İsmayıl Şıxlı - 90
30.05.2009 [12:40]
Xalq yazıçısı İsmayıl Şıxlı XX əsr bədii və elmi-ictimai fikrimizin görkəmli nümayəndəsidir. İllər ötdükcə İsmayıl Şıxlı adı, ünvanı bizə, ədəbi gəncliyə daha da doğmalaşıb. Biz onun qiymətli kitablarını, “Ayrılan yollar”, “Dəli Kür” romanlarını oxuduqca daha çox öz “Mən”imiz, kökümüz üstündə düşünmüş, milli özünüdərkimiz üzərində tərbiyə olunmuşuq. İsmayıl Şıxlı yaradıcılığının milli ruhu - Azərbaycan insanının xarakteri bizi özümüzə göstərib və düşündürüb ki, Azərbaycan kişisinin bədii obrazı - xırdalıqdan, xırpalanmaqdan, gözüqıpıqlıqdan yox, bəylikdən, cəsarətdən, qürur və milli xarakterdən keçməlidir. Və yazıçı bizə hələ ötən əsrin 60-cı illərində bədii obraz olaraq Cahandar ağanı bağışlamışdır. Hətta İsmayıl Şıxlı “Kommunist” qəzetində yazmışdı ki, əsər yazılıb kinossenariləşdiyi çağlarda - yuxarılarda, keçmiş sovet ittifaqında əsərə qarşı aqressiv münasibət olmuşdu. Bir anlıq xatırlayaq Azərbaycan bəyi Cahandar ağanın rus “soldatları” tərəfındən necə güllələndiyini! Hətta İsmayıl Şıxlı məsələsinə Yazıçılar İttifaqında, MK plenumlarında baxılmasına Azərbaycan KP MK qarşısında tələb qoyulmuşdu. Lakin İsmayıl Şıxlının şəxsiyyət və ləyaqəti hər hansı bir addımın atılmasına, cəsarətin göstərilməsinə sipər olmuşdu. İsmayıl Şıxlı öz milli nümunəsinə görə bu təhdid və təqiblərdən qoruna bilmişdi.
İsmayıl Şıxlı, sözün həqiqi mənasında, şəxsiyyət olub. Aydındır ki, o həm yazıçı, həm elm adamı, həm təşkilatçı-rəhbər, həm ictimai-siyasi xadim, həm də millət vəkili olmuşdur. Və bütün bunların hər birində o mənəvi bütövlüyün təcəssümü olub.
İsmayıl Şıxlının qüruru, əzəməti, uca boyu, qara qıvrım saçları oxuduğum universitetdə bir işıq, bir yaraşıq nümunəsi idi. Ona heyranlıqla baxardıq. O, nurani, müdrik simalı müəllim olub tələbəlik illərimizin yaddaşında bütöv bir şəxsiyyət kimi yer almışdı. Yaxşı yadımdadır, ADPU-da 121-122-123-cü qrup tələbələri - bir “patok” eşitdik ki, İsmayıl Şıxlı bizə xarici ölkələr ədəbiyyatından dərs deyəcək. O, doğrudan da, gəldi və təxminən ay yarım-iki ay bizə dünya ədəbiyyatından dərs dedi, mühazirələr oxudu. Sonra nədənsə onu rəhmətlik M.Həyatzadə müəllim əvəz etdi. Xəlil Rza xatirələrində yazır ki, mən tələbələrimə dərs keçəndə İsmayıl müəllimdən xahiş edirdim ki, mənim də tələbələrimi öz “patok”una birləşdirsin, onlara birlikdə mühazirə oxusun. Bunu İsmayıl müəllimin özü də xatırlayır: “Yayın isti günlərindən birində mühazirəni yenicə başlamaq istəyirdim ki, qapı açıldı və Xəlil Rza astanada dayandı. - Ustad, qərara aldıq ki, bu gün özümüz dərs keçməyək. Sizin mühazirənizi dinləyək. Xoşbəxtlikdən auditoriya çox böyük idi. Yüz əlli tələbə mənim idi, Xəlilin dəstəsi də yüzdən çox olardı. Birləşdik. Mövzumuz “Səfıllər” idi. Viktor Hüqonun “Səfıllər”i. Əsər imkan verirdi ki, vicdandan, mərhəmətdən, zülmə qarşı, səfalət törədən ictimai mühitə qarşı qəzəb və nifrətdən danışaq. On doqquzuncu əsri bəhanə edib öz dünyamızın ictimai bəlalarını qılınclayaq”. (İsmayıl Şıxlı “Zindandan keçən azadlıq yolu”/ “Müasirləri Xəlil Rza Ulutürk haqqında” kitabında. Bakı: çinar-çap, 2004 səh.88,89) O günü tələbələrinin istəyi ilə Xəlil Rza da üsyankarlıqla “O sahildə, bu sahildə” şeirini oxumuşdu. “Bu üsyan idi. İki yerə parçalanmış ana yurdun, parçalanmış torpağın, bir-birindən zorla ayrılmış insanların həzin naləsinə, qəzəb və intiqam çağırışına çevrilmiş poetik misralar idi” (Yenə orada, səh.89). Dediyim odur ki, İsmayıl Şıxlı keçdiyi dərslərində də, oxuduğu mühazirələrində də şəxsiyyəti, yazıçılığı kimi maraqlı müəllim idi tələbələri üçün. Həmişə onun sözünün cazibə sahəsi olurdu. özünü bizə, tələbələrinə belə sevdirirdi, məftun etdirirdi.
