Azərbaycanla Avstriya arasında münasibətlər dinamik inkişaf edir
03.03.2018 [01:15]
Vyanada Azərbaycan ilə Avstriya arasında Qarışıq Komissiyanın 9-cu iclası keçirilib
Vyana şəhərində Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 9-cu iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komissiyanın iclasına Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Avstriyanın iqtisadiyyat və rəqəmsallaşdırma üzrə federal nazirin müavini Matias Çirf həmsədrlik edib.
İclasda hazırkı iqtisadi durum, ikitərəfli iqtisadi əlaqələr, qarşılıqlı olaraq investisiyaların cəlb olunması, rəqəmli texnologiyalar, o cümlədən ətraf mühit texnologiyaları, enerji səmərəliliyi, kənd təsərrüfatı, maliyyə, standartlaşma, gənclər, eləcə də digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Qarışıq Komissiyanın iclasında çıxış edən nazir Ramin Quluzadə bildirib ki, Azərbaycanla Avstriya arasında münasibətlər dinamik şəkildə inkişaf edir. Nazir dövlət başçılarının və digər rəsmi şəxslərin qarşılıqlı rəsmi səfərlərinin ölkələrimiz arasında dostluq münasibətlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, bu əməkdaşlıq Avstriya ilə Azərbaycanı etibarlı tərəfdaşlara çevirib.
Bildirilib ki, ötən il ikitərəfli ticarət həcmində artım müşahidə olunsa da, mövcud dövriyyə iki dövlətin iqtisadi potensialına cavab vermir.
Toplantıda iştirak edən Avstriya şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirməyə maraq göstəriblər və bu ilin may ayında Bakı şəhərində iki ölkənin özəl sektor nümayəndələrinin iştirakı ilə biznes forumun təşkil olunması qərara alınıb.
İclasda Azərbaycan tərəfindən İqtisadiyyat, Xarici İşlər, Gənclər və İdman, Kənd Təsərrüfatı və Energetika nazirliklərinin yüksək səviyyəli nümayəndələri sahəvi məsələlər barədə çıxış ediblər.
Həmçinin iclas çərçivəsində Bakı şəhərinin Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə (Ekspo 2025) ev sahibliyi üçün namizədliyi ilə bağlı xüsusi təqdimat keçirilib.
İclasın sonunda imzalanan protokolda iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.
Sənədə əsasən, iki ölkə arasında əlaqələrin ərazi bütövlüyü və suverenliyə hörmət prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn fundamental norma və prinsipləri əsasında qurulması, fiziki və hüquqi şəxslərin bu norma və prinsiplərə əsaslanmaqla fəaliyyət göstərməsi təmin ediləcək.
Azərbaycan tərəfinin xahişi ilə Avstriya turizm şirkətlərinin işğal edilmiş ərazilərə qeyri-qanuni səfərlər təşkil etməsinin qarşısının alınması məsələsi də protokolla təsbit edilib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

