Həyata keçirilən Dövlət proqramları regionların hərtərəfli inkişafını təmin edib
25.12.2015 [09:40]
Ölkəmizin regionlarında turizmin müxtəlif növlərini inkişaf etdirmək üçün hər cür imkan var
Azərbaycanda 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramının müvəffəqiyyətlə tamamlanması və hazırda 2014-2018-ci illəri əhatə edən növbəti Dövlət Proqramının da icrasının uğurla təmin olunması ölkəmizin bölgələrinin simasını tamamilə dəyişib. Son 12 ildə Dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, regionlardan vergi ödənişləri 14,2 dəfə artıb. Sevindirici haldır ki, artıq 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.
Regionların inkişafına güclü təkan verən sahələrdən biri də turizm sektorudur
Məlum olduğu kimi, ölkəmizdə regionların inkişafına güclü təkan verən sahələrdən biri də turizm sektorudur. Dünyanın ayrı-ayrı ölkələrinin iqtisadiyyatında mühüm yer tutan turizmin Azərbaycanda da geniş inkişaf perspektivləri var. Dövlət başçısının “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında vurğuladığı kimi, Azərbaycanda turizmin inkişafı sürətlə gedir, yeni otellər, beynəlxalq səviyyəli istirahət zonaları açılır.
Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması ölkəmizin turizm imkanlarını daha da artırır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verib. Əlamətdar haldır ki, ölkəmizin regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmlərini inkişaf etdirmək üçün hər cür imkan var.
Azərbaycanda turizmin inkişafı üçün mühüm addımlar atılıb
Ümumiyyətlə, qısa müstəqillik tarixində Azərbaycan dövləti ölkəmizdə turizmin inkişafına nail olmaq üçün güclü siyasi iradə nümayiş etdirərək bir sıra təşkilati tədbirlər həyata keçirib, həmçinin respublikamızda turizmin inkişafını stimullaşdıran qanunvericilik bazası yaradılıb. Belə ki, Milli Məclis 1999-cu ildə “Turizm haqqında” ayrıca qanun qəbul edib. Ölkə Prezidentinin 2002-ci il 27 avqust tarixli müvafiq Sərəncamı ilə respublikamızda 2002-2005-ci illərdə turizmin inkişafına dair ayrıca Dövlət Proqramı təsdiq olunub. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” respublikamızda istifadəsiz qalan turizm-kurort obyektlərinin bərpasına və yenilərinin yaradılmasına təkan verib. Azərbaycanda turizmin inkişafı ilə bağlı 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramının uğurla icra olunması nəticəsində respublikamızda turizm sənayesi yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” 2012-ci il 30 noyabr tarixli Sərəncamı respublikamıza turistlərin gəlib-getmələrini asanlaşdırmaqla ölkəmizin turist cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Belə ki, bu sənədə əsasən onlayn viza sisteminin tətbiqi ilə Azərbaycana gəlmək istəyən əcnəbilər vizaları elektron qaydada əldə edə bilirlər. Bu sistem sənədləşmənin daha asan aparılmasına və vaxta qənaət edilməsinə şərait yaradır.
Bir sözlə, son illər turizm sektoru dövlətin qayğısı sayəsində prioritet istiqamətlərdən birinə çevrilib. Elə bu səbəbdən turizmin ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilməsi regionların infrastruktur cəhətdən inkişafını da təmin edir. Eyni zamanda, Azərbaycanın zəngin turizm potensialı paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində cəmləşib. Prezident İlham Əliyevin vurğuladığı kimi, bizdə turizm potensialı şimal, şimal-qərb, cənub və qərb bölgələrində, əlbəttə ki, Bakı şəhərində inkişaf edir.
Ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır
Ölkəmizdə turizm sahəsində dövlət siyasətində hər bölgənin turizm sahəsində potensialı və ənənələri əsas götürülməklə müvafiq infrastruktur qurulmasına diqqət yetirilir. Başqa sözlə desək, ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Qısa müddətdə Azərbaycanın bütün turist marşrutları üzrə mükəmməl infrastruktur şəbəkəsi yaradılması və müasir turistyerləşdirmə obyektlərinin istifadəyə verilməsi bunun təsdiqidir. Bu baxımdan ölkəmizin cənub bölgəsində, o cümlədən Astarada turizmin inkişafı istiqamətində atılan addımlar və əldə edilən uğurları xüsusilə vurğulamaq yerinə düşər. Astara Azərbaycanın əsrarəngiz gözəlliyə malik füsunkar guşələrindən biridir. Heç də təsadüfi deyil ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev Astaranı “Cənub mirvarisi” adlandırmış, bu diyar haqqında olduqca xoş sözlər söyləmişdir.
Məlumat üçün bildirək ki, ölkəmizdə bütün istiqamətlərdə gedən sürətli inkişaf Astaranın timsalında da aydın görünür. Məsələn, bu ilin doqquz ayında rayonda ümumi məhsul və xidmətlərin həcmi 3,1 faiz artıb. Ümumi məhsul və xidmətlərin 69,6 faizi məhsul istehsalı sahələrinin, o cümlədən 6,6 faizi sənayenin, 19,8 faizi tikinti kompleksinin, 43,2 faizi kənd təsərrüfatının payına düşüb. Doqquz ayda rayonda 615 iş yeri açılıb. Bunun da 435-i daimi iş yerləridir. “Kənd təsərrüfatı ili”ndə rayonda aqrar sahənin və sahibkarlığın inkişaf etdirilməsi məqsədilə fermer təsərrüfatlarına və fiziki şəxslərə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 17 layihə üzrə 210 min manat dəyərində güzəştli kreditlər, 765 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına, ümumilikdə 104 min 821 manat məbləğində subsidiya verilib.
Heç şübhəsiz, bu nəticələr rayonda turizmin inkişafına əlavə təkan verib. Astaranın müasir turizm potensialı haqqında məlumat verməzdən öncə onu qeyd edək ki, bu ərazi hələ qədimlərdən Azərbaycana gələn əcnəbilərin diqqət mərkəzində olub. Bu da səbəbsiz deyil. Belə ki, Astara bir qədim yaşayış məntəqəsi olmaqla, tarixi İpək yolu onun ərazisindən keçib, Orta, Ön, Kiçik Asiya, Çin, Hindistan və Ərəb dünyası ilə geniş əlaqələr qurulub. Astara şəhərinin cənub-qərb hissəsində yerləşən Qapıçıməhəllə kəndinin ərazisində Astara çayının kənarında çox qədim tarixə malik olmaqla karvansara mövcud olub. Həmin karvansaranın qalıqları aşkar edilib və onun VII əsrə aid olması müəyyən olunub.
Müxtəlif Şərq ölkələrini, eləcə də Azərbaycanı gəzib-dolaşmış alman səyyahı Hans Şilberger (1394-1427) Astaranın beynəlxalq ticarət əlaqələri barədə konkret məlumat verib. Səyyah qeyd edib ki, Astarada çoxlu ipək istehsal olunur, bu ipəyin ən yaxşı növü Dəməşq, Bursa, Kaşan və Venesiya kimi sənətkarlar mərkəzinə ixrac olunur. Bu yerlərdə həmin ipəkdən yaxşı məxmər parçalar toxunur.
Orta əsrlərdə Astaranın əyalət paytaxtı, dini, mədəni və ticari mərkəzi olması barədə məlumatlar da maraqlıdır. Astara şəhərində dulusçuluq və saxsıbişirmə mədəniyyəti də geniş inkişaf edib. Hələ XIII əsrin axırları XIV əsrin əvvəllərində Astaranın Maşxan məntəqəsində pul sikkə zərbxanası mövcud olub. Müxtəlif dövrlərdə hökmranlıq etmiş Hülakilər, Cəlarilər, Teymurilər, onların varisləri və başqaları Astara zərbxanasında pul kəsiblər. Əmir Teymurun vaxtında və ondan sonrakı dövrlərdə üzərində “Zərbe Astara” (Astarada zərb olunmuşdur) sözləri yazılan sikkələr bilavasitə Astarada zərb olunan pullar olub. Bunu Avropa alimləri də öz əsərlərində sübut ediblər. Hazırda həmin sikkələrin 16 nümunəsi Tacikistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda mühafizə edilir.
