UNESCO-nun ən mötəbər qurumlarından biri olan Ümumdünya İrs Komitəsinin iclasları zamanı Ümumdünya İrs Siyahısına yeni mədəni və təbii abidələrin daxil edilməsi, eləcə də artıq bu siyahıda yer alan abidələrin mühafizəsinin gücləndirilməsi məsələləri müzakirə edilir.
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19

