/ / Səlçuk Bayraktar: Qələbədə ölkəmizin istehsalı olan milli texnologiyanın rol oynaması bizə qürur verir
Səlçuk Bayraktar: Qələbədə ölkəmizin istehsalı olan milli texnologiyanın rol oynaması bizə qürur verir
19.12.2020 [13:57]
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “FA International Trade Events” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən “World Net Summit” beynəlxalq onlayn konfransın ikinci günü maraqlı panellərlə davam edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru və “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Səlçuk Bayraktar tədbir iştirakçılarını salamlayaraq dəvətə görə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə təşəkkürünü bildirib. S.Bayraktar Azərbaycanı Qarabağ münaqişəsinin başa çatması, Vətən müharibəsində qazanılan qələbə münasibətilə təbrik edib və şəhidlərimizə Allahdan rəhmət diləyib.
“Qarabağ məsələsini gənclik illərimizdən içimizdə bir ağrı kimi hiss edirdik. Bu gün Azərbaycan və Türkiyə ordularının böyük səyi nəticəsində bu ağrı bitdi. Qələbədə ölkəmizin istehsalı olan milli texnologiyanın rol oynaması bizə qürur verir. Bu zəfərin əsl sahibləri isə şəhidlərdir. Eşq olsun türk ordularına! Yaşasın Azərbaycan – Türkiyə qardaşlığı!” – deyə S.Bayraktar qeyd edib.
O, pilotsuz uçuş aparatı sənayesində fəaliyyətləri, inkişaf strategiyaları barədə geniş məlumat verib. Hərbi milli sənaye hərəkatında dronların əhəmiyyətli rolundan bəhs edib. S.Bayraktarın sözlərinə görə, hazırda Türkiyə dron istehsalı ilə məşğul olan 6 ölkədən biridir.
S.Bayraktar çıxışında Vətən müharibəmizdə də istifadə edilən “Bayraktar TB2” pilotsuz uçuş aparatlarına geniş yer verib. Bildirib ki, bu aparatlar Azərbaycan da daxil olmaqla 4 ölkəyə ixrac olunub. Hazırlanmasında süni intellektdən istifadə edilən “Bayraktar TB2”nin detallarının 93 faizi milli istehsaldır.
O, həmçinin pandemiya dövründə süni tənəffüs cihazları istehsalına başladıqlarını diqqətə çatdırıb və cihazların strukturu haqda danışıb.
S.Bayraktar “Türkiye Teknoloji Takımı” inkubasiya mərkəzini yaratdıqlarını söyləyib: “Mərkəzimiz süni intellekt, “Əşyaların interneti”, müasir texnologiyalar sahəsində fəaliyyət göstərir. Bu istiqamətdə gənclərin yeni bilik və bacarıqlar qazanması və yeniliklərə imza atması əsas hədəfimizdir”.
Əlavə edib ki, azərbaycanlı gənclərin “Baykar Makina” şirkətində təcrübə keçmələri də nəzərdə tutulur.
Konfransda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, pandemiya dövründə onlayn görüşlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir. O, “World Net Summit” beynəlxalq onlayn konfransının dövlət və özəl sektor, beynəlxalq təşkilatlar, xarici ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafına müsbət töhfə verdiyini xüsusilə vurğulayıb.
Dünyaca məşhur “Apple” şirkətinin yaradıcılarından olan Stiv Voznyak konfransın işinə uğurlar arzulayaraq, müasir dövrdə texnologiyanın sürətlə inkişaf etdiyini və bəşəriyyət üzərində qələbə çaldığını qeyd edib.
Onlayn konfransda çıxış edən “Entrepreneur” jurnalının baş redaktoru Jason Feifer insanların dəyişiklikləri sevmədiyini və buna müqavimət göstərdiklərini, lakin əslində innovasiyaların tarixi əhəmiyyət kəsb etdiyini bildirib.
“World Net Summit” adlı beynəlxalq onlayn konfransda, həmçinin dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, xarici ölkələrdən yüksək səviyyəli dövlət nümayəndələri və digər xarici ekspertlər iştirak ediblər.
İki gün davam edən “World Net Summit” beynəlxalq konfransı çərçivəsində internet, maliyyə, bankçılıq, texnologiya, nəqliyyat, investisiya, biznes, sığorta, innovasiya və digər əlaqəli sahələri əhatə edən “Monex Summit Caspian”, “Global Influencer Day”, “Government Address”, “AutoTech Conf”, “StartUp Academy”, “Venture Summit”, “Corporate Innovation Forum” kimi beynəlxalq onlayn panelləri təşkil olunub (https://worldnetsummit.com/).
Qeyd edək ki, “World Net Summit” beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər və startapçıları bir araya gətirən mühüm platformadır.
Xəbər lenti
Hamısına baxMədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35

