Cahangir Novruzov Türkiyədə ən yaxşı teatr rejissoru adına layiq görülüb
23.12.2017 [09:28]
Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, Əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə “XVII Direklerarası Seyirci Ödülleri” teatr mükafatına layiq görülüb.
C.Novruzova bu mükafat Adana Böyükşəhər Bələdiyyə Teatrında səhnələşdirdiyi A.P.Çexovun kiçik dram əsərlərindən ibarət “Ah, bu evlilik...” tamaşasındakı rejissor işinə görə verilib. Mükafat Adanada keçirilən mərasimdə həmyerlimizə təqdim olunub.
Məlumat üçün bildirək ki, mükafatın “Halk Jürisi”nin üzvləri 2016-2017-ci il teatr mövsümünün ən yaxşılarını müəyyənləşdiriblər. Münsiflər heyətinin üzvləri Türkiyənin bir sıra şəhərlərinin teatrlarında səhnəyə qoyulan tamaşaları izləyərək qalibləri seçiblər.
Bu münasibətlə “Yeni Azərbaycan” qəzeti olaraq qardaş ölkədə yaşayıb-yaradan sənətkarla əlaqə saxladıq. O, qazandığı hər bir uğur və mükafatın Azərbaycanın adına məxsus olduğunu deyib: “Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və həmvətənlərimizin borcudur ki, birlik və həmrəylik nümayiş etdirib Azərbaycana layiqli xidmət etsin, adımızı daim zirvələrə qaldırsın. Mən də bacardığım qədər Azərbaycan mədəniyyətinin daha da inkişafı üçün əlimdən gələni edirəm və bundan sonra da var qüvvəmlə çalışacağam”.
Məlumat üçün bildirək ki, 1995-ci ildən Türkiyədə yaşayan Cahangir Novruzov hazırda Adana şəhərində Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. Cahangir Novruzov ötən teatr mövsümündə “Tiyatro için Emek Ödülü” mükafatına layiq görülmüşdü. O, eyni zamanda, Adana Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədr müavinidir.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42

