Stressə necə qalib gələk?
16.09.2023 [12:41]
Günlərin bir günü psixoloq Doğan Cüceloğluna “Stress nədir? Niyə bu söz dilimizdən düşmür? Bu məfhum həmişə həyatımızda var idi, yoxsa yeni daxil olub?”- deyə sual verirlər. Psixoloq isə belə cavab vermişdi: “Mütləq şəkildə həyatımızda stress məvhumu olub, amma onun adının stress olduğunu bilməmişik. Alın yazısı, qismət deyib, keçmişik.
Vaxtilə çoxuşaqlı ailələr geniş yayılmışdı. Hər uşaq öz ruzisi ilə gələr deyib, övlad dünyaya gətirirdilər. Bu uşaqları necə oxudacağıq stressini yaşamazdılar. İndi isə belə deyil. Valideynlər daha məntiqli və planlı addım atırlar. Bunların kökündə isə gələcək qayğısı və yaxud stress yatır. Günümüzdə hər an rəqabət etmək məcburiyyətindəyik. İstər iş, istər sosial həyatda, istərsə də evdə. Gələcəkdə bizi nəyin gözləyəcəyini bilmirik. Sağlığımızı və əsəb sistemimizi itirmək bahasına olsa da, durmadan çalışır və çalışırıq. Daha çox pul qazanmağın yollarını axtarırıq.
Doğan Cüceloğluna görə, bunun həlli yolu dərk etməkdən keçir. Onun sözlərinə görə, insan oğlu, sadəcə özünü yox, təbiəti də tanımalı və onu dərk etməlidir. Var olma səbəbini aydınlaşdırmalıdır. Sevmədiyi və olmaq istəmədiyi mühitdən uzaqlaşmalıdır. Əgər həmin insan özünü olduğundan fərqli nümayiş etdirirsə, stress zamanla onu məhv edəcək. Hətta sevmədiyimiz bir geyimi belə geyinəndə o günümüz gərgin keçər. Axı, insan özündən nə qədər uzaqlaşsa, o qədər də stress yaşayacaq. İnsan özündən, iç dünyasından gərək uzaqlaşmasın.
Stressin növbəti ünvanı depressiyadır. Psixoloqa görə, depressiyada olan insan heç vaxt yaradıcı ola bilməz. Əgər bir ordunun əsgərləri depressiyaya düşsə, o ordunun generalları heç vaxt qalib gələ bilməz. Stress o qədər genişşaxəlidir ki, nəticədə səhhətinizi də məhv edə bilər.
Hisslər yoluxucudur. Sevinc, kədər kimi stress də insana ötürülür. Bunu stressli bir mühitdə qaldığın zaman daha aydın anlamaq mümkündür. İnsan dərhal həmin məkandan uzaqlaşmağa can atır.
Stresslə necə baş gələk?
Özünü tanımaq ən böyük zəfərdir, deyiblər. Stresslə başetmənin ilk addımı stress içində olduğunu dərk etməklə başlayır. İkincisi, stressin səbəbini müəyyənləşdirmək lazımdır. O zaman özünüzə bu sualı verin, mən bu problemi həll edə biləcək gücdəyəm, ya yox? Dəyişmək üçün əlinizdən bir şey gəlmirsə, onu olduğu kimi qəbul edin. Çünki gözləntiləriniz də ona görə dəyişəcək və daha az stress yaşayacaqsanız.
Bəzən səbəbsizlik də sizi stressə sala bilər. Bunun adına istər yoxluq, istərsə də boşluq deyin.
Psixoloq sizə çıxış yolu kimi bitki çayı için və rahatlayın demək əvəzinə problemin kökünə enməyi təklif edir. Təbirincə desək, böyük rəsmə baxmağı bacarın. Zehni dəyişdirmədən, olmaz. Stressin səbəbini aydınlaşdırsanız, kiminlə və nə ilə rəqabət aparacağınızı dəqiqləşdirmiş olacaqsınız. Artıq nə ilə rəqabət aparacağınızı bilirsiniz. Vəziyyətlə barışın, amma gələcək üçün plan qurmaqdan da əl çəkməyin. Zaman çərçivəsində özünü inkişaf etdirə, yeni bir bacarığa sahib ola və yaxud yeni mühit kəşf edə bilərsiniz. Həyat seçimlərlə doludur. Bir seçim olmazsa, o birisini seçin.
İmtahan stressi yaşayan gənclik
Ətrafmühit imtahan həyəcanı yaşayan gənclərlə doludur. Əgər nəticələrə fokuslanıb yaşasanız, o zaman öz əllərinizlə özünü stressin mərkəzinə atmış olacaqsınız. Araşdırmalar göstərib ki, stress və qayğı yüksək olan zaman beyin tam qavramır.
D.Cüceloğlu deyirdi ki, əgər sizin sadəcə 4 saatınız varsa, o an qolları çırmalayın və işə başlayın. Nəticənin necə olacağını düşünmədən andan zövq almağa çalışın. Mən də Amerikanın nüfuzlu universitetlərindən birində təhsil alarkən bu stresslərdən keçmişəm, hətta intihar həddinə çatmışam. Bir anda bir möcüzə baş verdi və mən qəbullanmağa başladım. Əlimdən nə gəlirsə, ən yaxşısını etməyə çalışdım. İnanırsınız, nəticə əla oldu. Həmin universiteti yüksək nəticələrlə bitirdim. Bu təcrübəmi imtahan ərəfəsində olan bir çox gənclərlə də paylaşdım. Daha sonra ətrafıma toplanıb mənə təşəkkür edirdilər. Bəzən stresslə başa çıxmaq bu qədər bəsitdir. Əlindən gələnin ən yaxşısını et, amma zövq almağı da unutma. Möcüzənizi özünüz yaradın. Həyatımızın imtahanı budur!
Hədəfinizi müəyyənləşdirin
Həyatdakı hədəfinizi müəyyənləşdirin. Niyyətinizin saflığını qazanın, deyirdi mütəxəssis. Bu nə deməkdir? Niyyətin saflığını ağlınızla deyil, ruhunuzla hiss etməlisiniz. Onu tapdığınız an gözlərinizin içi parıldayacaq. Sevinciniz yerə-göyə sığmayacaq. Var olma səbəbindən sonra niyyətin saflığını tapmaqla bu həyatda milyonların bacarmadığını etmiş olacaqsınız. Beləcə həyatınız da öz mənasını tapacaq. Mənalı, coşqulu və güclü həyat başlayacaq. Yenə də qarşınıza stressli vəziyyət çıxacaq, amma bu zaman onunla necə başa çıxacağınızı öyrənmiş olacaqsınız.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

