Azərbaycan alpinistləri İtaliyadakı Monte Paterno zirvəsinə qalxıblar
22.06.2026 [16:50]
Azərbaycan Alpinizm Federasiyasının üzvləri Fidan Məmmədova və Sima Səfərova İtaliyanın şimalında yerləşən Dolomit dağlarında növbəti uğurlu dağçılıq fəaliyyətini həyata keçiriblər.
Federasiyadan AZƏRTAC-a bildirilib ki, idmançılar iyunun 18-19-da UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Dolomit dağlarında yerləşən Tre Çime di Lavaredo massivinin 2744 metr hündürlüyündəki Monte Paterno zirvəsinə uğurla qalxıblar.
Federasiya üzvləri zirvəyə Dolomitlərin ən məşhur və texniki baxımdan maraqlı marşrutlarından hesab olunan De Luca–Innerkofler Via Ferrata xətti üzrə çatıb. Qayalıq keçidləri, ekspozisiyalı hissələri və Birinci Dünya müharibəsi dövründən qalmış tarixi tunelləri ilə seçilən marşrut yüksək hazırlıq və diqqət tələb edir. Via Ferrata xüsusi sığorta trosları, metal pilləkənlər və dayaqlarla təchiz olunmuş qayalıq dağ marşrutlarına verilən addır.
Alpinistlər mürəkkəb dağ relyefi, sıldırım qayalıqlar və yüksək dağ şəraitinin yaratdığı çətinlikləri uğurla dəf ediblər. Zirvədən Tre Çime di Lavaredo, Kadini di Mizurina və ətraf Dolomit silsilələrinin möhtəşəm mənzərələri müşahidə olunub.
Səfər çərçivəsində Fidan Məmmədova və Sima Səfərova regionun dağçılıq infrastrukturu, Via Ferrata sistemləri və təhlükəsizlik standartları ilə də yaxından tanış olublar.
Qeyd edək ki, bu fəaliyyət Azərbaycan alpinizm və dağçılıq idmanının beynəlxalq dağ regionlarında təmsil olunmasına, həmçinin federasiya üzvlərinin texniki hazırlığının və təcrübəsinin artırılmasına mühüm töhfə verir.
Xəbər lenti
Hamısına baxDünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34

