“Azersky”da nə baş verib - qəza, yoxsa kiberhücum?
27.04.2023 [10:20]
Bu günlərdə bizim üçün heç də xoş olmayan bir xəbər aldıq. “Azərkosmos”un istismar etdiyi “Azersky” dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni, fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb. “Azərkosmos”un yaydığı məlumatda bildirilir ki, peyklə məlumat mübadiləsi dayanıb. İndiyədək “Azərkosmos” və peykin istehsalçısı əlaqənin bərpa olunması istiqamətində tədbirlər görsə də, bu, mümkün olmayıb.
“Azersky”ın tarixi və təyinatı
İndiyədək “Azersky”ın fəaliyyəti “Azərkosmos”la Fransanın “Airbus Defence and Space” şirkəti arasında 2014-cü ildə imzalanan əməkdaşlıq sazişi əsasında tənzimlənib. Həmin sənədə əsasən, “Azersky” “Airbus Defence and Space” şirkətinin “SPOT 6” peyki ilə eyni orbitdə, vahid peyk qruplaşması formasında fəaliyyət göstərib.
“Azersky” yer səthinin məsafədən müşahidəsi peyki kimi tanınırdı. Peykin kommersiya fəaliyyətinə başladığı tarixdən indiyə qədər 105 milyon manat gəlir əldə olunub. Həmçinin, müxtəlif dövlət qurumlarına əlavə olaraq 150 milyon manat dəyərində peyk təsvirləri verilib. Beləliklə, peykdən əldə edilən iqtisadi fayda yatırım investisiyadan 1,5 dəfə çox olub. Azərbaycan 44 günlük Vətən müharibəsində “Azersky”ın xidmətlərindən geniş şəkildə faydalanıb. Belə ki, düşmənin hərbi birləşmələrinin dislokasiyası, Ermənistana silah-sursat daşınması və digər məlumatlar məhz “Azersky” vasitəsilə əldə olunub. Xatırlamaq yerinə düşər ki, Prezident İlham Əliyev məhz bu peykin 44 günlük Vətən müharibəsində əhəmiyyətini xüsusi olaraq vurğulamışdı.
Fəaliyyətdə olduğu 9 il ərzində “Azersky” peyki vasitəsilə 80 mindən çox peyk təsviri yüklənib. “Azərkosmos”da peyk təsvirlərinin geniş arxivi formalaşıb. “Azersky”ın fəaliyyəti respublikamız üçün bir çox cəhətdən faydalı olub. Bunlardan aşağıdakıları xüsusi olaraq qeyd edə ilərik:
- Kommersiya baxımından. Qeyd etdiyimiz kimi, Azərbaycan bu layihədən gəlir qazanıb.
- Peykin qeydə aldığı təsvirlərdən Yerdə baş verən dəyişikliklərin təhlili və proqnozlaşdırılmasında, həmçinin elmi-tədqiqatlarda geniş istifadə olunur.
- “Azersky” layihəsi çərçivəsində ölkəmizdə quraşdırılmış yerüstü infrastruktur və anten sistemləri həm növbəti peyk layihələrində istifadə baxımından, həm də müxtəlif xarici peyk operatorlarının anten ehtiyaclarını kommersiya şərtləri ilə ödəmək nöqteyi-nəzərindən faydalı olacaq.
- Peykin idarə olunmasında qazanılan təcrübə. Ötən illərdə respublikamızda peykin idarə olunmasında peşəkarlardan ibarət komanda formalaşıb. Qazanılan təcrübə və formalaşan komanda gələcəkdə yeni peyklərin idarə olunmasında öz sözünü deyəcək. Qeyd edək ki, “Azərkosmos” artıq ötən ildən müasir texnoloji inkişafın çağırışlarına cavab verən və yerli qurumların istəklərinə uyğun olaraq yeni, daha yüksək ayırdetməli müşahidə peyki layihəsinə start verib.
