Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İran AEBA müfəttişlərini nüvə obyektlərinə dəvət etməyə razılıq verib

İran AEBA müfəttişlərini nüvə obyektlərinə dəvət etməyə razılıq verib

22.06.2026 [18:30]

İran rəhbərliyi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərini yenidən nüvə obyektlərinə dəvət etməyə razılıq verib.

AZƏRTAC xəbər verir ki, ABŞ Vitse-prezidenti Ceyms Devid Vens bu barədə mətbuat konfransında deyib.

“Tehran AEBA müfəttişlərini ölkəyə dəvət etməyə razılıq verib”, - deyə siyasətçi bildirib. Onun sözlərinə görə, qərar İranın nüvəsizləşdirilməsi və ya nüvə proqramının sona çatması istiqamətində ilk addımdır. “Bu, tam olaraq İrandan istədiyimiz şeydir”, - deyə Ceyms Devid Vens əlavə edib.

Birləşmiş Ştatların Vitse-prezidenti, həmçinin agentliyin müfəttişlərin iyunun 22-də İrana gələ biləcəyini iddia edib.

Paylaş:
Baxılıb: 467 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Sosial

Siyasət

Ədəbiyyat

Elm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30