Dövrün tanınmış alimlərindən biri olmuş məşhur alman səyyahı Adam Oleari (1599-1651) Astarada olub, astaralılar barədə müəyyən maraqlı məlumatlar verib. Tanınmış macar şərqşünası və səyyahı Armin Vanberinin (1832-1913) 1885-ci ildə Budapeştdə nəşr etdirdiyi “Türk elləri” adlı kitabda böyük bir fəsil Azərbaycana həsr olunub. O, Astarada gəzib-dolaşdığını bildirib, burada yaşayan xalqın gözəl folklor nümunələrinə malik olmasını qeyd edib.
Məşhur fransiz səyyahı, yazıçısı Aleksandr Düma da Astara haqqında maraqlı məlumatlar verib.
Beləliklə, bütün bu sadalananlar Astaranın ilk növbədə qədim yurd yeri kimi xarici turistlərin diqqət mərkəzində olmasını şərtləndirib.
Bölgələrdə turizm yeni inkişaf mərhələsinə qədəm qoyub
Son illər Astaranın iqtisadiyyatı dinamik inkişaf edir, sosial-iqtisadi problemlər uğurla həllini tapır. Aqrar sahənin inkişafına görə Astaranın adı respublikanın rayonları arasında öncül yerlərdə çəkilir. Bunlarla bərabər, Astara həm də turizm diyarıdır. Rayonun ərazisində olan seyrəngahlar, tarixi-mədəni abidələr, hotellər, istirahət mərkəzləri, Xəzər dənizi boyunca salınan çimərliklər və tikilib başa çatdırılan Park Bulvar istirahət kompleksi yerli sakinlərin və turistlərin maraq göstərdikləri məkanlardır. Bölgədə ilk dəfə burada yaradılan dənizkənarı bulvar kompleksi buraya üz tutanların yaddaşında silinməz izlər buraxır. Ümumilikdə 8 hektar ərazini əhatə edən bulvarda həm böyüklərin, həm də uşaqların dincəlməsi, əylənməsi üçün tam müasir istirahət məkanları, oyun meydançaları yaradılıb, attraksionlar quraşdırılıb. Lakin Astaraya gələnlərin üz tutacağı tək məkan bulvar deyil.
Belə ki, dövlət tərəfindən həyata keçirilən məqsədyönlü işlər nəticəsində Astarada son illər turizm yeni inkişaf mərhələsinə qədəm qoyub. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin yerli şöbəsi tərəfindən mühüm tədbirlər həyata keçirilib.
Ümumiyyətlə, Astarada turistlərin böyük maraq göstərə biləcəyi çoxlu turist obyektləri var. Həmin obyektlərin adları, fotoşəkilləri ölkədə nəşr olunan alboma daxil edilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə göndərildi. Bundan başqa, rayondakı turizm obyektləri haqqında bukletlər hazırlanaraq gələn turistlərə təqdim olunur. Obyektlər haqqında turistlərə dəqiq və ətraflı məlumat vermək üçün turizm bələdçilərinin geniş məlumatlı olmaları vacibdir. Bununla əlaqədar rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən bələdçilər vaxtaşırı olaraq seminarlara cəlb edilirlər.
