Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Kənd Təsərrüfatı Nazirliyi: Respublikanın rayonlarında 1007,8 min hektar sahədə taxıl biçini aparılıb

Kənd Təsərrüfatı Nazirliyi: Respublikanın rayonlarında 1007,8 min hektar sahədə taxıl biçini aparılıb

07.08.2018 [09:03]

Avqustun 5-də olan məlumata əsasən, respublikanın rayonlarında 1007,8 min hektar sahədə taxıl biçini aparılıb. Bunun 672,1 min hektarı buğda, 335,7 min hektarı arpa sahələridir.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, buğdanın orta məhsuldarlığı 30,1 sentner/hektar, arpanınkı isə 27,6 sentner/hektar təşkil edir. Arpa biçininin 99,7 faizi, buğda biçininin isə 99,1 faizi yerinə yetirilib.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən 26 ədəd (Bakı - 11, Cəlilabad - 3, Goranboy - 1, Kürdəmir - 1, Lənkəran -1, Masallı - 1, Sabirabad - 1, Şabran - 2, Şəki - 1, Şirvan - 4) kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınıb, 23 ədəd (Bakı - 10, Cəlilabad - 3, Lənkəran - 1, Masallı - 1, Sabirabad - 1, Şabran - 2, Şəki - 1, Şirvan - 4) kənd təsərrüfatı texnikasına dövlət texniki baxışı keçirilib. 18 nəfərə isə (Bakı - 1, Bərdə - 2, Cəlilabad - 1, Qazax - 1, Quba - 6, Lənkəran - 1, Şirvan - 6) kənd təsərrüfatı texnikasını və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verilib və yaxud dəyişdirilib.

Paylaş:
Baxılıb: 807 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30