Aqrar sahədə qlobal çağırışlara söykənən tədbirlər həyata keçiriləcək
18.05.2018 [09:28]
Aqrar elm sahəsində qlobal və regional çağırışlara söykənən tədbirlər həyata keçiriləcək. Bu gün dünyada qlobal və regional çağırışlar ətrafında ən müasir seleksiya metodlarından, biotexnoloji molekulyar genetikadan istifadə, virussuz toxumların yetişdirilməsi, iqlim dəyişiklikləri ilə bağlı adaptasiya planlarının hazırlanması dövrümüzün aktual məsələlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mayın 17-də Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Ələddin Eyvazov nazirliyin institut rəhbərləri, alim və mütəxəssisləri ilə görüşündə deyib.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin aqrar sektorun inkişafında mühüm rol oynayacağını vurğulayan baş direktor qeyd edib ki, sözügedən sənəd kənd təsərrüfatının inkişafı ilə bağlı həm orta, həm də uzunmüddətli dövrdə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olduğunu göstərir.
Ə.Eyvazov çıxışında ağıllı kənd təsərrüfatına keçid sisteminin tezləşdirməyin zəruriyyətindən söz açıb. Həmçinin bildirib ki, beynəlxalq təcrübənin ölkəmizdə yayılmasına diqqət artırılmalı, prioritet tədqiqatlar müəyyənləşdirilməlidir. Onun sözlərinə görə, bu sahədə Azərbaycanda kifayət qədər mütəxəssis var.
Natiq diqqətə çatdırıb ki, ölkəmizdə aqrar elm sahəsi ilə bağlı bütün məsələlər bilavasitə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzindən idarə olunacaq. Ən müasir texnologiyaların Azərbaycana gətirilməsi, elmi-tədqiqat institutlarının maddi-texniki bazasının yaxşılaşdırılması, mükəmməl biznes planlarının hazırlanması istiqamətində birgə səylər göstəriləcək. Bundan başqa, aidiyyəti institutlarla birgə qısa zamanda aqrar elm sahəsinin inkişaf konsepsiyası hazırlanmalıdır.
Aqrar elm sahəsində bəzi problemlərə toxunan baş direktor deyib ki, respublikanın aqrar elm sahəsində çalışan alimlər elmi-tədqiqat işlərinin tədqiqatlarının daxili bazara girməsi üçün bütün innovativ üsullardan istifadə etməlidirlər. Yerlərdə informasiya məsləhət şəbəkələrinin fermerlərlə əlaqələrin qurulması istiqamətində işlər sürətləndirilməlidir.
Ə.Eyvazov onu da vurğulayıb ki, ölkədə bir sıra sahələrin, o cümlədən pambıqçılığın, üzümçülük, şərabçılığın və digər aqrar sahənin inkişafı ilə bağlı dövlət proqramları təsdiq olunub. Bu dövlət proqramları həmin sahələrdə çalışan alim və mütəxəssislərimiz üçün istinad nöqtəsi olmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42

