“Redaksiya siyasəti və peşə etikası qaydaları” “Yeni Azərbaycan” qəzetində müzakirə edilib
22.04.2022 [12:44]
Aprelin 22-də "Yeni Azərbaycan" qəzetinin redaksiyasında Media İnkişafı Agentliyinin (MEDİA) tövsiyələrinə uyğun olaraq “Redaksiya siyasəti və peşə etikası qaydaları” mövzusunda müzakirələr aparılıb.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu çıxış edərək, əməkdaşların diqqətinə çatdırıb ki, media subyektləri üçün “Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsi (şablonu) hazırlanıb. Nümunənin hazırlanmasında Azərbaycan Respublikasının Medianın inkişafı Agentliyi, Azərbaycan Respublikası Audiovizual Şurası, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin mütəxəssisləri, jurnalist təşkilatları və digər ekspertlər iştirak ediblər.
“Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsində ümumi prinsiplər, xəbər və şərh, xəbər mənbələri ilə iş, təkzib və düzəlişin necə verilməsi yer alıb.
Alqış Həsənoğlu bütün dünyada nüfuzlu media qurumlarının peşə etikası qaydalarını ehtiva edən kodeks əsasında işlədiyini diqqətə çatdıraraq, Azərbaycanın peşəkar mətbuatının da eyni yolu izlədiyini vurğulayıb. O bildirib ki, yeni tərtib olunmuş “Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsində ümumi prinsiplər, xəbər və şərh, xəbər mənbələri ilə iş, təkzib və düzəlişin necə verilməsi yer alıb.
Müzakirələr zamanı qeyd edilib ki, media ən güclü təbliğat maşını olaraq düzgün istifadə edilmədikdə, özümüzə qarşı çevrilmiş silaha da dönə bilər. Onun kimin əlində olması və nəyi, necə təbliğ etməsi önəmlidir, hətta strateji əhəmiyyət daşıyır. Bu mənada redaksiya siyasətini müəyyənləşdirən bu kodekslər media qurumunun məqsədini, rəhbər tutduğu dəyərləri, yürütdüyü missiyanı həm öz əməkdaşları, həm də cəmiyyət üçün açıq-aydın təsvir edir. Bu kodekslərin əldə rəhbər tutulması eyni zamanda media sahəsinə təsadüfən gələn və müəyyən məqsədləri olan reket jurnalistlərin də fəaliyyətini məhdudlaşdıracaq.
Sözügedən sənədlə tam tanış olmaq üçün müzakirələrin növbəti günlərdə davam etdirilməsinə qərar verilib.
Alqış Həsənoğlu qeyd edib ki, “Redaksiya siyasəti və peşə etikası qaydaları”nın müzakirəsi üçün “Yeni Azərbaycan” qəzetinin heyəti 26 aprel 2022-ci ildə bir daha toplanacaq. Müzakirələrin nəticəsi barədə qəzetdə informasiya veriləcək.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