Verilən məlumatlara görə, Astarada 7 turizm marşrutu müəyyənləşdirilib. Bu marşrutlar tarix və mədəniyyət abidələrini, görməli guşələri, ziyarətgahları və inanc yerləri ilə yanaşı, nadir el sənətkarlığının inkişaf etdiyi yaşayış məntəqələrini əhatə edir. 4 ulduzlu “Şindan”, “Savalan”, “Xəzər” və Gömrük mehmanxanaları, “Abşeron”, “Relax”, “Ceyhun” və “Sahil” istirahət mərkəzləri isə müasir tələblərə cavab verən şəraitləri ilə ilboyu turistlərin xidmətindədir. Turistlərə mədəni xidmət göstərilməsi də yaddan çıxmır. Qonaqlar “Əvəsor” folklor kollektivinin, “Sevinc” xalq çalğı alətləri ansamblının, istedadlı yerli müğənnilərin çıxışlarını, ifa olunan xalq mahnılarını və muğamları heyranlıqla qarşılayırlar.
Cənub bölgəsi tarixi-mədəni abidələrlə, mənzərəli təbiət guşələri və istirahət yerləri ilə zəngindir
Yuxarıda da vurğulandığı kimi, Astara tarixi-mədəni abidələrlə, mənzərəli təbiət guşələri və istirahət yerləri ilə zəngindir. Rayonun ərazisindəki “Şindan qalası”, “Divəkə” mağarası, “Gəlin qayası” dolmen abidələri, Azərbaycan dövlətçiliyinin banilərindən biri Şah İsmayıl Xətainin Ərçivan kəndində olduğu yerlər, həmin kənddəki “Şəhərgah” və “Xangəldi” əraziləri haqqında maraqlı məlumatlar var və bu barədə əhali arasında çoxlu əfsanələr söylənilir.
Məlumat üçün bildirək ki, rayonun Ərçivan kəndində 1499-cu ildə əsası qoyulmuş Məhəmməd Hənəfiyyə məscidi Şah İsmayıl Xətai tərəfindən ziyarət edilib. Həmin kənddə XIX əsrə aid Kərbəlayi Həmid Abdullah hamamı, Penser kəndində Məşhədi Abutalıb hamamı, Hacı Teymur və Hacı Canbaxış məscidləri diqqəti cəlb edir. Prezidentin Sərəncamı ilə yaradılmış Hirkan qoruğunun böyük bir hissəsi də Astaranın ərazisindədir.
Ümumiyyətlə, rayon ərazisində Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 102 tarix və mədəniyyət abidəsi yerləşir ki, onların da əksəriyyəti memarlıq abidələridir. Astara şəhərindəki XIX əsrə aid olan “Qum”, Ərçivan kəndindəki Məhəmməd Hənəfiyyə, Giləkəran, Pensər, Şiyəkəran kənd məscidləri, Pensər və Ərçivan kəndlərindəki hamamlar, Ərçivan, Şiyəkəran, Səncərədəki Ləmlər qədim yaşayış yerləri, türbələr, ziyarətgahlar buna misal ola bilər.
Astara aran və dağ zonasından ibarətdir. Rayonun şərqində Xəzər dənizi dalğalanır və qərbində isə zəngin meşəli Talış sıra dağları dayanır. Xəzər dənizi sahili boyu və meşəliklərdə adı ilə tanınan bulaqlar rayona gələn qonaqlar və turistlər üçün ən gözəl istirahət yerlərindəndir.
Rayonun dağətəyi ərazisində ilin bütün fəsillərində bitib-tükənməyən bulaqlar mövcuddur. Osman bulağı, Ərçivan kəndindəki “Savalan” ticarət mərkəzinin ətrafındakı bulaqlardan sızılan suların tayı-bərabəri yoxdur. Sım, Ağ körpü və Alaşa kəndlərindəki bulaqların suyu isə müalicə əhəmiyyətlidir. Eyni zamanda, “Yanar bulaq” kompleksi Astara rayonunun çoxsaylı nadir geoloji obyektlərindən biridir. Bu kompleks Astara rayonunun Ərçivan kəndinin cənub qurtaracağında, Bakı-Astara magistral yolu yaxınlığında yerləşir. Bu bulaq insanların ən çox maraq göstərdiyi yerlərdən biridir. Belə ki, bulaqda kükürdlü su ilə bərabər metan qazı da çıxdığından alovu suya yaxınlaşdırarkən, sudan ayrılan qaz məşəl kimi alovlanır. Bu bulağa istər yerli əhali, istərsə də səyahətçilər tərəfindən böyük maraq var. Müxtəlif xəstəliklərin dərmanı olan Astaranın İsti suyu respublikanın hər yerində tanınır.
