/ / Mətbuat Şurasında Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş “Bir kərə yüksələn bayraq” sənədli filminin təqdimatı keçirilib
Mətbuat Şurasında Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş “Bir kərə yüksələn bayraq” sənədli filminin təqdimatı keçirilib
01.02.2014 [08:56]
Yanvarın 31-də Mətbuat Şurasında (MŞ) Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri - Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş “Bir kərə yüksələn bayraq” sənədli filminin təqdimatı keçirilib.
AzərTAc xəbər verir ki, tədbir ideya müəllifi Mətbuat Şurası idarə heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev, layihə rəhbəri MŞ-nin sədri Əflatun Amaşov və ssenari müəllifi tanınmış telejurnalist Bəxtiyar Qaraca olan filmin nümayişi ilə başlanıb.
Yarım saatlıq ekran əsərində M.Ə.Rəsulzadə irsinin görkəmli tədqiqatçısı, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Şirməmməd Hüseynovun elmi araşdırmalarına istinad olunub.
Mərasimi açan MŞ-nin sədri Əflatun Amaşov bildirib ki, M.Ə.Rəsulzadənin çoxşaxəli fəaliyyətində jurnalistika mühüm yer tutub. İdeyalarının cəmiyyətə çatdırılmasında jurnalistikanın gücündən məharətlə yararlanmış görkəmli mütəfəkkir Azərbaycanda XIX əsrin sonu - XX əsrin əvvəllərindən başlayaraq geniş yayılmış maarifçilik təfəkkürünü siyasi publisistikaya gətirərək məfkurə səviyyəsinə qaldırıb. Tarixilik baxımdan bu, son dərəcə mühüm missiya idi və nəticə etibarilə Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına gətirib çıxardı.
Diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 22 noyabr tarixli Sərəncamı çərçivəsində respublikamızın müxtəlif bölgələrində görkəmli şəxsiyyətin həyat və yaradıcılığına həsr olunmuş tədbirlər keçirilir. Mətbuat Şurasının hazırladığı film də bunlardan biridir.
Mətbuat Şurasının sədri, həmçinin rəhbərlik etdiyi qurumun Azərbaycanın ictimai fikir tarixində mühüm xidmətləri olan şəxslərlə bağlı daha 12 sənədli film çəkəcəyini diqqətə çatdırıb.
MŞ-nin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, M.Ə.Rəsulzadənin yaradıcılığının Azərbaycan ictimaiyyətinə az məlum olan hissəsi onun mühacirətdəki fəaliyyətidir. Həmin dövrün hadisələrinin geniş ictimaiyyətə çatdırılmasına da böyük ehtiyac var. Çünki məhz mühacirət illərində yazdığı əsərlər M.Ə.Rəsulzadəni dünya humanitar mədəniyyətinin tərkib hissəsinə çevirib.
C.Feyziyev Prezident İlham Əliyevin müvafiq Sərəncamının görkəmli ictimai-siyasi xadimin irsinin öyrənilməsi ilə bağlı gerçəkləşdirilən işlərə təkan verəcəyinə əminliyini vurğulayıb.
Mətbuat Şurası idarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, M.Ə.Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsinə, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsinə, siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir. Görkəmli şəxsiyyətə həsr edilmiş sənədli filmin Mətbuat Şurası tərəfindən çəkilməsi isə onun irsində jurnalistikanın önəmini vurğulamaq nöqteyi-nəzərdən son dərəcə önəmli hadisədir. Bu film, eyni zamanda, ölkə miqyasında M.Ə.Rəsulzadə ilə əlaqədar dövlət tədbirlərinə əməli dəstək mənasında mühüm səciyyə daşıyır.
Filmin ssenari müəllifi B.Qaraca M.Ə.Rəsulzadənin həyat və yaradıcılığına verdiyimiz önəmin gələcək nəsillərə azərbaycançılığı təbliğ etmək istiqamətində dəyərli yol, məfkurə sığınacağı olduğunu vurğulayıb. Bildirib ki, bu cəhət Azərbaycan cəmiyyətində kifayət qədər dərk edilir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətinin öyrənilməsinə verilən dəyərin özünü həmişə konkret faktlarda, real iş müstəvisində göstərməsi ictimaiyyət tərəfindən dərin rəğbətlə qarşılanır. M.Ə.Rəsulzadə həyat yolu rəğbət doğuracaq şəxsiyyətlərimizdən, tarixi simalarımızdandır.
“Xalq qəzeti”nin baş redaktorunun müavini Tahir Aydınoğlu qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı M.Ə.Rəsulzadənin ümummilli dəyər simasını tam şəkildə təsdiqləyib. Bu, dövlətçilik tariximiz baxımından son dərəcə mühüm addım olub. T.Aydınoğlu onu da qeyd edib ki, M.Ə.Rəsulzadə haqqındakı filmdə görkəmli tədqiqatçı Şirməmməd Hüseynovun elmi baxışlarına istinad edilməsi ekran əsərinin uğurunu şərtləndirən amildir.
Təqdimat mərasimində MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə, “Zaman Azərbaycan” qəzetinin redaktoru Ürfan Məmmədli, “Xalq qəzeti”nin əməkdaşı Namiq Əhmədov və başqaları sovet imperiyası dövründə M.Ə.Rəsulzadə şəxsiyyətinin Azərbaycan cəmiyyətinə yanlış təqdim edilməsinin doğurduğu mənfi nəticələrdən söz açıblar.
Çıxışlarda “Bir kərə yüksələn bayraq” sənədli filmi media ictimaiyyətinin böyük şəxsiyyətin yubileyinə töhfəsi kimi dəyərləndirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

