Səudiyyə Ərəbistanı Azərbaycana investisiya qoyuluşunda maraqlıdır
06.03.2019 [09:42]
Bu il Azərbaycan ixrac missiyası Səudiyyə Ərəbistanına səfər edəcək
İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında Müştərək Komissiyanın həmsədri İbrahim bin Əbdülrəhman əl-Ömərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ş.Mustafayev ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Respublikası Prezidentinin Səudiyyə Ərəbistanına səfərlərinin, aparılan danışıqların mühüm əhəmiyyətini vurğulayıb, yüksək səviyyəli siyasi münasibətlərin iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaratdığını diqqətə çatdırıb. Qeyd edib ki, ölkələrimiz arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, Azərbaycan və Səudiyyə Ərəbistanı biznes dairələri arasında əlaqələr uğurla inkişaf edir, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Bakıda və Ər-Riyadda biznes forumlar keçirilib, Ər-Riyad və Ciddə şəhərlərinə ixrac missiyaları təşkil olunub. Cari ildə də Azərbaycan ixrac missiyası Səudiyyə Ərəbistanına səfər edəcək.
Nazir deyib ki, Səudiyyə Ərəbistanı şirkətləri indiyədək Azərbaycan iqtisadiyyatına 370 milyon dollar investisiya yatırıb. Səudiyyə İnkişaf Fondu ilə məktəb tikintisi, kanal və yol tikintisi sahələrində uğurlu maliyyə əməkdaşlığı həyata keçirilib, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri üzrə işlər davam etdirilir. Son illərdə Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bakıda keçirilən Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında Müştərək Komissiyanın iclası, həmçinin iş adamları üçün təşkil edilmiş işgüzar görüş ölkələrimiz arasında əməkdaşlığa töhfə verir.
Ş.Mustafayev Səudiyyə Ərəbistanı iş adamlarını Azərbaycandakı əlverişli işgüzar şəraitdən yararlanmağa, sənaye parklarına və məhəllələrinə, aqroparklara investisiya yatırmağa dəvət edib.
Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında Müştərək Komissiyanın həmsədri İbrahim bin Əbdülrəhman əl-Ömər Azərbaycandakı sabitlikdən, inkişafdan məmnunluğunu, ölkəsinin Azərbaycana investisiya qoyuluşunda marağını diqqətə çatdırıb, iki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Görüşdə energetika, investisiyalar, alternativ enerji, kənd təsərrüfatı, kimya, turizm sahələrində əməkdaşlıq, birgə layihələrin icrası və sair məsələlər müzakirə olunub.
İbrahim bin Əbdülrəhman əl-Ömər Səudiyyə Ərəbistanı iş adamlarının Azərbaycan sahibkarları ilə fəal əməkdaşlıqda maraqlı olduqlarını bildirib və bu məqsədlə hər iki ölkənin biznes dairələrinin faydalana biləcəyi elektron bazanın yaradılmasını təklif edib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42

