Minskdə keçirilən Azərbaycan mədəniyyət günləri bayram tədbiri böyük maraqla qarşılanıb
15.08.2017 [10:13]
Avqustun 12-də Belarusun paytaxtı Minskdə “Yuxarı şəhər” adlanan tarixi guşədə Azərbaycan mədəniyyət günləri bayram tədbiri keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Belarusdakı səfirliyindən məlumat verilib.
Tədbir Minsk şəhər Meriyası və Azərbaycanın Belarusdakı səfirliyinin dəstəyi ilə Belarusun Azərbaycan İcmaları Konqresi tərəfindən təşkil edilib.
Bayram tədbirinin açılışında Minsk Şəhər İcra Hakimiyyətinin Mədəniyyət və Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi Pavel Skalaban, Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfiri Lətif Qəndilov və Belarusun Azərbaycan İcmaları Konqresinin sədr müavini İlham Hacıyev çıxış ediblər.
Minsk meriyasının nümayəndəsi çıxışında çoxmillətli şəhər olan Minskdə Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirin keçirildiyini qeyd edərək hamıya bu qədim mədəniyyətlə tanış olmaqdan maksimum zövq almağı arzulayıb.
Səfir Lətif Qəndilov tədbirdə çıxış edərək iştirakçıların bu tədbirə isti Azərbaycan havası və ürəklərdəki hərarətlə gəldiklərini bildirib. Səfir bu cür tədbirin keçirilməsinin Belarus xalqının özünəməxsusluğunu - xeyirxahlığını, ləyaqətliliyini və kübarlığını göstərdiyini vurğulayıb. Əlavə edib ki, bu da heç şübhəsiz xalqların bir-birini daha yaxşı tanımalarına və mənəvi zənginləşmələrinə imkan yaradır. “Başqa xalqların mədəni dəyərlərinə, mədəniyyətinə hörmət edən xalq özü böyük hörmətə layiqdir”, - deyə səfir vurğulayıb.
Belarusun Azərbaycan İcmaları Konqresinin sədr müavini İ.Hacıyev Belarusda yaşayan azərbaycanlıların burada özlərini doğma torpaqda olduqları kimi hiss etdiklərini bildirib, Azərbaycan mədəniyyətinin ikinci vətəndə tərənnüm edilməsi üçün yaradılmış şəraitə və imkana görə Minsk Şəhər İcra Hakimiyyətinə təşəkkür edib.
Çıxışlardan sonra səhnədə milli Azərbaycan musiqiləri - “Sarı gəlin”, “Pəncərədən daş gəlir”, “Qaragilə” səsləndirilib, “Nəlbəki”, “Yallı”, “Ləzginka” və digər rəqslər ifa edilib. Budəfəki tədbirdə uşaq “Avrovidinya-2015” musiqi festivalında Belarusu təmsil etmiş Ruslan Aslanov, “Turkvision-2015” beynəlxalq musiqi yarışmasının iştirakçısı Saşa Kazımova Azərbaycan və dünya estradasının nümunələrini təqdim edib. “Qafqaz əfsanəsi” və “Sarı gəlin” kollektivlərinin rəqsləri hamı tərəfindən alqışlarla qarşılanıb, eləcə də nağara, saz və qarmondan ibarət trio ifaçılıq sənətləri nümayiş etdirilib və tamaşaçıların rəğbətini qazanıb.
Əsas səhnənin yanında Azərbaycan məhsullarının satışını həyata keçirən yarmarka təşkil edilib. Burada milli mətbəximizin nümunələrinin dequstasiyası təşkil olunub, qonaqlara plov, dolma, müxtəlif növ kabablar, milli şirniyyatlar, meyvə şirələri və quru meyvələr təqdim edilib. Azərbaycansayağı dəmlənmiş ətirli çay tədbirin qonaqlarına paylanıb.
Mahnı və rəqslərlə zəngin şou-proqramlarla yanaşı, qonaqlara Azərbaycan mətbəxinin ayrı-ayrı nümunələrinin hazırlanması qaydaları açıqlanıb, nərd üzrə oyunlar təşkil edilib. Bundan əlavə, dizayner Səbinə Alaşova tərəfindən hazırlanmış moda nümunələri göstərilib, milli Azərbaycan paltarlarında şəkil çəkdirmək imkanı yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