1987-ci il idi. Namizədlik dissertasiyamı oxumaq üçün sovet ədəbiyyatı kafedrasına təqdim etmişdim. Bir gün kafedranın müdiri, elmi rəhbərim, professor Abbas Hacıyev bildirdi ki, biz işin oxunması üçün “kurator” olaraq dissertasiyanı İsmayıl Şıxlıya təqdim etmişik. O fikir söyləməli, iş barədə rəy yazmalıdır. Bir müddət sonra Abbas müəllim bildirdi ki, İsmayıl Şıxlı işi bəyənmiş və rəsmi opponentlərdən biri olmağa razılıq vermişdir. Belə də oldu. Mən “Rəy” üçün kafedraya müraciət edəndə prof. A.Hacıyev bildirdi ki, bəs İsmayıl müəllim hökumət evinin xəstəxanasında yatır. Mən ADPU-nun dosenti Ramin Əhmədovla birlikdə İsmayıl müəllimə baş çəkməyə getdik. Hal-əhval tutduqdan sonra o bildirdi ki, mən sənin dissertasiyanı oxumuşam, bəyənmişəm və geniş bir rəy də yazmışam. O, göy çernillə çox sıx yazılmış dörd səhifəlik əlyazmanı dissertasiya ilə birlikdə mənə verdi. Və dediyi sözlərdən biri bu oldu ki, dissertasiyada yazırsan, Osman Sarıvəlli təbii, səmimi, həyəcanlı şairdir. Deyim ki, sən özün də dissertasiyanı emosional, səmimi yazmısan, - bu, elə şairin özündən də irəli gəlib. İsmayıl müəllim mənə xeyir-dua verdi, uğurlar arzuladı və müdafiəmdə iştirak edəcəyini bildirdi. Mən İsmayıl Şıxlının səliqəli xətlə yazdığı həmin əlyazmanı indi də arxivimdə qiymətli bir xatirə kimi qoruyub saxlayıram. Doğrusu, onda təəccüblənmişdim ki, İsmayıl müəllim səhhətinin belə vaxtında dincəlmək əvəzinə, mənim işimi diqqətlə oxuyub geniş bir rəy yazmağa xeyli vaxt sərf edib. Bəli, onun gəncliyə, əhatəsinə, insanlara, millətinə münasibəti belə idi - dəqiq, diqqətcil, qayğıkeş. Əməlpərvər yazıçı, müəllim və vətəndaş mövqeyi. İsmayıl müəllim insanları sevirdi, onlara qayğı göstərməkdən xoşlanırdı. O, əzəmətli olduğu qədər adi idi, sadə idi. Onu da qeyd edim ki, İsmayıl Şıxlının həmin əlyazma rəyini xalq şairi Osman Sarıvəllinin 100 illik yubileyi münasibətilə çap etdirdiyim “Osman Sarıvəllinin poetikası” adlı kitabımda ön söz yerində müəyyən ixtisarla çap etdirmişəm. İkinci rəyi də, mərhum alim və şairimiz Qasım Qasımzadənin mənə yazdığı əlyazmanı da arxivimdə saxlamaqla bərabər, onu da kitabın ön söz yerində vermişəm.
İsmayıl Şıxlı sözü bütöv adam olub. Bütöv şəxsiyyət, bütöv ləyaqət sahibi olub, - fikrimi daha çox bu mənəvi dəyərlər üzərində gəzdirmək istəyirəm, - çünki İsmayıl Şıxlının ömrünün mənası, dəyər və qiyməti, zinəti onun bütöv şəxsiyyəti, bütöv ləyaqəti idi.
1988-ci il Azərbaycanın ictimai-siyasi həyatında çox gərgin vaxtlar olub. O zaman bütün yollar-izlər bağlanmışdı, idarə və təşkilatlar rus hərbçilərinin tabeliyində idi. Pasport rejimi idi. Sənədləri yoxlayıb lazımi yerlərə icazə verirdilər. O vaxt ADPU-nun binası da nəzarətə götürülmüşdü, hərbçilər içəri adam buraxmırdılar. Bununla belə bizim Müdafiə Şurasının yığılmağına o qədər də mane olmamışdılar. Şura üzvlərinin hamısı soyuqda-çovğunda və belə nəzarət olmasına baxmayaraq, gəlmişdi. Təşkilati tədbirlər o vaxt universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Afad Qurbanova və professor Paşa Əfəndiyevə tapşırılmışdı. Biz o gün iki nəfər, hazırda ADPU-nun professoru Təyyar Salamoğlu (Cavadov) və mən tribunaya çıxmalı idik. O zaman müdafıə baş tutdu və İsmayıl Şıxlı ilə Qasım Qasımzadə rəsmi opponentlərim kimi Müdafıə Şurasına gəlib dissertasiya haqqında yüksək fikir söyləmişdilər, bizə xeyir-dua vermişdilər. Beləliklə, biz xeyirxah, işıqlı insanların sayəsində müdafıə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi adını aldıq.
İndi elmin yollarında inamla addımlamaqdayıq. Bu işıqlı Azərbaycan ziyalılarının şərəfinə, onların bizə göstərdiyi etimada layiq olmağa çalışırıq. Unutmuruq ki, İsmayıl Şıxlı kimi alicənab insanlar, ziyalılar bizim müəllimimiz, bizim öndərlərimiz olublar. Bu günlər görkəmli yazıçımızı yenidən xatırlayır və onun ruhuna dualar oxuyuruq. Allah ona rəhmət eləsin, ruhu şad, yeri-yurdu behiştlik olsun.
Əlizadə ƏSGƏRLİ,
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, Bakı Qızlar Universitetinin elmi işlər üzrə prorektoru, filologiya elmləri namizədi
Xəbər lenti
Hamısına baxDünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

