Əli İldırımoğlu: mənalı ömrün akkordları
18.11.2017 [00:19]
Yazıçı-publisist, Əməkdar Jurnalist Əli İldırımoğlunun 90 illik yubileyi qeyd olunub
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə noyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində yazıçı-publisist, “Şöhrət” ordenli, Əməkdar Jurnalist Əli İldırımoğlunun 90 illik yubileyi qeyd olunub. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, iştirakçılar əvvəlcə foyedə Əli İldırımoğlunun bədii-publisistik fəaliyyətinə dair dövri mətbuat materialları və kitabları əsasında hazırlanmış sərgi ilə tanış olublar.
Xalq Artisti Nurəddin Mehdixanlının aparıcısı olduğu tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubilyarı təbrik edib, onun keçdiyi həyat yolunun gənc nəslə örnək olduğunu vurğulayıb. Nazir qeyd edib ki, gənc yaşlarından ölkəmizin müxtəlif bölgələrində müxbir işləyən Əli İldırımoğlu sadə insanların həyat yolundan, problemlərindən yazmaqla onların böyük rəğbətini qazanıb. Onun bədii əsərlərində Qarabağ mövzusu mühüm yer tutur, yaradıcılığının leytmotivində Vətənə sonsuz sevgi dayanır. Bütün bunlarla yanaşı, onun mühüm fəaliyyətlərindən biri də Azərbaycan dili ilə bağlıdır. O, daim dilimizin saflığının qorunmasına çalışıb.
Qeyd olunub ki, Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində dünyaya göz açan Əli İldırımoğlu (Məmişov) yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət “Yazım-yazmayım”, “Mayaklar”, “Telepat”, “Çinarlı”, “Dərd”, “Silinməz izlər” kitablarının, “Həmin adam”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, ikihissəli “Zorən jurnalist”, habelə “Aqibət”, “Qarlı gecələr”, “Daş yağan gün” romanlarının müəllifidir.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov doğum gününü Milli Dirçəliş Günündə qeyd etməyin böyük xoşbəxtlik olduğunu deyib. Vurğulayıb ki, jurnalist, publisist və yazıçı Əli İldırımoğlu bütün mənalı həyatında öz qələmi ilə milli dirçəlişə, milli şüurun oyanışına ləyaqətlə xidmət edib. Onun romanlarının hər biri böyük təcrübənin bəhrəsidir. Bu əsərlərin əsası onun “Kommunist” qəzetində çalışdığı illərdə qoyulub və onların qiymətini hələ sonralar dərk edəcəyik.
Qırx il mətbuatda jurnalist kimi çalışdıqdan sonra 80-ci illərdən etibarən mütəmadi olaraq bədii əsərlər yazmağa başlayan Əli İldırımoğlu Azərbaycan ədəbiyyatında öz dəst-xətti olan yazıçıdır. Əksəriyyəti bioqrafik xarakter daşıyan romanlarında Azərbaycan həyatının elə detalları, mənəviyyatın elə məqamları əksini tapır ki, onu hər kəs müşahidə edə bilməz. “Həmin adam”, “Zorən jurnalist”, “Mənim rəncbər atam”, “Daş yağan gün” və digər dəyərli əsərlərin müəllifi olan Əli İldırımoğlunun yaradıcılığı oxucular, ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanır.
Akademik deyib: “Əli İldırımoğlu qələm adamıdır. Ürəyini kağıza boşaldan söz sahibidir. O, dünyaya göz açandan dilini öyrəndiyi yerin-yurdun, dünyadan köçərək həmin yer-yurda qovuşmuş əziz, munis insanların taleyindən yazır. Əli İldırımoğlu ona görə yazır ki, o dili gələn nəsillər unutmasın, yazdıqları keçmişlə gələcək arasında körpü olsun. Əli İldırımoğlunun haqqında yazdığı o yerlər, o ata yurdu çoxdandır ki, düşmən tapdağı altındadır. Əli İldırımoğlu həmin qəlbisınıq yerlərin, o yerlərdəki gülün, bulağın, qayanın, mamırın dilindən yazır, o ruh unudulmasın deyə yazır”.
Sonra Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov yubilyara rayon ictimaiyyətinin təbriklərini çatdırıb, ona xatirə hədiyyəsi təqdim edib.
Çıxışlarda Əli İldırımoğlunun jurnalistlik fəaliyyəti, ölkəni qarış-qarış gəzməsi, Azərbaycanın mürəkkəb bir dövrünü ədəbiyyata gətirməsi, bütün yaradıcılığının doğulduğu yurda sonsuz sevgi ilə yoğurulması xüsusi vurğulanıb. Yubilyar xalqının bütün ali keyfiyyətlərini özündə cəmləşdirən nadir qələm adamlarından biri kimi səciyyələndirilib.
Sonra tədbir iştirakçıları Əli İldırımoğlunun həyat və yaradıcılığından bəhs edən filmə baxıblar. Filmdə yazıçının fikirlərinə və xatirələrinə geniş yer verilib.
Yubiley gecəsi Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında musiqilərlə müşayiət olunub.
Sonda çıxış edən Əli İldırımoğlu tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

