Dünya şöhrətli skripkaçı İtzhak Perlman Heydər Əliyev Mərkəzində konsert verəcək
19.04.2014 [14:10]
Aprelin 28-də Heydər Əliyev Mərkəzində dünya şöhrətli skripkaçı, 15 “Qremmi” və 4 “Emmi” mükafatı laureatı İtzhak Perlmanın konserti olacaq. Yəhudi əsilli amerikalı musiqiçi Bakı tamaşaçıları qarşısında tanınmış şri-lankalı pianoçu Rohan de Silvanın müşayiəti ilə çıxış edəcək. Klassik musiqi gecəsində dahi bəstəkarlar Lüdviq van Bethovenin, Rixard Ştrausun və Klod Debüssinin ölməz əsərləri təqdim olunacaq.
İtzhak Perlman 1945-ci ildə İsraildə doğulub, Təl-Əviv Musiqi Akademiyasında, daha sonra ABŞ-ın incəsənət sahəsində ən böyük tədris müəssisələrindən olan Culyard Məktəbində təhsil alıb. 1964-cü ildə Amerikada akademik musiqi ifaçıları arasında keçirilən nüfuzlu Leventrit Müsabiqəsinin qalibi olub və bu, onun gələcək karyerasına əhəmiyyətli təsir göstərib. Virtuoz skripkaçı həmin vaxtdan məşhur orkestrlərlə və solo konsertlərlə dünyanı dolaşır. İndiyədək müxtəlif ölkələrin mötəbər salonlarında, o cümlədən ABŞ-ın Kennedi Mərkəzində, bir neçə dəfə Ağ Evdə çıxış edib.
İtzhak Perlman həm də dirijorluğu ilə tamaşaçıları heyran edib. Nyu-York Filarmoniyası, Milli Simfonik Orkestr, Filadelfiya Orkestri, Los-Anceles Filarmoniyası, Çikaqo, Boston, San-Fransisko, Sent-Luis, Dallas, Hyuston simfonik orkestrləri və digər kollektivlər onun rəhbərliyi altında konsert proqramları ilə çıxış edib.
İtzhak Perlman 2005-ci ildə Culyard Məktəbinin 100 illik yubileyi münasibətilə bu təhsil müəssisəsinin fəxri doktoru adına və medala layiq görülüb. O, 1986-cı ildə ABŞ-ın “Azadlıq medalı”, 2000-ci ildə isə “Milli incəsənət medalı” ilə təltif olunub.
Xəbər lenti
Hamısına baxSosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17