Astara meşələrində bitən nadir ağacların şahı dəmirağacdır. Dəmirağac bu meşələrə gözəllik verməklə yanaşı, strateji əhəmiyyətə malik ağac növüdür. Astara hazırda bütün dünyada ekoloji cəhətdən təmizliyinə və keyfiyyətinə görə yüksək olan çayı ilə məşhurdur. 2002-ci ildə və sonrakı illərdə İspaniyanın paytaxtı Madrid, Rusiyanın paytaxtı Moskva şəhərlərində keçirilən beynəlxalq sərgilərdə Astara çayına yuxarıda qeyd etdiyimiz ən yüksək qiymət verilib və qızıl medal alıb. Astarada yetişdirilən limon, portağal, kivi, kinkan, feyxoa və başqa sitrus meyvələri respublika və xarici ölkə bazarlarında maraqla alınır. Astaranın ənənəvi çəltik sahələri son vaxtlar genişləndirilib, indi ətirli Astara düyüsü süfrələrin bəzəyidir.
Zəngin mətbəx xarici turistlərin bölgəyə marağını artırır
Astaranın mətbəx mədəniyyəti rəngarəng və özünəməxsus olmaqla diqqəti həmişə cəlb edib. Saxsı təndirdə bişirilən “əl çörəyi”, “ləvəngi” və onun müxtəlif növləri, düyüdən bişirilən 21 növ, ətdən 23 növ, çöl və ev quşlarından 7 növ, undan 20 növ, balıqdan 9 növ xörəklər hər yerdə tanınır. Xüsusilə “Balıq sırdağı”, onun ləvəngisi, cücə ləvəngisi, pətə, qara plov, toy qatığı, lərgəplov, südlü plov, boranı plov və başqa yerli xörək növləri rayona gələn qonaqların sevimli yeməyidir.
Dünyanın ən böyük təndirlərindən biri Astara şəhərində inşa olunub. Xarici turistlərin marağına səbəb olan təndirin hündürlüyü 6,5 metr, diametri 12 metrdir. Bu unikal təndirin inşasında kərpic və daşdan deyil, əsasən yüngül metal konstruksiyalardan istifadə edilib. Onun içərisi isə əl işləri ilə qurulub.
Həyata keçirilən infrastruktur layihələri bölgəyə turist axınını gücləndirib
Bildirmək yerinə düşər ki, turizmin inkişafında mühüm amillərdən biri də infrastrukturun inkişafıdır. Və bölgədə, o cümlədən Astarada bu ilin 9 ayı ərzində infrastruktur layihələrinin icrası davam etdirilib. Məsələn, Ələt-Astara magistral yolunun rayon ərazisindəki hissəsi, yerli əhəmiyyətli Pensər-Qamışovka, Pensər-Şahağacı yolları asfalt-betonla təmir edilib, Kijəbə-Burzubənd avtomobil yoluna 6700, Siyaku kənd daxili yollarına 2500 kvadratmetr asfalt döşənib, Marzəsəy və Sığəkəran kəndi istiqamətindəki avtomobil yolları təmir olunub. Pensərçayın Şiyəkəran kəndindən keçən hissəsində uzunluğu 45 metr və Şəmətük kəndi ərazisindən keçən hissəsində uzunluğu 18 metr uzunluğunda ikiaşırımlı yeni avtomobil körpüsünün tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib.
