FED faizi qaldırdı - dollar bahalaşır...
18.03.2022 [10:31]
MB hansı tədbirləri görür?
Nicat DİLQƏMLİ
ABŞ Federal Ehtiyat Sisteminin 2018-ci ildən bəri ilk dəfə iclası keçirilib. İclasda qəbul edilən qərardan sonra ABŞ milli valyutasının son 40 ilin ən yüksək səviyyəyə çatacağı gözlənilir. Belə ki, ABŞ Mərkəzi Bankı (FED) ölkə valyutasının uçot dərəcəsini dəyişdirib. Gözləntilərə uyğun olaraq, qurum dollar üzrə faiz dərəcələrini 0,25 bənd artıraraq 0,25-0,50% aralığına çatdırıb.
Bəs sözügedən qərarın nəticəsi ölkəmizdə də özünü göstərəcəkmi? Dolların bahalaşması ehtimalı nə qədərdir?
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra regionun əksər ölkələrinin milli valyutalarına xüsusi bir təzyiqin formalaşması müşahidə olunur: “Nəzərə alsaq ki, Qazaxıstanda da milli valyuta dəyər itirdi, rubl ciddi şəkildə dəyərsizləşib, Gürcüstan valyutasının da məzənnəsində dəyişikliklər oldu bu kontekstdən sanksiyaların region ölkələrinin milli valyutalarına birbaşa təsiri var. Və FED-in uçot stavkasını artırması daha çox dolların səbət valyutalara nisbətən məzənnəsinin qoruyub-saxlamaq və ya dolların aparıcı valyutalara nisbətən kursunda gözlənilən potensial azalmaların qarşısını almaq məqsədi daşıyırdı. Doğrudur, Rusiya-Ukrayna müharibəsindən sonra biz həm də avronun dollara nisbətən dəyər itirməsini müşahidə etdik, Avrozonada avroya qarşı xüsusi bir təzyiq formalaşdı. Azərbaycan hələlik üzən valyuta rejiminə keçməyib. Ölkəmizdə “fixed” rejim tətbiq olunur. Bu baxımdan da həm Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, həm FED-in uçot stavkasının artırılması ilə bağlı qəbul etdiyi qərar kontekstində Azərbaycan Mərkəzi Bankının mövqeyi manatın kursunun müəyyənləşdirilməsində həlledici olacaq”.
“Bu baxımdan növbəti dövrlər üçün də Mərkəzi Bank manatın məzənnəsinə təsir imkanlarını qoruyub saxlayacaq və Mərkəzi Bankın intervensiyası manatın kursunun müəyyənləşdirilməsində həlledici olacaq. Bu baxımdan milli valyutamızın məzənnəsinin necə dəyişməsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”, - deyə V.Bayramov qeyd edib.
Milli Məclisin deputatı Vahid Əhmədov isə qəzetimizə açıqlamasında bildirib ki, proseslərin Azərbaycana ciddi təsiri mümkün deyil: “Bizim kifayət qədər ehtiyatlarımız var, neftin qiyməti kifayət qədər yüksəkdir. Dövlət büdcəsi qəbul ediləndə biz bu məsələlərin hamısını müzakirə etmişik. Bizdə təsirlər hələ gözlənilmir.
Amma burada bir məsələ var. Rusiya - Ukrayna arasında gedən müharibə, Rusiyaya qarşı sanksiyalar görək nə qədər davam edəcək. Yəni qısa zamanda, heç olmasa bu ayın sonuna qədər olan müddətdə sülh müqaviləsi imzalanarsa, onda ciddi problem olmur. Amma proses uzanarsa, əlbəttə burada müəyyən problemlər yarana bilər. Bütün dövlətlər üçün problem yarana bilər.
Amma mən hesab edirəm ki, Azərbaycana ciddi təsiri mümkün deyil. Kifayət qədər ehtiyatımız var, neftin qiyməti yüksəkdir və dolların kursunu müəyyən edən də bu iki əsas amildir”.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

