/ / Yaxın vaxtlarda Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulur
Yaxın vaxtlarda Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulur
02.03.2018 [09:57]
Bakıda Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu bağlantısı ilə bağlı gələcək perspektivlər müzakirə olunub.
Müzakirələr “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla İran yol və şəhərsalma nazirinin müavini, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında keçirilən ikitərəfli görüşdə aparılıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyəti çərçivəsində Astara (İran) terminalının tikintisi, Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu bağlantısı ilə bağlı hərəkət perspektivləri müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin icrası çərçivəsində Azərbaycan tərəfi öz üzərinə düşən vəzifələri yerinə yetirib. Eyni zamanda, Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da başa çatmaq üzrədir.
C.Qurbanov, eyni zamanda, qeyd edib ki, Azərbaycan və İran Dəmir Yolları arasında “Astara yükdoldurma və yükboşaltma terminalının tikintisi və istismarı” layihəsi üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən “Azərbaycan Dəmir Yolları” QSC 15 illik müddətə 1,4 kilometrlik dəmir yolu xəttini, 25 illik müddətə isə terminalları icarəyə götürür. Yaxın vaxtlarda Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulur.
Müzakirələr zamanı qeyd olunub ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Skandinaviya ölkələri, Rusiya, Azərbaycan və İranın dəmir yollarını bir şəbəkədə birləşdirəcək.
İran yol və şəhərsalma nazirinin müavini, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə bildirib ki, bu layihə Azərbaycan, İran İslam Respublikası və Rusiya Federasiyası ərazisində dəmir yolu əlaqələrinin, həmçinin bu ölkələrin tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək, yüklərin bu istiqamətə axınına təkan verəcək.
Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

