Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Nar” Naxçıvanda şəbəkəsini genişləndirməyə davam edir

“Nar” Naxçıvanda şəbəkəsini genişləndirməyə davam edir

17.02.2021 [08:53]

Ölkənin bütün regionlarını keyfiyyətli şəbəkə ilə təmin etməyi hədəfləyən “Nar” Naxçıvan Muxtar Respublikasında da baza stansiyalarının sayını artırmağa davam edir. Son iki ayda aparılan şəbəkə təkmilləşdirilməsi işləri nəticəsində Muxtar Respublikada 13 yeni baza stansiyası fəaliyyətə başlayıb.
Yeni 3G baza stansiyaları Şahbuz, Şərur, Ordubad, Culfa və Kəngərli rayonlarının mərkəzdən kənar kəndlərini yüksək keyfiyyətli şəbəkə ilə təmin edir. Ümumilikdə “Nar” şəbəkəsi NMR-da 158 baza stansiyası ilə əhalinin 99,6%, ərazininsə 98,5%-ni əhatə edir.
Regionlarda yüksək sürətli internetə çıxışı daha əlçatan edən “Nar” bundan sonra da şəbəkə təkmilləşdirilməsi işlərinə davam edəcək. “Nar” şəbəkəsinin əhatə dairəsi ilə daha ətraflı burada tanış ola bilərsiniz.

Paylaş:
Baxılıb: 771 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30