Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Yuliya Lısenko: “Jara” Beynəlxalq Musiqi Festivalına uzun müddət hazırlaşdıq

Yuliya Lısenko: “Jara” Beynəlxalq Musiqi Festivalına uzun müddət hazırlaşdıq

12.07.2016 [10:08]

“Jara” Beynəlxalq Musiqi Festivalına uzun müddət hazırlaşdıq. Bu, çoxdan gözlənilən səfər idi”.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində festivalın aparıcısı (qırmızı xalıda) Yuliya Lısenko deyib. O bildirib ki, Azərbaycan haqqında çox eşidib və buraya gələrək Bakını yaxından görmək, şəhərin görməli və tarixi yerlərindən keçmək arzusunda olub. Y.Lısenko deyib: “Ümid edirik ki, festival gələn il də Bakıda keçiriləcək və biz yenə də görüşəcəyik”.
Jurnalistləri Azərbaycan dilində salamlayan rusiyalı qonaq gələn il onlarla bu dildə söhbət edəcəyinə ümidvar olduğunu deyib.
Y.Lısenkonun sözlərinə görə, Bakıda keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalı xalqların, insanların dostluğu festivalıdır. O deyib: “Burada ən yaxşı mahnılar səsləndirilir, hamıda gözəl əhval-ruhiyyə, müsbət emosiya var. Üstəlik səhnə də olduqca gözəl məkanda yerləşir. Bəzən dəniz ön plana keçir. Məsələn, mənim kimi dəniz sahilində yaşamayan insanda həmişə dənizə baxmaq istəyi yaranır. Hava küləkli olsa belə, qoy lap yağış da yağsın, lakin festivalda isti bir əhval-ruhiyyə var. Biz sizə “isti” günlər gətirdik”.

Paylaş:
Baxılıb: 1130 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31