Özbəkistan jurnalistləri Füzuli və Şuşada olublar
24.11.2021 [15:19]
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Özbəkistanın media təmsilçilərinin ölkəmizə səfəri təşkil edilib.
Mediaturda qalampir.uz, darakchi.uz xəbər portallarının, Özbəkistan-Türkiyə birgə layihəsi olan “Özbekistanhaber” informasiya portalının jurnalistləri, “Siyasət” jurnalının redaktorları və bloqerlər iştirak edirlər. Onlar və təmsil etdikləri media vasitələri Azərbaycan həqiqətlərinin təbliği işində, o cümlədən Vətən müharibəsində zamanı AMM ilə əməkdaşlıq edərək, ölkəmizə yaxından dəstək göstəriblər.
Özbəkistanın media təmsilçiləri 21-22 noyabr tarixlərində Füzuli və Şuşa rayonlarında olub, materiallar hazırlayıb, müsahibələr götürərək çəkilişlər aparıblar.
AMM-nin direktoru Samir Abbasovun müşayiət etdiyi heyətə Ermənistanın otuz ilə yaxın işğal altında saxladığı torpaqlarda həyata keçirdiyi vandalizm, tarixi-mədəni və dini abidələrin məhv edilməsi, habelə 2020-ci ildə 44 günlük müharibə nəticəsində azad edilən ərazilərdə aparılan quruculuq işləri haqqında məlumat verilib.
Layihəyə Azərbaycan Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Yazıçılar Birliyi dəstək göstərir.
Jurnalistlər Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada bir sıra tarixi abidələri ziyarət ediblər. Qonaqlar Azərbaycan Televiziyasının "Körpü" verilişinin Şuşanın Qala qapıları yanında hazırlanan xüsusi çəkilişində də iştirak edib, Türk dünyasının həmrəyliyi, Vətən müharibəsi, Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması ilə bağlı fikirlərini bölüşüblər.
Özbəkistanlı qonaqlar səfər çərçivəsində Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunda (24-26 noyabr) da iştirak edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44

