/ / Fərhad Bədəlbəyli: Qəbələ festivalı ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün çox yaxşı vasitədir
Fərhad Bədəlbəyli: Qəbələ festivalı ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün çox yaxşı vasitədir
03.08.2018 [09:10]
Qəbələ Beynəlxalq Musiqi Festivalı ildən-ilə böyüyən auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti cəlb edir. Azərbaycan həqiqətən öz zəngin tarixi və ənənələrinə görə dünyada gözəl ölkələrdən biridir. Artıq 10 ildir ki, bu festival Azərbaycanın dilbər guşəsində, füsunkar təbiəti olan Qəbələdə keçirilir. Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən və gözəl ənənəyə çevrilən Qəbələ festivalı ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün çox yaxşı vasitədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli bildirib.
Builki festivalın bir neçə əlamətdar hadisə ilə yadda qalacağını vurğulayan festivalın bədii rəhbəri deyib: “Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, həmçinin dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik yubileyi geniş qeyd edilir. Festival çərçivəsində dahi bəstəkar yad edilir, onun ölməz əsərləri səsləndirilir. Açılış mərasimində musiqisevərlər Qara Qarayevin və onun tələbələrinin əsərlərini dinlədilər. Konsertlərdən biri də dahi bəstəkarın yaradıcılığına həsr olunacaq. Festivalın konsertlərində, həmçinin Azərbaycanın dünya şöhrətli bəstəkarları Fikrət Əmirovun, Cövdət Hacıyevin, Arif Məlikovun və digərlərinin əsərləri səsləndirilir. Onları da yada salırıq. İnanırıq ki, festivalın konsertləri musiqisevərlərə yenə də unudulmaz anlar, xoş təəssüratlar bəxş edəcək”.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

