“Belə qəmli dayanma”... müəlliflərin ortaq iztirabı
13.12.2023 [14:30]
MÜŞFİQƏ
Görüşünə gəlmişəm,
Sən ey gözü bənövşə.
Gözü nəmli dayanma,
Belə qəmli dayanma.
Bu mahnın hər bir notu qəlbləri riqqətə gətirir. Sanki səninlə dərdləşir, gözünün yaşını silib,üzünə təbəssüm qondurmaq üçün əlindən gələni edir. Qəm-qüssədən uzaqlaşdırır. Sevənlər üçün ayrıca dünya yaradır. Həmin dünyada nə qəmə, nə də kədərə yer var. Burada insanın üzünə Günəş gülür, çiçəklər açır, insan özünə bir sevinc tapır. Bəli, bütün bunları bir mahnı insana yaşadır. Həmin dünya isə Talehin dünyası idi. Bu bəstə müəllifinin hayqırtısıydı, desək heç də yanılmarıq. Görəsən, kim üçün yazılmışdı bu mahnı? Gözləri ağlamaqdan qurumayan anası üçün idi, yoxsa... bambaşqa hekayənin heç vaxt qələmə alınmayan ilk cümləsi idi bu mahnı?
Söhbət təbii ki, “Belə qəmli dayanma” bəstəsindən gedir. İlk dəfə onu Xalq artisti, böyük sənətkar Flora Kərimovanın ifasında dinləmişdik. Sonra bu mahnıya bir çox yeni nəfəslər verildi. Sözləri Şamxal Rüstəmə, musiqisi isə haqqında bir azdan danışacağımız Taleh Hacıyeva məxsusdur. Taleh Hacıyev Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın oğlundan başqası deyildi.
Səninlə dindi dünya,
Sevin, sənindir dünya.
Sevənlərindir dünya,
Belə qəmli dayanma.
Çox gənc yaşlarından ailə həyatı quran Şəfiqə xanımın evliliyi uzunömürlü olmadı. Həyat yoldaşı sənətinə mane olurdu. Aralarında tez-tez narazılıqlar yaranan bəstəkar çarəni yeganə oğlu Taleh Hacıyev ilə birlikdə getməkdə gördü. Deyilənə görə, Səməd Vurğun məşhur “Aygün” poemasını ona həsr etmişdi. Onlar ayrılanda Taleh hələ kiçik idi. Buna baxmayaraq, sevgi ilə əhatələnmişdi. Yaxınları bundan xəbər tutmasalar da onun musiqiyə çox böyük həvəsi vardı. 18-20 yaşlarında yazdığı “Belə qəmli dayanma” mahnısı” ilə istedadı üzə çıxdı. Anası tərəfindən yazılan ilk operanın konsertmeysteri də elə özü idi. “Tale danışanda insan susar”, deyiblər. Talehin musiqiləri dilə gələndə bütün ölkə susdu və onu dinlədi. Günlərin bir günü səssizləşdi, içinə qapandı. Gənc yaşında ruhi xəstəliyə düçar oldu. Nə qədər müalicə olsa da, səhhəti düzəlmədi ki, düzəlmədi. Ömrünü 2008-ci ildə Maştağada yerləşən ruhi əsəb xəstəxanasında başa vurdu. Ölümü 40 gün anasından gizli saxlanıldı. 40-cı günündə isə...
Var soyuğu, var odu,
Bu yol sevgi yoludur,
Ürək sözlə doludur,
Belə qəmli dayanma.
Könlüm, bulud deyilsən,
Sınıq ümid deyilsən.
Sən ki, sükut deyilsən,
Belə qəmli dayanma.
Anası beşcə il Talehsiz yaşaya bildi. 2013-cü il iyulda 26-da səssiz-səmirsiz gözlərini yumdu. Tale onu oğluna qovuşdurdu.
Bəs bu sözlərin müəllifi olan Şamxal Rüstəm kim idi? Niyə bu ad və soyad bir çox insanlara tanış deyil? Niyə bu cür sənət əsərinin sahibini yetərincə tanımırıq? Şamxal müəllimin mətbuata müsahibəsi bu fikri bir daha təsdiqləyir. Ürək sızıldadır:
“- Şamxal bəy, çoxdandır görünmürsüz, haralardasız?
- Yerlə göyün arasında...
- Yerlə göyün arasında bir yer tapa bilmirsiz?
- Belə də, hər halda ürəkaçan yer deyil bu aralıq qalmaq üçün...
- Nə işlə məşğulsuz?
- Heç bir işlə, həkimlərə dostluq edə-edə yaşamaqla məşğulam.
- Demək işləmirsiz, bəs necə dolanırsız?
- Əvvəllər radioda işləmişəm, indi ta işləmirəm. Pensiya alıram. İkinci qrup əliləm.
- Demək olar ki, dərc olunmursuz, heç olmasa yazırsızmı? - Hə, son vaxtlar çox az dərc olunuram. Heç yerə getmirəm axı. Amma yazmağına, yazıram. Yazıb atıram, qalır. Amma özüm heç yerdə çap olunmuram. (red: stolun üstündəki dərman dolu selafon torbanı göstərir). Dərmanlar acıdır, amma həyata qaytarır, ağrılarımı azaldır.”
Ağrıları azaldmadı böyük şairin. Elə bu müsahibədən sonra onu itirdik. Vaxtilə səsi radio dalğalarından, şeirləri gənclərin yaddaşından əskik olmazdı. Həyatda yaşadığı ağrı-acılar, uğursuzluqlar, bir də əsərləri ona həmdəm oldu. Şəfəq Nasirin də dediyi kimi, ağrı-acılarını, iztirablarını, bütün uğursuzluqlarını - bir şələ mənəvi yükünü ürəyinə, çiyninə alıb əbədi evinə köçdü.
Xəbər lenti
Hamısına baxİdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32

