Çillə bayramı - qışın başlandığı gün
21.12.2023 [16:13]
M.BAYRAMLI
Miladi tarixlə hər il dekabrın 20-dən 21-nə keçən çillə gecəsi əsasən Azərbaycan, İran, Türkiyə və Əfqanıstanda Çillə mərasimləri qeyd edilir. Çillə bayramı və ya çillə gecəsi qış başlandığı gün keçirilir. İlin 365 gecəsinin ən uzunu və qışın başlanğıc gecəsidir.
Bəs çillə nə deməkdir?
Tədqiqatçılar qədim təqvimlərə əsasən Azərbaycanın milli adətlərindən olan çillə gecəsinin Yerin şimal yarımkürəsində ilin 365 gününün ən uzun gecəsinə təsadüf etdiyini qeyd edirlər. Bu gecə şəmsi ilinin dey ayının başlanğıc gecəsi, azər ayının sonuncu gecəsi və 3 ay Novruz bayramına qalmış bir gecədir. Çillə sözü bir neçə mənada başa düşülür. 40 gün mənasında istifadə edilən bu söz daha çox ağırlığın, çətinliyin başlanğıcı mənasında başa düşülür.
Etnoqrafik materiallara əsaslanaraq demək olar ki, qış fəsli üç hissəyə bölünür. 40 gün davam edən böyük çillənin (21 dekabr-29 yanvar) ardınca 20 günlük kiçik çillə (29 yanvar-18 fevral) gəlir və daha sərt olduğundan qışın “oğlan çağı” adlandırılır. Boz ay (oğru buğ) (20 fevral - 20 mart) isə bir ay davam edir.
Çillə bayramına hələ bir neçə gün əvvəldən hazırlıq görülür. Nişanlı qızların, təzə gəlinlərin bayram görüşünə gedilir. Hətta həmin gecə süfrəyə adları "q" hərfi ilə başlayan nemətlər düzülərmiş. Məsələn, qarpız, qovun, qatıq, qovurğa, qaysava, qovurma, qovut və sair. Bayram günü, demək olar ki, bütün evlərdə çillə qarpızı kəsilir. Qarpız çillə gecəsinin ən gözəl payı hesab olunur. Ona görə də hər kəs çalışır ki, həmin gün evində çillə qarpızı olsun. Əksər ailələr belə qarpızları əvvəlcədən alıb saxlayarlar. Belə qarpızları uzun müddət, hətta Novruza qədər saxlamaq olurmuş.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