Kosmosda qəzalar
“Azersky”la baş verənlər kosmosda yaşanan yeganə hal deyil. Baş verənlərə aydınlıq gətirilməsi üçün ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsinə (U.S. Space Surveillance Network) müraciət olunub. Oradan alınan məlumata görə, “Azersky” peyki nəzərdə tutulan orbitində uçmağa davam edir. Hazırda peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma ehtimal olunur. Belə ki, toqquşma nəticəsində peykin enerji təchizatının sıradan çıxması mümkün sayılır. ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsi hazırda kosmik fəzada ölçüsü 10 sm-dan çox olan 36 500 obyekti izləyir. Lakin hesablamalara görə, planetimizin ətrafında Kosmik Müşahidə Şəbəkəsinin izləyə bilmədiyi kiçik ölçülü (1-10 sm) 1 milyondan çox obyekt hərəkət etməkdədir.
Kosmosda baş verən oxşar hadisələrin siyahısı kifayət qədər uzundur. Onlardan bir neçəsinə nəzər salsaq, vəziyyət barədə konkret təsəvvür formalaşar. Cari ilin əvvəlində Səudiyyə Ərəbistanının “Arabsat” şirkətinin BADR-6 və ABŞ-ın Orbcomm şirkətinin FM36 peykləri, 2021-ci ildə Çinin Yunhai 1-02 peyki, 2019-cu ildə 50-dən çox peyki idarə edən “İntelsat” şirkətinin “İntelsat-29e” peyki, o cümlədən Rusiya və Türkiyənin peykləri də missiyalarını nəzərdə tutulan istismar müddətlərindən daha tez baş? vurublar.
Bu məqamda kosmik fəaliyyət sahəsində risklərin idarəolunması üçün kosmik əmlakın sığortası diqqət mərkəzinə gəlir. “Azersky” peyki 45 milyon manat məbləğində sığortalanıb və artıq sığorta məbləğinin alınması işlərinə başlanılıb.
Qeyd edək ki, “Airbus Defence and Space” şirkəti ilə müvafiq saziş ölkəmiz üçün əlverişli şərtlərlə imzalanıb. Sazişə əsasən, peyk olmasa belə, “Azərkosmos” “SPOT 6” peyki vasitəsilə əldə etdiyi yüksək optik ayırdetməli peyk təsvirlərindən yerli və xarici müştərilərin ehtiyaclarını qarşılaya biləcək. Hazırda “SPOT 6” peykindən istifadə edərək peyk təsvirləri ilə bağlı sifarişlərin eyni keyfiyyətlə icrası davam etdirilir. Həmçinin “Azərkosmos” ötən illərdə xarici peyk operatorları ilə qurduğu əlverişli əməkdaşlıq çərçivəsində yerli qurumların daha yüksək ayırdetməli peyk təsvirlərinə olan ehtiyaclarını güzəştli şərtlərlə təmin etmək gücündədir.
“Azersky”ın fəaliyyətinəmüdaxilə ehtimalları
Əlbəttə, missiyasının başa çatmasına bir il vaxt qalan “Azersky”ın fəaliyyətinə müdaxilə, kiberhücum ehtimalları da yox deyil. Bu barədə müvafiq sahə üzrə ekspert Osman Gündüz KİV-ə açıqlamasında bildirib. O vurğulayıb ki, baş verənlər yetərincə düşündürücü və çox ciddi bir hadisədir. Ekspert o qənaəti ifadə edib ki, peykimizin meteorit və yaxud digər göy cismi ilə toqquşması ehtimalı real olsa da, “Azersky”ya kiberhücum versiyası da diqqətlə araşdırılmalıdır.
Ekspertin ifadə etdiyi fikirləri qüvvətləndirən bəzi versiyaları da nəzərdən keçirə bilərik. Peykimizə kiberhücum ehtimalı geosiyasi amillərlə bağlı ola bilər. Burada nəzərlər qeyri-ixtiyari olaraq Fransaya yönəlir. “Niyə Fransa” ehtimalı iki amillə şərtlənir: Birincisi, Azərbaycan kosmik sahədə fəaliyyətə məhz bu ölkə ilə işbirliyində başlayıb. Digər tərəfdən, Fransanın indiki siyasi hakimiyyəti Azərbaycanla açıq müstəvidə ədavət aparır. Ehtimal etmək olar ki, Fransa indiki şəraitdə hansısa məxfi ssenariləri işə salıb.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

