Getdikcə yayılan inanc
15.11.2022 [10:43]
Daşların enerjisi
Səidə RƏHİMLİ
Qədim zamanlardan bəri bir çox sivilizasiyalarda təbii daşların enerjisinin insan sağlamlığına müalicəvi təsiri olduğuna və mənəvi cəhətdən faydalı olduğuna inanılırdı. Təbii daşların enerjisinin insan həyatına olan təsirinə inam son dövrlərdə xeyli yayılıb. İnsanlar müxtəlif növ təbii daşlardan aksesuarlarında və ya evlərində dekor kimi istifadə edirlər. Bəs bu inanc nəyə əsaslanır?
Daşların titrəyişi insan orqanizminin titrəyişi ilə həmahənglik təşkil edir və insanları zərərli təsirlərdən qoruyur. Təbii daşlar sağlamlığımıza, əhvalımıza, evimizin enerjisinə, psixologiyamıza və həyatımızın bir çox sahəsinə müsbət təsir göstərir, bədənimizdə enerji balansını tarazlaşdırır. Bunun elmi dəqiqliyi olmasa da, istifadə edənlər arasında keçirdiyimiz sorğu təbii daşların enerjisinin insanlara müxtəlif cəhətlərdən təsir etdiyini göstərir. Hər bir təbii daşın özünəməxsus xüsusiyyətləri və faydaları vardır. Bu, onların fərqli təsirlər yarada bilən fərqli kimyəvi tərkibləri ilə əlaqədardır. Təbii daşlar enerjilərini itirmir, buna görə də bir növ ölməz olaraq hesab edilir. Gəlin, bunlara keçməzdən əvvəl keçirdiyimiz sorğuya nəzər salaq. Təbii daşlardan istifadə edənlərdən bunun təsirinin olub-olmaması haqqında soruşduq. Cavablar isə belə idi:
* Bəli, mən çəhrayı kvars daşından istifadə edirəm. Sevgi daşıdır. Bu daş mənə özümü sevdirir və özünü sevən insan ətraf tərəfindən də sevilir. Mən bu daşı istifadə etdiyim gündən həyatımda bir çox şey dəyişdi;
* Ətrafımda təbii daşların yaxşı təsir etdiyi adamları görüb mən də bürcümə uyğun bir daş aldım. İndi adını xatırlamıram. Amma mənə müsbət təsir etmədi. Uğur gətirir, dedilər, amma əksinə işlərim yolunda getmədi;
* Mən əqiq daşından alıb evimə dekor kimi qoydum və o gündən evimə çoxlu pul gəlməyə başladı. Mənə çox uğurlu gəldi;
* Təbii daşlardan düzəldilən bir qolbaq istifadə edirəm. Aldığım gündən alınmayan bütün işlərim qaydasına düşməyə başladı və s.
Gördüyümüz kimi, təbii daşların müsbət enerjisi olduğu kimi, mənfi enerjiləri də var. Bu isə daş seçimi ilə əlaqədardır. Hər hansı bir daşdan istifadə etməzdən əvvəl onun sizə necə təsir etdiyinə fikir verməlisiniz. Mütəxəssislər deyirlər ki, uyğun daşı tapan zaman bu mütləq hiss olunur: daş ya isinir, ya da rəngi dəyişir və ya insan huşunu itirir. Bunlar olmasa belə, daşın hiss etdirdiyi mənfi və ya müsbət enerji başa düşüləcək səviyyədə olur.
Hər bir daşın ayrı xüsusiyyətləri və faydaları vardır. Bir neçəsinə nəzər salaq:
* Ametist daşı - pozitiv enerji deposudur. Bənövşəyi rənglidir. Radiasiyadan qoruyur. Göz və ürək sağlamlığına faydalıdır;
* Jadeit - Yeşim daşı - aksesuarlarda ən çox istifadə olunan daşdır. Kristal quruluşu sayəsində zərgərlər tərəfindən işlənməsi ən asan daşlardandır. Yaşıl rəngdədir. Qədim dövrlərdə Çində evləri ildırımdan qoruduğuna inanılırdı, buna görə də tikintidə evlərin damında istifadə olunurdu. Sakitləşdirir və dinclik verir. Duyğuları tarazlaşdırır və dərindən düşündürür. Bu daş ilə dəriyə qulluq da edilə bilər;
* Əqiq daşı - bütün bürclərə uyğunlaşan daş olaraq bilinir. Fərqli rənglərdə olur. Bu daş alimlər tərəfindən araşdırılıb və faydaları da təsdiqlənib. Dəri xəstəliklərinə xeyri var. Bəd gözün qarşısını alır;
* Sitrin daşı - bərəkət gətirdiyinə inanılır. Sağlamlığa faydalıdır. Qədim zamanlardan bəri zərgərlərin sevimli daşlarındandır və s.
Hazırda təbii daşlara artan tələbat bu istiqamətdə ticarəti xeyli aktivləşdirib. İndi biz bir çox mağazalarda və ya onlayn saytlarda rahatlıqla təbii daşlarla bəzədilmiş aksesuarlar, ev dekorları tapa bilərik.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

