Qyonqcu İpək Yolu mədəniyyət festivalı çərçivəsində “Azərbaycan günü” keçirilib
26.08.2015 [10:03]
Koreya Respublikasının Qyonsanbuk əyalətində keçirilən Qyonqcu İpək Yolu festivalı çərçivəsində “Azərbaycan günü” adlı konsert proqramı təşkil edilib.
BMT-nin ixtisaslaşmış qurumu olan Dünya Turizm Təşkilatının dəstəyi ilə təşkil edilən və qədim İpək yolu üzərindəki ölkələr arasında tarixən mövcud olmuş mədəni əlaqələri günümüzdə yenidən qurmaq, inkişaf etdirmək, habelə mədəniyyət mübadiləsi ilə dünyada sülh prosesinə töhfə vermək məqsədi daşıyan festivalın proqramına daxil olan milli günlərdən birincisi Azərbaycana həsr olunmuşdu.
Konsertin açılış mərasimində çıxış edən Qyonqcu şəhərinin meri Çoi Yanq-şik qədim İpək yolunun ortasında yerləşən Azərbaycanın Qərb və Şərqi birləşdirdiyini deyib. O, Azərbaycanın özünəməxsus zəngin mədəniyyətə malik bir ölkə olduğunu vurğulayaraq, tədbirin həmin mədəniyyət ilə yaxından tanış olmaq imkanı baxımından əhəmiyyətini vurğulayıb.
Ölkəmizin Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov xalqlarımız arasında qədim İpək yolu dövründə yaranmış əlaqələrin hazırda yeni formada inkişaf etdiyini, bu istiqamətdə mədəni əməkdaşlığın vacib rolundan bəhs edib.
Bakıdakı Şərq Təbabəti Klinikasının baş həkimi xanım Zərifə Quliyeva SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərovanın təbrik məktubunu oxuyub.
Sonra səhnə incəsənət ustalarının ixtiyarına verilib. Azərbaycan Mədəniyyəti Fondunun və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin Seuldakı səfirliyinin dəstəyi ilə keçirilən “Azərbaycan günü”ndə rəqqaslar, pianoçu və solistlər, saz ifaçıları koreyalı sənətsevərlər qarşısında milli musiqimizi təqdim ediblər.
Proqrama Azərbaycan Dövlət Rəqs Ansamblının üzvlərinin ifasında “Cəngi”, “Nəlbəki”, “Qarabağ yallısı”, “İgidlər” xalq rəqsləri, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Qızların rəqsi”, “Odlar yurdu” (Eldar Mansurov) və “Qobustan” (Cavanşir Quliyev) rəqsləri ifa olunub.
Əməkdar artist Munis Şərifovun bədii rəhbərliyi ilə Qədim Musiqi Alətləri Ansamblı, o cümlədən solistlər - əməkdar artistlər Teyyub Aslanov və Nuriyyə Hüseynovanın ifasında “Bana, bana gəl” (Cahangir Cahangirov), “Bəri bax” və “Yaylığım” xalq mahnıları və “Qarabağ şikəstəsi” səslənib
Bundan başqa, solistlər Əməkdar artist Anar Hüseynli və Lətifə Soyuöz, Naibə Şahməmmədova (piano) Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrə və Əsgərin duetini, “Sarı gəlin” xalq mahnısını, “Xalq Heydər söyləyəcək” mahnısını ifa ediblər. Qəbələdən olan saz ifaçıları Nürəddin Xanlarov və Zeynəb Xanlarova koreyalı tamaşaçıları milli musiqimizin qədim janrlarından olan saz sənəti ilə tanış ediblər.
“Azərbaycan günü” Müslüm Maqomayevin “Azərbaycan” mahnısının ifası ilə sona çatıb. Tamaşaçıların böyük diqqətlə izlədiyi konsertə yerli mətbuatın da marağı böyük olub.
Qeyd edək ki, “Azərbaycan günü”ndən əlavə, incəsənət ustalarımız bir həftə ərzində hər gün iki dəfə mədəniyyət proqramı ilə çıxış edəcəklər.
Xəbər lenti
Hamısına baxİdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26