Eyni zamanda, bu yerlərə çox rahat bir şəkildə səfərlərin təşkil olunması üçün isə yeni yollar çəkilir. Ölkə Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla son illərdə tikilən 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolu və tikintisi davam edən, 12 min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yolu bu ərazilərə yerli və əcnəbi turistlərin axınını gücləndirib.
Bu ərazilərə turist axınının əsas səbəbi təbii turizm məhsulunun (sərin və mineral bulaqlar, zəngin flora və fauna, ekstremal relyef, tarixi abidələr) çox olmasıdır.
Astaraya gələn turistlərin sayı 2014-cü ildə 1200 nəfər olmuşdursa, 2015-ci ildə bu rəqəmin üç dəfə artaraq 3000-ə yaxın olacağı gözlənilirdi və bu gözləntilər özünü doğruldur.
Bütün bunlarla birlikdə Astarada turizmin inkişafı üçün potensial imkanlar tükənməyib. Müalicəvi əhəmiyyətli qumu olan dəniz sahillərində yüksək standartlara cavab verən istirahət obyektlərinin yaradılmasına ciddi ehtiyac var. İsti su və Sım kəndi ərazisində də müalicə və istirahət etmək üçün hər cür şərait yaratmaq olar. Söhbət müxtəlif revmatik ağrılar və yel xəstəliklərindən gedir. Üstəlik, İsti su və Pensər çayının sahilində qalın meşəlikdə istirahət üçün əlverişli imkanlar mövcuddur. Bir sözlə, Xəzərin sahilində, Astara rayonu ərazisində turizmin inkişafı, müalicə və istirahət mərkəzlərinin daha çox yaradılması üçün investisiya qoyulması vacibdir.
Özbəkistanın məşhur şairi, həmyerlimiz Maqsud Şeyxzadə bir vaxtlar Astarada olarkən ona heyranlığını ifadə edən şeirlərindən birində belə bir misra yazmışdır: “Astaranı bir görən, onu heç vaxt unutmaz”. Doğrudan da, Astaraya gələn turistlər onun gözəlliyinə məftun olur, buradan zəngin və xoş təəssüratla ayrılırlar.
Cənub bölgəsində turizmin inkişafından söz düşmüşkən onu da bildirək ki, “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi 2014-cü ilin yanvar ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Lerik, Astara, Masallı, Şamaxı, Göyçay və İsmayıllı rayonlarında “Kənd turizminə dəstək” layihəsini həyata keçirir. Ötən müddət ərzində layihə çərçivəsində 6 hədəf rayondan seçilən 36 bələdiyyədə bir sıra işlər görülüb. Layihənin əsas məqsədi kənd yerlərində turizmin inkişafına dəstək göstərmək üçün dövlət və özəl sektorda əməkdaşlığın qurulması və inkişaf etdirilməsidir. Bunun üçün hədəf bələdiyyələrdə hər biri 7-9 üzvdən ibarət 12 icma turizm şuraları yaradılıb.
Kənd turizminin inkişafına dəstək göstərmək məqsədilə layihə üçün hədəf bələdiyyələrin bəzilərində kiçik pilot infrastruktur layihələri həyata keçirilib. Bu fəaliyyətin nəticəsi olaraq cənub bölgəsində müvafiq rayon icra hakimiyyətinin nümayəndələrinin, bələdiyyə üzvlərinin, icma sakinlərinin və layihə heyətinin iştirakı ilə dörd kiçik infrastruktur layihə icra edilib.
Layihə çərçivəsində Masallı rayonunun Tüklə bələdiyyəsində “Nəzir bulağı”, Astara rayonunun Pəlikəş bələdiyyəsində “Ambühuni bulağı”, Lerik rayonunun Bilaband bələdiyyəsində “Yolhoni bulağı”, Qosmalian bələdiyyəsində isə “Zərinqala bulağı” əsaslı təmir edilib və həmin ərazilərdə istirahət guşələri yaradılıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27
