Təbiətin möcüsəsi - Göy qurşağı haqqında maraqlı faktlar
06.10.2023 [11:12]
M. Bayramlı
Göy qurşağı - atmosferdə, havadakı su damlacıqlarından işığın sınması və əks olunması nəticəsində əmələ gələn optik hadisə.
Göy qurşağı Günəşə qarşı tərəfdə yağış tökülən buludların fonunda böyük, müxtəlif rəngli, bir, iki və bəzən üç qövsdən ibarətdir. Adətən üst qövs qırmızı, daxili qövs bənövşəyi olur.
Bir çox mədəniyyət göy qurşağını cənnət ilə dünya arasındakı körpü olaraq görməkdədir. Təbiətdəki ən gözəl mənzərələrdən biri olan göy qurşağı qərb mədəniyyətində ümid və şans simvolu olmuşdur. Müsəlmanla görə göy qurşağındakı rənglərin hər birinin bir mənası vardır. Yaşıl bolluq, qırmızı döyüş, sarı isə ölüm mənasını verir. Sibirdə göy gurşağının Günəşin dili olduğu düşünülür. Cənubi Amerika aborigenləri isə göy qurşağının dənizin üzərində görülməsinin bir şans olduğuna inanırlar.
Bəs göy qurşağı haqqında daha hansı maraqlı faktlar mövcuddur?
- Göy qurşağı rənglərinin ətraflı təsvirini ilk dəfə İsaak Nyuton edib. Lakin, Nyuton yalnız 5 rəng təsvir etmişdir: qırmızı, sarı, yaşıl, mavi və bənövşəyi.
- İlk göy qurşağı nəzəriyyəsi 1637-ci ildə fransız filosofu və riyaziyyatçısı Rene Dekart tərəfindən tərtib edilib.
- Əslində göy qurşağı qövs şəklində deyil, qapalı dairə formasındadır. İnsan yalnız yarımdairə görür, çünki onu yerdən izləyir. Təyyarədən göy qurşağına baxılsa, o, dairə şəklindədir.
- Göy qurşağı həmişə 7 rəngdən ibarət olmur. Bəzən təbiətdə monoxrom (təkrəng), məsələn, yalnız iki rəngli göy qurşağı - qırmızı və ya ağ müşahidə edilə bilər.
- Qədim yunan tədqiqatçıları Göy qurşağının “göylə yer arasında körpü” olduğuna inanırdılar.
- Qədim yunan mifologiyasında Göy qurşağı – yerlə göyün əlaqəsini tərənnüm edən, qanadlı göy qurşağı ilahəsi “İrida”nın yolu hesab edilib.
- Böyük Britaniyanın Şeffild sakinləri göy qurşağını uzun müddət izləməyə müvəffəq olublar. Belə ki, 1994-cü ilin yazında göy qurşağı səhər saat 9-dan axşam 3-ə kimi səma üzərində görünüb.
- Günəş şüasının ay tərəfindən əks olunması nəticəsində meydana gələn təbiət fenomeni “Ay göy qurşağı” adlanır.
- “Dairəvi-üfüqi” və ya "alovlu göy qurşağı" - nadir görülən, optik təsirə malik, atmosfer fenomenidir. Əsasən seyrək və yüksək buludlar fonunda əmələ gəlir. Bu atmosfer fenomeni müəyyən şərtlər nəticəsində əmələ gəlir: günəş üfüqdən 58 dərəcədən yuxarı olmalıdır; göydə seyrək buludlar olmalıdır; buludlardakı düz altıbucaqlı buz kristalları üfüqi yerləşməlidir.
- Təbiətdə “üçlü göy qurşağı” nadir hadisədir. 100 il ərzində cəmi 5 dəfə səmada peyda olduğu güman edilir. Son bir neçə əsrdə bu fenomenin müşahidəsi ilə bağlı yalnız beş elmi hesabatın olduğu güman edilir.
- Göy qurşağı daha çox şəlalələrin yaxınlığında və havanın rütubətlə daha çox doyduğu yerlərin tropik bölgələrində rast gəlinir.
-Alimlərin fikrincə, göy qurşağı təkcə bizim planetdə deyil, həm də Saturnun peyklərindən birində - Titanda görünür.
- Göy qurşağına toxunmaq və ya heç olmasa ona yaxınlaşmaq mümkündürmü? Yox, ona yaxınlaşsan, o, artıq sənə görünməyəcək.
- 2016-cı ilin yazında Kanadada “fırtınalı səmada göy qurşağı” zərb edilən 20 dollarlıq kolleksiya gümüş sikkəsi buraxıldı.
- Günəş səmada nə qədər aşağı olarsa, göy qurşağı da bir o qədər yüksək görünəcək və ya əksinə.
- Ən nadir hallarda gecə ay işığında göy qurşağı yarana bilər.
- Əslində göy qurşağında insan gözü üçün əlçatmaz olanlar da daxil olmaqla 1.000.000-dan çox çalar var.
- Bəzən birincinin ətrafında başqa, daha az parlaq, göy qurşağı görmək mümkündür. Bu, damcılarda iki dəfə əks olunan işığın əmələ gəldiyi ikinci dərəcəli göy qurşağıdır. İkinci dərəcəli göy qurşağında rənglərin sırası "tərs çevrilmiş" olur, yəni xaricdə bənövşəyi, içəridə isə qırmızı. İki göy qurşağı arasındakı səma adətən nəzərəçarpacaq dərəcədə qaranlıq olur və bu ərazi “İsgəndər zolağı” adlanır. İlk dəfə eramızın 200-cü ilində bu hadisəni təsvir edən qədim yunan filosofu Afrodisiyalı İsgəndərin şərəfinə adlandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

